“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 7-ci turunda “Turan Tovuz”a 0:1 hesablı məğlubiyyəti şərh edib.
QOL.az sport24.az-a istinadən xəbər verir ki, mütəxəssis matç haqda fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablayıb:
"Əslində, oyun haqqında uzun danışmağa ehtiyac yoxdur. Meydandakı istək və fiziki hazırlıq baxımdan rəqibdən geri qalmadıq. Sadəcə, ustalıq səviyyəmiz iddialı komandalardan xal almaq üçün hələ kifayət etmir. Bu amil də bugünkü qarşılaşmanın nəticəsinə ciddi təsir göstərdi. Təəssüf ki, qolu öz diqqətsizliyimizdən buraxdıq. Meydanın mərkəzində topu itirdik və rəqib dərhal bundan yararlandı.
- Qarşıdakı turlarda çətin oyunlarınız olacaq. Heyətin ustalıq səviyyəsini artırmaq üçün qış fasiləsində transferlər gözlənilir? Bu barədə rəhbərliklə müzakirəniz olub?
- Qış transfer pəncərəsi ilə bağlı hələ rəhbərliklə heç bir söhbətimiz və ya müzakirəmiz olmayıb. Ustalıq səviyyəsindən danışarkən rəqiblərimizin heyətindəki keyfiyyətli futbolçuları da nəzərdə tuturam. Belə komandalara qarşı oynayanda öz potensialını tam ortaya qoymaq və ustalığını göstərmək də asan deyil.
- Elmir Tağıyevlə bağlı vəziyyət necədir? Niyə əsas komandada deyil, əvəzedici heyətdə çıxış edir?
- Elmir ilə bu barədə hələ yayda danışmışdıq. Lakin transfer pəncərəsinin son günlərində zədələndiyi üçün komandada qalmalı oldu. Bərpa prosesi keçdiyindən tam idman formasında deyildi və bizimlə məşqlərə qatılmırdı.
- Qarşıdakı turlarda “Şamaxı”, “Araz-Naxçıvan” və “Kəpəz”lə qarşılaşacaqsınız. Xal qazanmaq şansının daha yüksək olduğu bu oyunlardan gözləntiniz nədir?
- Püşkün nəticəsidir ki, geridə qalan 7 turda “Qəbələ” və “İmişli” istisna olmaqla, çempionluq uğrunda mübarizə aparan bütün komandalarla qarşılaşmışıq. İndiyədək məğlub olduğumuz oyunları “qara zolaq” adlandırım, yoxsa rəqiblərin aşkar güc üstünlüyü ilə əlaqələndirim, bilmirəm. Amma düşünürəm ki, artıq gücümüzə daha uyğun rəqiblərlə qarşılaşacağıq. Həmin oyunlarda mütləq xal və ya xallar qazanmalıyıq.
- Ölkə kubokunda mübarizəyə başlayacaqsınız. “Şəfa” üçün əsas hədəf kubok olacaq, yoxsa çempionat?
- Bu, yarışın gedişatından asılı olacaq. Əvvəlcə 2-ci Liqa təmsilçisi “Ağstafa Gəncləri” ilə qarşılaşacağıq. Kubokun 1/4 final mərhələsi isə qış fasiləsindən sonraya təsadüf edir. Həmin vaxta qədər komandanın vəziyyətini qiymətləndirib yekun qərar verəcəyik.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub