"Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin Qol.az saytına müsahibəsi
- Komandanız Premyer Liqanın ilk 5 turundan sonra 9 xalla 2-ci pillədə qərarlaşıb. Çempionatın startı haqda nə deyə bilərsən?
- Məncə, 5 oyuna 9 xal yığmaq pis nəticə deyil. Bəlkə də, çox da yığa bilərdik. “Səbail”ə də qalib gəlsəydik, 12 xalımız olardı. Amma 9 xal da bizim kimi komanda üçün yaxşıdır. Elə səhvlərimiz oldu ki, məğlub olduq. Bunları aradan qaldırsaq, maksimum xallar yığarıq.
- Bu 5 turda bir neçə gözlənilməz nəticə qeydə alındı. Səncə, bu, çempionatın startı ilə bağlıdır, yoxsa liqanın səviyyəsi artır?
- İndi komandalar bir-birini yaxşı tanımır. Hər birinin heyətində yeni oyunçular var. Biz xallarımızın çoxunu səfərdə qazanmışıq. Stadionumuzdakı təmir işlərinə görə evdə cəmi bir oyun keçirmişik. Onda da məğlub olmuşuq. İnşallah, qarşıda ev oyunlarımız çox olacaq. Həm də çempionatın səviyyəsi əvvəlki illərlə müqayisədə yüksəlib. Demək olar ki, bütün komandalar yaxşı legioner gətirib. Hər bir komanda yaxşı oyun sərgiləyə bilir. Çempionatın səviyyəsinin yaxşılaşdığını düşünürəm. Hamı deyir ki, nəticələr gözlənilməzdir. Amma reallıq odur ki, hamı bir-birindən xal ala bilir.
- Son turda sizin səfərdə “Sabah”a 3 cavabsız qolla qalib gəlməyinizi də bir qədər sürpriz nəticə hesab olundu. Qollardan birini də sən vurdun.
- Bundan əvvəlki turda evdə “Səbail”ə məğlub olmuşduq. Bu oyunda da uduzsaydıq, bunun psixoloji təsiri pis olardı. Çünki çempionatın əvvəlidir. Buna görə də oyuna çox yaxşı hazırlaşmışdıq, rəqibi düzgün analiz etmişdik. Meydana çıxanda bizdə istək rəqibdən daha çox idi. Komandada inam da vardı. Bizim kollektivimiz bir ailə kimidir. Rəhbərlikdən tutmuş futbolçulara qədər hamı bir-birinə inanır. Bu inama görə nəticə də qazanırıq. Kimin qol vurmağının fərqi yoxdur. Bizdə bütün futbolçular oyuna canını qoyur. Qol vurmuşamsa, təbii ki, mənim üçün ikiqat sevinclidir. Mən hər oyunda komandama maksimum şəkildə kömək etməyə çalışıram.
- Komandanız bu mövsüm hansı yerlər üçün oynaya bilər?
- Reallıqdan danışsaq, bizim qarşısımıza avrokuboklara düşmək məqsədi qoyulmayıb. Hər hansı pilləni tutmaq tapşırığı da verilməyib. Amma hər bir komanda istəyər ki, yaxşı yerlər üçün oynasın. Mən istəyərəm ki, komandamız avrokuboklarda çıxış etsin. Ötən il yığılan komandayıq. Bu mövsüm də yeni oyunçularımız gəlib. Komandamızda hələ ki, tam uyğunlaşma getməyib. Get-gedə daha yaxşı olacağıq.
- Artıq 2 ildir “Turan Tovuz”dasan. Tovuzda futbol atmosferi necədir?
- “Turan Tovuz” azarkeşləri üçün oyunun harada keçirilməsinin fərqi yoxdur. Bizi səfərdə çox yaxşı dəstəkləyirlər. Sanki evdə oynayırıq. Onların nəticədən asılı olmayaraq bizə möhtəşəm dəstək verməsi komandada inamı artırır. Tovuz, Gəncə həmişə futbol bölgəsi olub. Heç vaxt azarkeşlər komandasını tərk qoymurlar. Biz hər dəfə səfər oyuna çıxanda düşünürük ki, azarkeşlərimiz 400 km məsafə qət edib bizə dəstək olmağa gəliblər. Bu da bizə əlavə məsuliyyət verir. Şükürlər olsun ki, 2-ci pillədəyik. Bundan sonra da onları sevindirməyə çalışacağıq. Tovuzda azarkeşlər həmişə yaxşı nəticə istəyir.
- Milli komandamız sentyabrın 9-da Avro-2024-ün seçmə mərhələsində Belçika yığmasını qəbul edəcək. Bu görüş haqda nə düşünürsən?
- Çox ağır oyun olacaq. Rəqib bu cür oyunda xal itirmək haqda düşünmür. Amma bizim millimiz də yaxşı nəticə qazna bilər. Belçika yığmsı əvvəlki gücündə deyil.
- Bir müddətdir stabil oynasan da, millimizin baş məşqisi Canni De Byazi yenə sənə dəvət göndərmədi. Milliyə çağırılacağını gözləyirdin?
- Həmişə stabil futbol oynamışam. Keçən il də yaxşı oyunlar keçirmişik. Bu il də komandamızın nəticələri pis deyil. Hər bir futbolçu kimi, mən də millidə oynamaq istəyərəm. Millidən dəvət gözləyirdim. Amma çağırmayıblarsa, baş məşqçinin seçimidir. Mənim işim futbol oynamaqdır. Qarşıda yenə millimizin toplanışları olacaq. Çalışacağam ki, özümü göstərim. Əsas odur ki, milliyə çağırılmadığıma görə həvəsdən düşmək söhbəti yoxdur. Daha da yaxşı oynamağa çalışıram. Nə vaxt milliyə çağırsalar, komandada canımı qoymağa hazıram.
- Sənin mövqeyində çıxış edən, oyun təcrübəsi olmayan milliləşdirilmiş futbolçu Höccət Haqverdi yenə yığmaya dəvət olundu. O, səndən yaxşı oynayır?
- Mənə görə milliyə kimin çağırılmağının fərqi yoxdur. Bu suala cavab vermək bəlkə də peşəkarlığa sığmaz. O da futbolçudur, çörəyi burdan çıxır. Baş məşqçinin qərarı belədir. İnşallah, məni də çağırarlar. Ruhdan düşmək olmaz.
Ramiq Ağaməmmədov
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video