İkinci yazı
Uğursuzluqlarını ört-basdır etmək məqsədilə “Azərbaycanda futbol olmayıb, olmayacaq” fikrini xalqın beyninə yeritmək istəyən AFFA texnoloqlarının yaddaşını təzələmək üçün yaxın-uzaq keçmişə ekskurs etməliyik.
Xalqımız Türkiyə yığmasının Bakıya gələcəyinə sevinir ki, heç olmasa, onlara azarkeşlik edərik. Bilmirəm Elxan müəllim Kamil Eynullayev ad-soyadını eşidib, ya yox. Amma bu azərbaycanlı balasının Turqay Şeren kimi əfsanənin qapısına yol tapması ilə “Neftçi” vaxtilə “tacsız kral” Mətin Oktayı və komandasını 3:1 hesabı ilə məğlub edib Bakıdan məyus göndərmişdi. İndi kimsə deyəcək ki, təsadüfdü də. Vallah, təsadüf deyil, “Gənclərbirliyi” “Neftçi”dən 5 qol görmüşdü, ümumiyyətlə, türklər sovetlər dönəmində bizdən zəif idi. “Neftçi” İzmirdə “Altay”ı məğlub edirdi, həmin “Qalatasaray” 1990-da qonaq komandalar üçün “cəhənnəm” adlandırılan “Əli Sami Yen”də SSRİ birinci dəstəsinin daimi sakininə çevrilmiş komandamızla bacara bilməmişdi. Heyətində Tancu Colak kimi əfsanəvi bombardirin olduğu ev sahibləri məğlubiyyətdən son dəqiqələrdə qurtulmuşdu. Bizim qolları isə Samir Ələkbərovla Vladislav Qədirov vurmuşdu. Onu “sarı-qırmızı” etmək üçün türk menecerlərin Bakıya kimi arxasınca düşdüyü Qədirov bu oyundan 4 il əvvəl SSRİ yığmasının heyətində Azərbaycan futbolunun daha iki yetirməsi Arif Əsədov və Vladislav Lemişlə dünya çempionu olmuşdu. O Arif Əsədovla ki, 1988-ci ildə gənclər arasında Avropa çempionluğunu da qazanacaqdı. Elə həmin il Azərbaycan futbolunun daha bir yetirməsi İqor Ponomaryov olimpiya çempionu oldu. O, bundan 10 il əvvəl 21 yaşlılar arasında Avropa çempionu adını qazanmış, 1979-cu ildə dünya çempionatının finalında isə mükəmməl baş zərbəsi ilə hesabı açsa da, dahi Maradonanın qolları üzündən “Neftçi”dəki komanda yoldaşı Vladimir Mixaylevski ilə birgə gümüş medalla kifayətlənməli olmuşdu.
“Neftçi”nin “Əli Sami Yen”dən heç-heçə ilə qayıtdığı 1990-cı ildə SSRİ-nin gənclərdən ibarət yığması Macarıstanda Avropu çempionluğunu qazandı. Çempion heyətdə Azərbaycan futbolunun iki yetirməsi – Tərlan Əhmədov və Ruslan Lukin də vardı.
1982-ci il avqustun 22-si SSRİ olimpiya yığması səfərdə Trinidad və Tobaqonun qapısına 5 cavabsız qol vurdu. Qollardan birinin müəllifi Səmədağa Şıxlarov idi. SSRİ komandasının heyətində isə daha bir həmyerlimiz Asim Xudiyev çıxış edirdi. 1987-ci ildə Çexoslovakiyanın qonağı olan SSRİ olimpiyaçılarının heyətində də iki “Neftçi”li – həmin il “33 ən yaxşı futbolçusu” siyahısına düşmüş Aleksandr Jidkov və Yunis Hüseynov vardı. Qapıçı Azərbaycan futbolunun yetirməsi olmasa da, məhz Bakıda püxtələşib tanınmışdı. Eyni sözlər həmin dövrdə SSRİ olimpiya yığmasının kapitanı olmuş Valeri Pançikə də aiddi.
