Medianın İnkişafı Agentliyinin layihəsi
Xəbər verdiyimiz kimi, bugünlərdə AFFA-nın təşkilatçılığı ilə azərbaycanlı məşqçilər Türkiyəyə səfər ediblər.
“Qəbələ"nin U-19 və “Sabah”ın U-17 komandasında çalışan Zaur Hacıyevlə Saşa Yunisoğlu təcrübə keçmək məqsədilə "Fənərbaxça" klubunun akademiyasında olublar.
Bir həftə İstanbul klubunun düşərgəsində olan məşqçilərimiz akademiyanın iş prinsipi ilə yaxından tanış olub, fikir mübadiləsi aparıblar.
Səfərlər bağlı bugünlərdə Qol.az saytına açıqlama verən AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur
Məmmədli bildirib ki, bu təşəbbüsü AFFA-nın baş katibi Sərxan Hacıyev irəli sürüb:
"Qərara aldıq ki, ötən mövsüm U-17 və U-19 liqalarında qalib gəlmiş komandaların baş məşqçiləri Saşa Yunusoğlu ("Sabah", U-19 və Zaur Hacıyevi ("Qəbələ", U-17) təcrübə toplamaq üçün ölkə xaricinə yollayaq. Biz daha çox Türkiyə variantına üstünlük verirdik. Çünki Türkiyə qardaş ölkədir, burda mental yaxınlıq da var. Həm də məşqçilər orda özlərini kifayət qədər rahat hiss edəcəkdilər. Eyni zamanda viza məsələləri ilə bağlı ləngimə də olmayacaqdı. Həm də Türkiyə və Azərbaycan futbol Federasiyaları sıx əməkdaşlıq edirlər. Ötən il qardaş ölkədə baş verən dəhşətli zəlzələ zamanı "Qarabağ", "Sabah" kimi klublarımız dəstək məqsədi ilə Türkiyə təmsilçiləri ilə xeyriyyə oyunları keçirdilər.
Milli komandaların skautu, vaxtilə "Fənərbaxça"da çıxış etmiş İlqar Qurbanov İstanbul klubu ilə danışdı və qarşı tərəf bizim təklifimizi müsbət qarşıladı. Məşqçilər "Fənərbaxça" Akademiyasının infrastrukturu,müasir texnologiyaları, iş metodikası və prinsipləri ilə yaxından tanış olmaq imkanı əldə etdilər. Bu cür səfərlər məşqçilərimizin karyerası baxımından faydalı olacaq. Onlar xaricdəki həmkarlarının iş prinsiplərini, futbola baxışlarını öyrənmək imkanı əldə edəcəklər.
AFFA bu layihəni davam etdirmək niyyətindədir. Çalışacağıq ki, mövsümün yekunlarına əsasən, digər yaş qruplarından olan komandaların da məşqçilərini ölkə xaricinə təcrübəyə göndərək. Təbii ki, bu məşqçilər üçün də stimul rolunu oynayacaq".
Hazırda AFFA-nın skautu olan İlqar Qurbanov Qol.az-a bildirib ki, bu təklifi AFFA-nın baş katibi Sərxan Hacıyev irəli sürüb: “Oturduq, bu barədə danışdıq. Məşqçilərin Türkiyədəki klublara göndərilməsini istədi. Birinci "Fənərbaxça"la danışdım. Sağ olsunlar ki, müsbət cavab verdilər”.

İ.Qurbanov qeyd edir ki, bu, gənc məşqçilərimiz üçün faydalı layihələrdəndir: "Onlar keçən il aşağı yaş liqalarında çempion olan məşqçilərdir. Belə bir layihə var ki, çempion olan məşqçiləri xaricə kurslara göndərirlər. Çox gözəl bir şeydir. Məşqçilərimizin gedib TOP klublarda təcrübə keçmələri müsbət haldır. Belə səfərlər bizim gənc məşqçilər üçün həm stimuldur, həm də təcrübə toplamaları üçün faydalıdır”.
İ.Qurbanovun fikrincə, belə addımları dəstəkləmək gələcəkdə Azərbaycanda uşaq futbolunun problemlərinin həlli baxımından vacibdir: "Bu, bizim uşaq futbolunda ən böyük problemlərdəndir. Aşağı yaş qruplarındakı məşqçilər istədiyi təcrübələrdən bəhrələnə bilmirlər. Məşqçilər daim təcrübə keçməli və özlərini inkişaf etdirməlidirlər. Öyrəndiklərini isə gəlib burada uşaqlara aşılamalıdırlar. Bu, dünyanın hər yerində var, sadəcə bizdə yoxdur. İndi federasiya bu istiqamətdə atdım atır, ona dəstək vermək lazımdır."
İ.Qurbanov qeyd edir ki, uşaq futbolundaki problemlər kadr çatışmazlığına gətirib çıxarır: "Bizim ən böyük problemimiz, qeyd etdiyim kimi, uşaq futboludur. Uşaq futbolu yaxşı səviyyədə olmadığı halda, bizdə futbolda inkişaf çox çətin olacaq. Günlük uğurlar ola bilər, amma davamlı qələbələr çətindir. Ən birincisi akademiyalar yaradılmalıdır. Akademiyasız uğur mümkün deyil. Futbolçuların yetişməsi yarımçıq olur. Mental, psixoloji, fiziki baxımdan futbolçu yetişmir. Həmişə yarımçıq futbolçular olur. Bunu aradan qaldırmaq çox vacibdir."
Vaxtı ilə özü də “Fənərbaxça"nın akademiyasında oynayan İ.Qurbanov Türkiyəni seçmələri haqqında da danışıb: "Fənərbaxça"nın çox güclü akademiyası var. Mən də uzun illər orda oynamışam. Bu, məşqçilərimiz üçün çox gözəl bir praktikadır. Əlbəttə ki, çox fərqlidir, "Fənərbaxça"nın akademiyası tamam başqa bir səviyyədədir”.
İ.Qurbanov deyir ki, gələcəkdə başqa ölkələrin təcrübələrindən də bəhrələnmək olar: "Əlbəttə, bizə Türkiyə yaxındır. Bəzi akademiyalarin səviyyəsi çox yaxşıdır. Bizim cavan məşqçilər orada təcrübə keçməlidirlər ki, nəsə öyrənsinlər, yoxsa Azərbaycanda qala-qala nəsə eləmələri çox çətin olacaq”.
Cavad Musayev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Mahir Emreli ehtiyatda
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama