“Mançester Siti”yə qarşı istehzalı banner

“Mançester Siti”yə qarşı istehzalı banner
DÜNYA FUTBOLU 11 Oktyabr 2026 / 17:42 321
-  A +

“Mançester Yunayted” azarkeşləri maliyyə qaydalarını pozmaqda ittiham olunan “Mançester Siti”yə qarşı növbəti dəfə istehzalı banner açıblar.

QOL.az xəbər verir ki, İngiltərə Premyer Liqasının “Tottenhem”lə oyununda “Old Trafford” stadionunun “Stretford End” tribunasında “51 İL” yazılmış böyük banner nümayiş etdirilib.

Bu rəqəm “Mançester Siti”nin 2009-2018-ci illərdə qazandığı titulların ləğv olunması ehtimalına işarə edir. Belə olan halda, “şəhərlilər”in sonuncu titulunu qazandığı 1976-cı ildən başlayan gözləntisi yenidən gündəmə gələcək. Həmin il komanda Liqa kubokunu qazanıb.

Banner 2000-ci ildə “Mançester Yunayted” azarkeşlərinin hazırladığı və “24 İL” yazılan məşhur pankartın davamı hesab olunur. “Mançester Siti”nin titul həsrətini simvolizə edən bannerin üzərindəki rəqəm illər ərzində artaraq 35-ə çatmışdı. Klub 2011-ci ildə İngiltərə Kubokunu qazandıqdan sonra banner yığışdırılmışdı.

Qeyd edək ki, Premyer Liqa 2023-cü ilin fevralında “Mançester Siti”ni maliyyə qaydalarını 100-dən çox dəfə pozmaqda ittiham edib. Klub ittihamları rədd edir və iş üzrə qərara qarşı apellyasiya şikayəti verib. İşin nəticəsi kluba tətbiq oluna biləcək sanksiyalara, o cümlədən titulların taleyinə təsir göstərə bilər.


Qarabağ FK
Son xəbərlər
topaz banner