1986-da “33 ən yaxşı futbolçu” siyahısına Maşallah Əhmədov da düşə bilmişdi. Həmin il sentyabrın 15-də Vrotslavda UEFA kubokunun oyununda Moskva “Dinamo”sunun heyətində çıxış edən İsgəndər Cavadov 6 (!) müdafiəçini aldadaraq fantastik qola imza atmış, bununla da komandasının “Şlönsk”lə ilk qarşılaşmadan 2:2 hesablı məqbul nəticəylə evə dönməsinə kömək etmişdi. O dönəm Çexoslavakiya ilə oyuna dəvət alan Cavadovla Əhmədovun SSRİ olimpiya yığmasının formasında fotolarını yəqin çoxlarınız görmüsüz. Bu matç 1986-cı il mayın 30-da keçirimiş və SSRİ yığmasının 1:0 hesablı qələbəsi ilə bitmişdi.
Ümumiyyətlə, 70-80-ci illər Azərbaycan futbolunun heç də ən yaxşı dövrləri deyildi.Əvvəlki əzəmətini itirən “Neftçi” elita ilə 1-ci dəstə arasında var-gəl edirdi. Futbolumuz nə qədər çətin dövr yaşasa da, Azərbaycanda SSRİ səviyyəsində az-çox uğurları olan oyunçular yetişirdi...
***
“Stadion sükuta dalmışdı. Bütün futbolçular geri çəkilib penaltini vurmaq istəmirdi. Bu an gənc Valeri Hacıyev topu əlinə götürüb asta addımlarla “nöqtə”yə yaxınlaşdı. Banişevskiyə qarşı kobudluğa görə təyin olunan penaltini yerinə yetirməkdən daha təcrübəli futbolçular çəkinmişdi. Bu penalti “Neftçi”nin yüksək liqada qalıb-qalmayacağına aydınlıq gətirəcəkdi. Daha sonra isə məlum olacaqdı ki, həm də yalnız yüksək liqada qalmasına yox” - bu atamın xatirəsidi. O vaxt 1-ci kursda oxuyurmuş. Ümumiyyətlə, atam həmin ildən “Neftçi”nin oyunlarına getməyə başlayıb. Tribunadan izlədiyi oyunlarla bağlı xatirələri çoxdur. Hər xatirəsi bir tarixdi. Amma bu heç bir şişirtməsiz, çox maraqlı tarixi faktdı...
Atam deyir ki, çempionatın son oyununun son dəqiqələri idi. “Neftçi” Qorki “Volqa”sına qalib gəlsə, rəqibi ilə xalları bərabərləşəcəkdi və top fərqinə görə yüksək liqadakı yerini qoruyacaqdı. Söhbət 1964-cü il noyabrın 3-də keçirilən matçdan gedir. Bu oyunla Azərbaycan futbolunun “qızıl dövrü” başladı desək, yanılmarıq. Kim bilir Valeri Hacıyev həmin penaltini qola cevirməsəydi, 1-ci dəstəyə düşəcək «Neftçi»nin aqibəti necə olacaqdı. Amma hər şey nağıllardakı kimi xoşbəxt sonluqla bitdi.
Böyük futbolda ilk mövsümünü keçirən Banişevski və Kramarenko ilin ən yaxşı debütantları üçün mükafatın laureatı oldular, Tuayev və Bruxti ilə birgə milli komandaya dəvət aldılar.
