“Malyorka”da bədbəxt hadisə: qapıçı xəstəxanaya yerləşdirildi

“Malyorka”da bədbəxt hadisə: qapıçı xəstəxanaya yerləşdirildi
DÜNYA FUTBOLU 29 Sentyabr 2026 / 15:38 380
-  A +

İspaniyanın “Malyorka” klubunun qapıçısı İvan Kuelyar klubun bazasında baş verən bədbəxt hadisə nəticəsində başından ciddi xəsarət alıb.

QOL.az Sequnda təmsilçisinin saytına istinadən xəbər verir ki, hadisə “Ciutat Esportiva Antonio Asensio” bazasının yeməkxanasında baş verib. İnteryerin bir hissəsi olan iri konstruksiya qəfil uçub və Kuelyarın üzərinə düşüb.

42 yaşlı futbolçu xəstəxanaya çatdırılıb. O, növbəti 24 saat ərzində həkimlərin nəzarəti altında olacaq.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner