“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda sabah Bakıda “Slaviya”ya qarşı keçirəcəkləri oyun barədə danışıb.
QOL.az xəbər verir ki, litvalı mütəxəssis matçdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- “Mançester Yunayted”lə oyunda nəticə gözləyənlərin sayı az idi. Sabahkı rəqib isə sizin üçün daha münasib görünür. “Slaviya” üzərində qələbə gözləmək olarmı?
- Belə səviyyəli oyunlarda meydana çıxarkən əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Hamı yaxşı nəticə gözləyir. “Slaviya” da qələbə qazanmaq istəyir. 90 dəqiqə ərzində çox şey baş verə bilər.
- Rəqib uzun müddətdir səfərdə qələbə qazana bilmir...
- Bəli, bu barədə məlumatımız var. Ola bilsin, onlar bizi asan rəqib hesab edirlər. Biz isə bunun əksini sübut edə bilərik. Bu, mənim üçün əlavə motivasiyadır. Biz artıq möcüzə yaratmışıq.
- Milyonçu ola bilmədiniz, amma Azərbaycanda tarix yazdınız, “Sabah”ı çox önəmli yerlərə gətirdiniz. Türkiyəyə mesajınız nədir?
- Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Mən azərbaycanlı deyiləm, amma buradayam və Türkiyə futbolunun uğurlarından xəbərdaram. Orada fantastik futbolçular var. Azərbaycan da futbolda öz tarixini yazmağa davam edir. Türkiyədə futbolu bizim üçün nümunədir. Orada möhtəşəm azarkeşlər var. İnanıram ki, Azərbaycanda da eyni cür azarkeşlər olacaq.
Qeyd edək ki, “Sabah” - “Slaviya” qarşılaşması oktyabrın 13-də Bakıda keçiriləcək və saat 20:45-də start götürəcək.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir
“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır
2031-ci ilə qədər "İnter"də
"Beşiktaş" "Hapoel"i belə məğlub etdi - Video
Azərbaycanlı futbolçu Konfrans Liqasında oyuna çıxdı