Cəmi iki il sonra Azərbaycan futbolu bütün SSRİ-yə səs saldı, Əhməd Ələsgərovun çalışdırdığı “Neftçi” çempionatın üçüncü ən güclü klubu oldu. Komandamıız turnir cədvəlində daha üst pillədə qərarlaşan Rostov OİK-inə çempionatın hər iki oyununda qalib gəldi (4:1, 3:1), çempion Kiyev “Dinamo”su ilə Bakıda heç-heçə edib, səfərdə qalib gəlməyi bacardı. Həmin il Banişevski final mərhələsində SSRİ yığmasının heyətində ən yaxşılardan idi. O mundialın ən unudulmaz siması isə Tofiq Bəhramov oldu. Bəhramovun yolunu 1980-ci ildə Olimpiada finalının hakimi olacaq Eldar Əzimzadə davam etdirəcəkdi.
60-cı illər futbolumuzun qızıl dövrü idi. Banişevski ilə birgə İngiltərədəki DÇ-yə yollanan SSRİ yığmasında yer alan Eduard Markarov 1962-ci ildə SSRİ çempionatınln bombardiri olmuşdu. Kazbek Tuayev (1963, 1966,1967) və Anatoli Banişevski (1965,1966,1967) hərəsi üç dəfə, Vladimir Bruxti (1967) bir dəfə “33 ən yaxşı futbolçu” siyahısına düşmüşdü. 1967-ci ildə “ilin debütantı” mükafatının lauretları arasında bakılılar Vyaçeslav Lyoqki və Nikolay Smolnikov da vardı. Smolnikov həmin il U-21lərin Avropa çempionatında qalib gələn SSRİ yığmasında da yer almışdı.
1968-də isə Azərbaycan futbolunda daha bir superulduz parladı. “İlin debütantı” mükafatının laureatı seçilən Vitali Şevçenko SSRİ yığmasının heyətində keçirdiyi ilk 6 oyunda vurduğu 4 qolla 1972-ci ildə AÇ-də 2-ci yeri tutmasında pay sahibi olmuşdu. Təəssüf ki, 1971-ci ildə “33 ən yaxşı futbolçu” siyahısına düşən gənc futbolçu ağır zədə üzündən final mərhələsində iştirak edə bilmədi. Əvəzində onunla həm “Neftçi”də, həm də əsas yığmada çiyin-çiyinə oynayıb qolları sıralayan Anatoli Banişevski Avropa çempionatının final matçının iştirakçılarından oldu.
Daha sonra Kiyev “Dinamo”suna yollanan Şevçenko bu klubla da bir çox titul qazandı, o cümlədən 1975-də Kuboklar Kubokunun və Avropa Superkubokunun sahibi oldu. Məşqçi kimi də özünü yaxşı tərəfdən göstərən bakılı Moskva “Torpedo”sunda və “Bolivar”la uğurlu fəaliyyəti ilə yadda qaldı. O cümlədən Latın Amerikasında yetərincə məşhur olan “Bolivar”a Boliviya çempionluğunu qazandırdı.
Davamı olacaq
Anar ŞABANOĞLU
“Futbol+” qəzeti
"Sabah"ın pley-offdakı rəqibi məlum oldu
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı
"Çelsi"nin qapıçısı Fransa klubunda - Rəsmi
ÇL-də pley-offçular müəyyənləşir
Arauxo: "Keyfiyyətlərim Premyer Liqa üçün idealdır"
Ukraynalı qapıçılar "Yuventus"un hədəfində
"Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
Tanınmış hücumçu Kanada klubuna keçdi
"Sabah" - "Orhus" oyunu bu kanalda
"Bavariya"dan Keyn qərarı
Vlahoviç "Beşiktaş"a keçməyə yaxındır
Minlərlə azarkeş Ronaldonun toyunu gözlədi, amma...
"Tottenhem"dən "Vest Hem"ə keçdi - Rəsmi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Leandro Andradedən məhsuldar ötürmə
Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
I Liqa klubundan “Kəpəz”ə keçdi
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın müdafiəçisi "Liverpul"da - Rəsmi
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır
"Kəpəz" onu geri qaytardı
"Fasilə bizə çox yaxşı təsir etdi" - "Orhus"un baş məşqçisi
"Mənim heç vaxt istirahətə ehtiyacım yoxdur"