“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qol.Az-a müsahibə verib
- Milli komandanın Bəhreynlə oyunu “Qarabağ”ın hazırlığına nə dərəcədə təsir etdi?
- Şübhəsiz, təsirsiz ötüşmək mümkün olmadı. Daha çox fiziki hazırlıq yox, taktiki cəhətdən. Çünki tam olaraq, bütün futbolçulara bir arada məşq keçə bilmədik. Nəzərə alaq ki, əsas milli ilə bərabər, U-21 millisinin düşərgəsində də bir neçə futbolçumuz var idi. Artıq hamısı geri dönüb. Çalışırıq ki, “Sumqayıt”la oyuna kimi bütün futbolçular bərpa olunsun.
- Əsas komanda saat 18:00-da 41 dərəcə isti altında oynadı, xeyli güc itirdi. U-21 isə süni örtüklü meydançada oynadı və onlar da xeyli güc itiriblər. Bu mənada, futbolçuları fiziki cəhətdən bərpa etmək sizin üçün çətin olmayacaq?
- Təbii ki, bunun da öz çətinlikləri var. Həqiqətən də milli çox isti havada oynadı. Odur ki, həmin futbolçulara bir qədər artıq istirahət vaxtı verdik. Ancaq bir məsələ də var ki, futbolçular da daha çox oynamalı və oyundan-oyuna artırmalıdılar. Çünki gələn həftənin dördüncü günü də oyunumuz olacaq. Həmin oyuna da hazırlaşmaq lazım gələcək.
- Bu həftə səfərdə “Sumqayıt”la oynayırsınız. Rəqib ötən mövsüm sizdən 4 xal almaqla sizə çempionluq yolunda ağır zərbə vurdu. Sumqayıtlılar bu dəfə də analoji uğuru təkrarlamağa kökləniblər. Sizcə, yenidən ötənilki sürprizlə qarşılaşa bilərsiniz?
- Futbolda sürprizlər çox olur. “Sumqayıt” bu mövsüm daha yaxşı təsir bağışlayır. İlk turda AZAL kimi komanda ilə 2:2 oynadılar. Hətta hesabda öndə idilər, sonradan üstünlüyü əldən veriblər. İkinci turda isə Tovuzda 10 nəfərə qalmalarına baxmayaraq, qələbə qazanmağı bacarıblar. Bu isə onu göstərir ki, komanda yaxşı formadadır. Yeni futbolçular transfer ediblər, baş məşqçiləri də artıq ikinci ildir Azərbaycandadır, həm Azərbaycan futbolunu yaxşı öyrənib, həm də “Qarabağ”ı. Ümumiyyətlə, “Sumqayıt” bizim üçün həmişə ağır rəqib olub və bu dəfə də bizi çətin oyun gözləyir.
- Quzanlı məsələsinə də toxunmaq istərdik. Artıq rəsmi olaraq məlum oldu ki, bu mövsüm Ağdamda oynamayacaqsınız. Deyilənə görə, burada əsas səbəb rəhbərliyin yox, futbolçuların istəyi olub...
- Biz artıq bu haqda danışmışıq, hər şeyə də aydınlıq gətirmişik. Ümumiyyətlə, bu məsələni tez-tez gündəmə gətirmək düzgün deyil.
- Hər halda, yenə də bu məsələyə toxunsaq, yaxşı olar.
- Bilirsiniz, hər bir futbolçu yaxşı şəraitdə oynamalıdır. Deyirlər ki, guya Quzanlı stadionunun vəziyyəti yaxşıdır. Amma xeyr, heç də yaxşı deyil. Payız aylarında, ümumiyyətlə, meydança bərbad vəziyyətdə olur. Bu, o demək deyil ki, biz Quzanlıda oynamaq istəmirik, yaxud oradakı azarkeşlərə qarşı hörmətsizlik edirik. Sadəcə, dediyimiz kimi, orada oynaya bilmərik, çünki şərait yoxdur. Yol yorğunluğu da əlavə problemdi. Buna görə də Bakıya köçməyə qərar verdik. Artıq Suraxanıdakı Tofiq İsmayılov adına stadionu da icarəyə götürməyə hazırlaşırıq. “Qarabağ”ın bazası orada olacaq, komanda Bakıda məskunlaşacaq. Peşəkar klub mütləq bir yerdə məskunlaşmalı, oyuna gedəndə də bir məkandan yığışıb yola düşməlidir.
- Bu addımınız azarkeş amilinə təsir etməyəcək ki?
- Xeyr, bu barədə hansısa problem yaşayacağımıza inanmıram. Belə baxanda, Bakıda da “Qarabağ”ın xeyli azarkeşi var. Söhbət tək ağdamlılardan getmir. Paytaxtda Şuşadan, Cəbrayıldan və işğal altında olan digər bölgələrimizdən olan xeyli insan yaşayır. Klub rəhbərliyi onlarla da əlaqə quracaq və həmin azarkeşləri paytaxtdakı oyunlarımıza cəlb etmək üçün iş aparacaq. Klub azarkeşləri də sağ olsunlar, bizi başa düşürlər. Artıq “İmarət” fan-klubu ilə söhbətimiz olub, onlar da bizi başa düşdüklərini bildiriblər. Sadəcə, bəzi adamların tez-tez Quzanlı məsələsini gündəmə gətirməsinin tərəfdarı deyiləm.
Anar XANLAROV
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video