Dünən milli komandalarımız növbəti rəsmi oyunlarını keçirdi. Əvvəlcə “Dalğa Arena”da tarixi hadisə yaşandı. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiyanı qəbul edən 21 yaşadək futbolçulardan ibarət komandamız 4 il sonra ilk qələbəsini qazandı.
Nə az, nə çox 4 ildən sonra! Düz 4 il idi ki, U-21 qələbə üzünə həsrət idi. Bu komanda əsas milliyə futbolçu yetişdirməlidi. Bu komanda əsas millinin sabahıdı. Bilmirəm, slovaklarla oyunu izləmisinizmi? Komandamızın heyətində 4 türk futbolçu vardı. Hüseyn Seyliğli, Doğukan Öksüz, Barış Ekincier, Ege Atlamın Azərbaycana və futbolumuza heç bir aidiyyatı yoxdu. Təbii ki, Türkiyə futboluna da lazım deyillər. Dünənki qələbədə ofsayddan da olsa, hər iki qolumuzu türk futbolçu vurdu. Amma mən sizə 100 faiz təminat verirəm ki, dünən heyətimizdə olan türklərin heç biri gələcəkdə əsas milimizdə oynamayacaq. İndiyəcən U-21 və ümumiyyətlə, aşağı yaşlardan ibarət komandalarda onlarla legioner oynayıb, onların heç biri milli səviyyəsinə yüksəlməyib. Çünki istedadı olan yeniyetmə, gənc öz ölkəsinin millisinə lazım olur. Azərbaycan kimi futbol aləmində autsayderlərdən sayılan ölkəyə uça-uça gələn futbolçunun heç bir perspektivi olmur. Bu təklifə razılıq verməsində yeganə məqsədi pul və millidən istifadə edib, alınsa özünə karyera qurmaqdı. Az-çox perspektivi olan futbolçular isə min ölçüb, bir biçir və sonda Azərbaycandan aldığı təklifdən imtina edir. Ən son nümunə Orkun Kökçüdü. “Feyenoord”un əsas komandasında oynamağa və qollar vurmağa başlayan gənc futbolçu dərhal Türkiyə millisində çıxış edəcəyini bildirdi. Bunacan Orkunun peşəkar karyerasının alınıb-alınmaması sual doğuran vaxtlar o qardaşı Ozancan kimi Azərbaycanı seçəcəyini deyirdi. Yəni bütün digər legionerlər kimi, türk futbolçular da Azərbaycanı mənəvi dəyərlərə görə yox, yalnız maddi marağına görə seçir. Sadəcə, ən pisi odu ki, aşağı yaşlardan ibarət milli komandalarda da bu proses kütləvi hal alıb və bu legionerlər neçə-neçə istedadlı azərbaycanlı uşağın, yeniyetmənin, gəncin yolunu kəsir. Hansı ki, hər bir azərbaycanlı futbolçu üçün milli forma geyinmək şərəfdi və pulsuz olsa belə o formaya, o himnə, o ada görə canlarını verərlər.
Aşağı yaşlardan ibarət millilərin legionerlərlə doldurulmasının məqsədi nədir? Təbii ki, burda heç bir inkişafdan söhbət gedə bilməz. Əsas millidə olduğu kimi, burda da başqa məqsədlər var. Eddi İsrafilovun son təlim-məşq toplanışına gəlməməsinin səbəbini mediadan oxumusunuz, yəqin. Eddiyə Azərbaycan millisində çıxış etmək müqabilində vəd olunan pulun bir hissəsinin verilmədiyi üçün belə addım atdığı yazılır. Mediaya inansaq, Dmitri Nazarov da eyni səbəbdən gəlməyəcəkmiş (kaş gəlməyəydi), amma onun “hesabı” çatdırılıb deyə milliyə təşrif buyurub. Milli komandalarda uzun illərdir gətirilən legionerdən futbolumuzun qazancı nə olub? Heç nə! Heç bir millimiz heç bir uğur qazanmayıb. Əvəzində bu futbolçulara milyonlarla pul verilib, silinib. Anlaşılan budur ki, AFFA-da audit filan olmur, milyonların hara, necə xərclənməsi, bu xərclərin qarşılığında hansı fayda olması ilə heç kim maraqlanmır. Legionerlər də razıdı, onları milliləşdirənlər də, onların rəhbərləri də, rəhbərlərinin rəhbərləri də...
Təbii ki, belə yanaşmanın sonu 4 il qələbə üzünə həsrət qalmaqdı. Heç bir milli hiss olmadan oynanılan komandanın qazandığı xal qrafasında 0 rəqəmi olmalıdı. Yaxın gələcəkdə heç bir uğur göstərmək potensialı olmayan milli komandalarımızda AZƏRBAYCANLILAR oynamalıdı, AZƏRBAYCANLILAR! Artıq əsas milli üçün kifayət qədər istedadlı nəsil yetişib. Nəsil dəyişikliyinə ehtiyac var. Heç olmasa yaşları 30-u keçən almeydalar, nazarovlar, paşayevlər, Azərbaycana heç bir aidiyyatı olmayan, fövqəladə istedadı ilə seçilməyən krivotsyuklar, U-21 və başqa aşağı yaşlardakı millilərdə olan legionerlərlə vidalaşıb, bu praktikaya son verib öz yeniyetmələrimizə, gənclərimizə güvənmək zamanıdı. Azərbaycan millisi Bəhlul Mustafazadə, Mahir Emrəli, Ramil Şeydayev, Ömər Buludov, Rahil Məmmədov, İsmayıl İbrahimli, Musa Qurbanlı, Amin Seydiyev, Namik Ələskərov, Emin Mahmudov, Rəhman Hacıyev, Hacıağa Hacılı, Fərid Nəbiyev, Araz Abdullayev, Ağabala Ramazanov, Mirabdulla Abbasov, Renat Dadaşov və bir çox başqa, əsasən gənclərdən qurulmuş heyətlə heç də indikindən zəif oynamaz. Zatən bundan zəif oynamaq mümkünsüzdü. Dörd oyuna sıfır xaldan pis nəticə göstərmək mümkün deyil. Əvəzində bu gənclər təcrübə qazanıb növbəti seçmə mərhələlərdə uğurlu nəticə qazana bilər.
Bundan sonra heç kim deməsin ki, Yurçeviçin seçim imkanı yoxdu və olanımız elə bu futbolçulardı. Xeyr, bu deyil! Millidə oynamağa və bundan yaxşı nəticə göstərməyə layiq kifayət qədər futbolçu var və onların əksəriyyəti gəncdi. Sadəcə, bu gənclərə güvənmək lazımdı. Və legionerlərdən gələn “qazanc”ı unutmaq...
Anar ŞABANOĞLU
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı