"İmişli" Misli Premyer Liqasının 7-ci turu çərçivəsində "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, "İmişli"nin baş məşqçisi Fərid Namazov matçdan sonra oyun barədə fikirlərini bölüşüb:
“Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Matçın gərgin keçəcəyini bilirdik. “Qarabağ” bu mövsüm avrokubokların əsas mərhələsində iştirak etmədiyi üçün bütün oyunlara tam heyətlə çıxır. Əvvəllər avrokuboklarda oynayanda həftəiçi matçlarda rotasiyalara gedirdilər. Biz də buna uyğun hazırlaşmışdıq. Hansı futbolçuların oynayacağı ilə bağlı təxminlərimiz var idi.
Birinci hissədə daha yaxşı müdafiə olunmaq və əks-hücumlarda rəqibi yaxalamaq istəyirdik. Bir neçə qol imkanımız da oldu. Topa daha çox sahib olaraq özümüzü inamlı hiss etməyə çalışırdıq. İkinci hissə “Qarabağ”ın üstünlüyü ilə keçdi. Rəqibə boş zonalar verməməyə çalışırdıq, amma ani diqqətsizlikdən qol buraxdıq. Bundan sonra da qol imkanlarımız oldu.
Sonuncu epizoda gəlincə, qoldan əvvəl top küncdən meydanı tərk etmişdi. Epizoda baxdıq, top “Qarabağ”ın futbolçusuna dəyərək meydanı tərk etmişdi. Futbolçularım pis oynamadılar, onlara təşəkkür edirəm. Bu qədər konsentrasiyalı oynayıb cəmi iki epizodda diqqətsizlik etmək yaxşı deyil. Amma ümumilikdə komandamın çıxışından razıyam. Pis oyun keçirmədik. İndi növbəti həftə “Turan Tovuz”la matça daha yaxşı hazırlaşmalıyıq”.
- Görüşün sonlarına yaxın Bəxtiyar Həsənalızadənin aqressiv davranışları var idi. Bu emosionallıq nə ilə bağlı idi?
- Bəxtiyar təbiətən çox sakit və təmkinli insandır. Onu nə məşqdə, nə də həyatda əsəbi görə bilərsiniz. Sadəcə, oyunun son dəqiqələrində rəqibin güclü təzyiqi və 0:1 hesabı ilə geridə olduğumuz vaxt hesabı bərabərləşdirmək istəyi onda belə emosional vəziyyət yaratdı. Bəxtiyar sakit insandır. Bəzən kiçik detallar belə futbolçunu gərginləşdirə bilir. Futbol emosiyalar oyunudur, ona görə də bu halı normal qarşılayıram.
Əlbəttə, lazımsız vərəqələr almağın tərəfdarı deyilik. Futbolçularla bu barədə söhbətlər də aparırıq. Ümumilikdə, belə halları normal qarşılayıram.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels