Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi

Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
DÜNYA FUTBOLU 29 Sentyabr 2026 / 19:01 277
-  A +

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel UEFA Millətlər Liqasının yeni formatından narazılığını bildirib.

QOL.az xəbər verir ki, "Evening Standard" nəşrinin məlumatına görə, genişləndirilərək 3 həftəyə qədər uzadılan beynəlxalq fasilədə İngiltərə millisi 4 oyun keçirir. İngilislər şənbə günü doğma meydanda İspaniya ilə qarşılaşıb. Komanda bu axşam isə səfərdə Çexiya ilə üz-üzə gələcək.

Tuxel belə sıx qrafikin futbolçular üçün problem yaratdığını deyib:

“Mən bu formatı daha çətin hesab edirəm. Çox səfər edirik və oyunlar arasında cəmi iki gün istirahət etmək imkanımız olur.  Milli komanda ilə klub arasında məşq prosesi və oyun üslubunun dəyişdirilməsi özlüyündə müəyyən risk daşıyır. Bu format isə həmin riski azaltmaq əvəzinə daha da artırır”.

Qeyd edək ki, Almaniya millisində bu problemi həll etmək üçün iki ayrı heyətin müəyyənləşdirildiyi, Fransa yığmasının isə rotasiyaya üstünlük verdiyi bildirilir.


Qarabağ FK
Son xəbərlər
topaz banner