Jiru karyerasını başa vurur

Jiru karyerasını başa vurur
DÜNYA FUTBOLU 29 Sentyabr 2026 / 14:50 209
-  A +

Fransa millisinin sabiq hücumçusu Olivye Jiru 2026/27 mövsümünün sonunda peşəkar futbolçu karyerasını başa vuracağını açıqlayıb.

QOL.az xəbər verir ki, hazırda Liqa 1-də “Lill” klubunda çıxış edən futbolçu sentyabrın 30-da 40 yaşını tamamlayacaq.

“Futbolçu kimi son mövsümümdür. Buna görə də hər anın dadını çıxarıram  – deyə Jiru L’Équipe-ə bildirib.

Qeyd edək ki, Jiru “Lill”dən əvvəl “Los-Anceles”, “Milan”, “Çelsi” və “Arsenal”da çıxış edib. O, 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionu olub.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner