Elxan Məmmədov "İdman Azərbaycan" telekanalında müsahibəsinə əla hazırlaşmışdı. Hazırlaşmamışdısa daha gözəl. Demək məmur kimi tam yetişib və başqa bir sahəyə "povışeniyaya" getsə, həm futbolumuz qazanar, həm də özü. Məntiqlə yetişibsə niyə getsin ki?
Məsələ burasındadır ki, Elxan müəllim əvvəlki seçmə mərhələlərdə qazanılan 9-10 xalı fəxrlə uğur kimi qələmə verir. Bu təfəkkürlə futbolumuz heç vaxt irəli gedə bilməz! Əgər qarşıya qitə və dünya çempionatlarının final mərhələsinə yüksəlmək məqsədi qoyulmasa, heç vaxt futbolumuz inkişaf edə bilməz! Qazanılan 9-10 xal seçmə mərhələdə hansısa San-Marinonu qabaqlamaqdan başqa heç nə vermir! Yuxarıda dediklərim isə reallıqdır, dövlətin və UEFA-nın ayırdığı vəsaitlə biz Bakıdakı AÇ-2020-də, evimizdə özümüzü qonaq hiss etməməli idik...
Regionlarda və paytaxtda tikilən stadionların futbolun inkişafı üçün istifadə edildiyini dedi. Elxan müəllimin Bəhlul Mustafazadəyə görə təriflədiyi İmişli, Yevlax, Lənkaran, Masallı (bir stadiona Anatoli Banişevskinin adını ver və sonu belə olsun...) və başqa şəhərlərin stadionlarında mal-qaranın, qoyun-quzunun, at-eşşəyin otlaşdığı şəkilləri çoxları görüb...
Elxan müəllimin futbolumuzu düşürdükləri bugünkü bataqlıqdan çıxması üçün nəinki fundamental, ümumiyyətlə heç bir fikrinin, planının olmadığı göründü. Yəni, Yurçeviç gedəcək, Vurçeviç gələcək, 1 xal olmayacaq, 11 xal olacaq, amma yerimizdə sayacağıq, autsayderliyimizə davam edəcəyik. Uşaq futbolu haqda kəlmə kəsmədi. Klubları limiti götürmək istəyində günahlandırdı, hətta aşağı yaşlardan ibarət millilərin həvəskar legionerlərin sınaq poliqonuna çevrilməsinin günahının kimdə olduğunu demədi. Əsas milli də Braziliyadan Anqolaya tam bir internasionaldı. Amma nəticə 24 il əvvəlki kimidi, yenə sonucu yerdə heç kimə zərrə qədər şans vermədən möhkömlənmişik. Bəlkə də bütün günahlar dırnaqarası jurnalistlərdədi, bəlkə də AFFA-dakı dırnaqarası peşəkarlarda. Bəlkə də demiş Elxanı müəllimi dinlədikcə Ramiz Rövşənin məşhur şeirindəki "Bəlkə də xoşbəxtik, xəbərimiz yox" sözləri qulağımda cingildəyirdi.
Elxan müəllim dedi ki, Yurçeviçin qarşısında qrupda sonuncu yeri tutmamaq məqsədi qoyulmuşdu. Əgər AFFA rəhbərliyi hər hansı məşqçinin qarsına belə məqsəd qoyursa, ən azı buna görə təcili istefa verməlidi. Bəlkə də Elxan müəllimin 2 il əvvəl və bu ilin fevralında dedikləri yadından çıxıb...
https://report.az/…/elxan-memmedov-esas-meqsed-avro-2020-…/…
https://qol.az/?name=xeber&news_id=130684
İlkin Babanın suallarının hamısı Elxan müəllimə bəy tərifi yağdırmaq üçün deyildi. Məmmədov da panikaya düşmürdü. Çox rahat cavablar verirdi, özü dediyi kimi vəzifəsindəki komfort efirdən də hiss olunurdu. Bəlkə də bu daxili rahatlıq ən azı AÇ-2020 bitənəcən vəzifəsindən getməyəcəyinə işarədi.
Elə isə idman mediasının kütləvi mətbuat konfransı istəyindən niyə yayınır, Dadaş Dadaşlinskinin verilişinə çıxmaqdan niyə qaçır?! Anlaşılmır.
Daha ətraflı bir yazı yazıb başlığı da "Qaçma dayan, ay Elxan!" qoya bilərdim. Amma azarkeşlər və həmkarlar nə qədər narazı olsa da, səmimi deyim ki, mənim bu şəxsə hörmətim var. Həmçinin AFFA-da çalışan başqa insanlara. Düzdü, baş katibin futbolumuzdakı missiyasının bitdiyi qənaətindəyəm. Əminəm ki, Elxan Məmmədov bundan sonra vəzifəsində qalsa, Azərbaycan futbolu inkişaf etməyəcək. Tənəzzül də olmayacaq çox güman. Çünki bundan aşağısı yoxdu...
Anar ŞABANOĞLU
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı