“Qarabağ” Misli Premyer Liqasının 7-ci turu çərçivəsində “İmişli”yə 2:0 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra matç haqda fikirlərini bölüşüb. Mütəxəssis qələbənin əhəmiyyətindən və komandanın çıxışından danışıb:
“Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib qalibiyyət oldu. Oyunçular çox əziyyət çəkdilər və intizamlı çıxış etməyə çalışdılar. Bu da önəmli məqamdır. Önümüzdə kompakt müdafiə olunan rəqib var idi. Buna görə də səbirli oynamaq lazım idi. Bunu da bacardılar. Azarkeşlərimizi də təbrik edirəm. Bəlkə də, elə azarkeşlərimiz var ki, 1000 çempionat oyununun hamısında iştirak ediblər. Onlara təşəkkür edirəm. Qarşıdakı matçlara daha ciddi hazırlaşmağa çalışacağıq”.
Milli fasilədən sonra komandaya qoşulan və zədədən qayıdan futbolçuların vəziyyətinə də toxunan Qurbanov onların optimal formaya düşməsi üçün zamana ehtiyac olduğunu bildirib:
"Hazırda onların tam hazır olduğunu demək olmaz. Müəyyən çatışmazlıqlarımız var. Təxminən 20 gün ərzində futbolçularımızın böyük bir qismi komandadan ayrı qalmışdı, zədəli oyunçularımız da var idi. Buna baxmayaraq hamısı böyük istək və məsuliyyətlə məşq edir. Yüksək idman formasını bərpa etmək və oyun ritminə qayıtmaq üçün müəyyən zamana ehtiyac var. İstənilən halda futbolçuların yanaşmasından razıyam, həvəsli olduqları hiss olunur".
Bugünkü oyunu buraxacaq
Lixtenşteyn - Azərbaycan: Heyətlər
Messi Argentinada xüsusi matçda iştirak edəcək
De Zerbi ən yaxşı oldu
Devid Bekhem ABŞ Şöhrət Zalına daxil ediləcək
Ronaldonun şərəfinə bunu edəcəklər
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
Premyer Liqanın ən yaxşı futbolçusu seçildi
"Mingəçevir"də baş məşqçi ayrılığı
İtaliya ilə oyun Dueyə baha başa gəldi - Şəkil
“Mançester Yunayted”də baş məşqçi təyinatı rəsmiləşdi
Keyn millidə mütləq rekordçu oldu
Daha 24 oyunun vaxtı müəyyənləşdi
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək
Türkiyə millisinin düşərgəsini tərk etdi
Azərbaycan kubokunda 1/8 final - Nə vaxt və harada?
“Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi! - Müsahibə
Brunu Fernandeş klubun təklifini yenə rədd etdi
Skaloninin Argentina millisi ilə müqaviləsi uzadıldı
De Brüynenin “Napoli”də münaqişəsi böyüyür
“Neftçi”nin legioneri qələbədə iştirak etdi
Arda Gülerin möhtəşəm qolu, Türkiyənin məğlubiyyəti - Video