"Qarabag" çempion oldu. Çempionluq oyununda azarkeş sayının azlığı ən yaddaqalan məqam idi. "Neftçi" və ya "Xəzər-Lənkaran" çempionluq oyununa çıxsa təbii ki, belə olmazdı. Ona görə yox ki, onların azarkeşləri daha çoxdu. Əminəm, Azərbaycanda ''Qarabag"dan daha çox azarkeşi olan ikinci bir klub yoxdu.
Azərbaycanda "İmarət" fan-klubundan daha çox sevilən bir azarkeş ordusu da yoxdu.
Bəs nə oldu, harda idi "Qarabag"lılar? Yoxsa başqa azarkeşlər daha sədaqətlidi sevdiyi klublara? YOX! Tam əksinə buna da tam əminəm ki, "Qarabag" başqa klublar kimi pullu azarkeş xidmətindən istifadə etmir. Bu komandanın pula, karyeraya, kiməsə yaltaqlanmağa xatir sevmirlər. Heç "Azərsun"a, başqa gözəgörünən və gözəgörünməz qüvvəyə və agdamlılar xaric hansısa bir rayona aid olduguna görə də sevmirlər. Çünki bu komanda təkcə heç nəyi olmayan ağdamlıların hər şeyi deyil. "Qarabag" tək Ağdam deyil, "Qarabag" Zəngilan, Cəbrayıl, Laçın, Füzuli, Agdərə, Xocavənd, Qubadlı, Kəlbəcərdi. "Qarabag" növbəti işgal günündə qızardığımız Şuşadı. "Qarabag" Xocalıdı, xocalıların səsini Avropaya çatdıra biləcək canlı tarixdi. "Qarabag" Təbrizdi, Göyçədi, Zəngəzurdu düşmənlərin qapazlaya bilmədiyi nəsli kəsilməkdə olan milli dəyərlərdəndi.
Bu dəyəri hansı azərbaycanlı sevməz ki? "Qarabag" təkcə Agdam deyil, Bütov Azərbaycandı. Dünyanın harasında azərbaycanlı varsa, orda "Qarabag" da var. Bəs niyə stadionda yox idilər? Ən ülvi hissləri belə oyuncağa çevirməyə bacaran futbol başbilənlərimiz, az qala ən son azarkeşi də futboldan iyrəndirməyə yaxındı. Futbolla çırpınan ürəklər Azərbaycan futbolu adı gələndə bulanır. "Qarabağ" "Rusenborq"u məglub edəndən bu yana Avropadakı oyunlarıyla göstərirdi ki, ən güclü klubumuzdu. Amma niyə indiyəcən çempion olmurdular, bunu "agsaqqalar"dan soruşmaq lazımdı. Bu mövsüm də çempionluğu çox uzatdılar…
Qarşıdan Avropa kubokları gəlir. Burda daxili oyunlardakı konsertlər, sıxma-boğma, sünilik yoxdu. Necə deyərlər, bu meydan, bu şeytan. Elə buna görə də, bu meydan illərdir Qurban Qurbanovun aslanlarının oylağıdı. Çempionlar Liqasının qrup mərhələsində göruşənədək!
Anar ŞABANOĞLU
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video