19 il bir igidin ömrüdü...
19 il öncə bu gün...
Futbol tariximizin ən önəmli oyunu məhz 19 il öncə bu gün - yanvarın 19-u oldu. Allah mənə həmin matçın canlı şahidi olmağı nəsib etdi.
Söhbət "Birlik kuboku"nun "Neftçi" - "Pünik" oyunundan gedir.
O zaman Azərbaycan futbolunda böyük pullar, bu pulları dağıdan ünsürlər hələ yox idi. "Neftçi"nin büdcəsi də indikindən bəlkə də 100 dəfə aşağı idi.
Oyunu həm Moskvadakı "Dinamo" arenasında, həm də televiziyadan izləyənlər biz hesabda önə keçəndən sonra ermənilərin etdiyi şərəfsizliyi yaxşı xatırlayır. Xatırlamayanlar üçün deyim ki, arenada erməni azarkeşlər olan tərəfdə iştirakçı ölkələrin bayraqları asılmışdı. Və ermənilər hesabda geriyə düşəndən sonra bizim bayrağın üstünə əskilərini (təhqir etmək istəmirəm, amma bu hərəkətin qabağında başqa söz tapmıram) asdılar.
Bütün fikrim oyunda idi, amma bir an indi "Zirə"nin baş məşqçisi, o zaman "Neftçi"nin müdafiəçisi olan Rəşad Sadıqovun meydanın kənarına gəlib aşağıdan (tribunalar ikinci mərtəbədə idi) erməni azarkeşlələrə tərəf nəsə jest etdiyini gördüm. Diqqətlə baxıb bayrağımıza qarşı hörmətsizliyi fərq etdim. Bizim tribunada ermənilərdən bəlkə 10 dəfə çox azarkeş vardı. Onların ən azı 500 nəfərinin biletini mən alıb aparmışdım. Aralarında dost-tanış, qohumlarım az deyildi. Nə isə...
Qayıdaq ermənilərin şərəfsizliyinə. Bunu fərq edib dərhal ermənilərə tərəf getdim. Çaxnaşma düşdü, biletini almadığım amma çox yaxşı tanıdığım, boyu təxminən metr yarım olan cəbrayıllı Vüqar mənə dəstəyə gəldi. Yüzlərlə erməni üstümüzə şığısa da, iki nəfərlə cavablarını verə bildik, sonda əskilərini bayrağımızın üstündən götürdülər.
Bunu heç vaxt danışmamağa çalışmışam. Canlı şahidlər çox olub. İndi də var. Sağdılar. İstər futbol klublarımızda, istər jurnalistikada, istərsə də ümumən bu camiədə. Vallah, səmimi deyirəm.
Amma indi gündə bir həmkarımız dünyasını dəyişir. Sabahı yalnız Allah bilir. Deməsəm, ən azı gənc nəslin xəbəri olmayacaq...
Bu bir tarix idi. Öncəliklə meydanda qazanılan qələbə.
Rövnəq Abdullayevi Elxan Məmmədovun və Elşad Nəsirovun çaldığı havaya oynamasına və AFFA prezidenti olduğu dönəmdə milyonlarla, bəlkə milyardlarla dövlət büdcəsindən ayrılan vəsaitin müqabilində futbolumuza heç bir fayda verməməsinə görə bəlkə məndən çox tənqid edən olmayıb. Amma "İgid öldür, haqqını yemə" deyib atalarımız. Rövnəq müəllim "Neftçi" tarixinin mənə görə ən yaxşı prezidenti olub. Ən azı, elə bu qələbəyə görə!
Qaldı, oyunətrafı məqamlara...
Həmin bayraq məsələsində sonda şərhçi Fikrət Adığözəllinin sevincli "ermənilər bayraqlarını bizim bayrağın üstündən götürdü" sözləri, o dövrün başqa tanınmış şərhçisi, tribunada olan Altay Əliyevin hər qolumuza hayqırtısı ömürlük qulağımdadı.
Oyundan sonra oteldə Qurban Qurbanovun, Rəşad Sadıqovun, onun dostu Eminin, komandamızın digər futbolçularının məğlubiyyətlə barışmağı bacarmayan ermənilərə layiqli cavab verməsi də futbolumuzun ən böyük qəhrəmanlıq səhifəsinə düşüb.
Bu qarşılaşma haqda bəlkə də ayrıca kitab yaza bilərəm... Sonra təsadüfən elə oldu Allah rast saldı həmin Eminin atası, çox dəyərli Nürəddin kişi ilə tanış oldum.
Matçın ardından oteldə dava salan ermənilərin üstünə şığıyan "Neftçi"nin ovaxtkı rəhbərlərindən biri, sonra Peşəkar Futbol Liqasının prezidenti olan Ramin Musayevi saxlayıb "Biz lazımi qələbəni qazanmışıq. Bunlar təxribat edir. Səbr edin" deməyim, hamısı kinolent kimi keçir gözümün önündən.
Hələ daha sonrası da vardı... Moskvada Sərxan Sərxanın canlı oxuduğu "Arşın Mal Alan" restoranındakı ziyafətdə müştəri olan Bakı ermənilərinin mikrofonu götürüb "Sizi ürəkdən təbrik edirik, biz erməni olsaq da, bakılıyıq, həmişə "Neftçi"yə azarkeşlik edirik" sözləri və s...
Bu bir tarix idi. O zaman məğlub durumda olan Azərbaycanın ölkəmizi işğal etmiş düşmən üzərində futbolda da olsa qazanılan parlaq bir qələbənin tarixi! Müstəqil, indi artıq fəxrlə qalib dediyimiz Azərbaycan üçün neçə-neçə qəhrəman şəhidlər verdiyimiz günün ildönümündə qazanılmış qələbəmizin unudulmaz tarixi!
O kiçik qələbə nə qədər şəhid ailələrimizi, məcburi köçkünlərimizi, 50 milyonluq xalqımızı sevindirmişdi. Bununla kiçik də olsa təsəlli tapmışdıq... Allaha min şükür ki, bu gün biz futbolda və idmanda işğalçı düşmən üzərində qələbəyə möhtac deyilik. İdmanda udmaq da var, uduzmaq da.
Dövlətimiz kimi mən də həmişə sülh istəmişəm, istəyirəm. Amma o qələbə, o dövrdə bizim üçün, xalqımız üçün çox önəmli idi.
Anar Şabanoğlu
“Heç vaxt təslim olmayan “Barselona” görmək istəyirəm”
"Zirə" "Araz-Naxçıvan"ı belə məğlub etdi - Video
"Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi"
"Zirə" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qalib gəldi
Kamilo Durandan “Qarabağ”a xoş müjdə
Azərbaycan boksçusu erməniyə qalib gəldi
"Barselona"da qalır
"Kəpəz" - "Sumqayıt" oyunundakı 3 qol - Video
"Rəhbərlik komandaya yaxşı motivasiya verir" - Azər Bağırov
"Belə bəsit qollar buraxdığımıza inana bilmirəm" - Saşa İliç
D lisenziyalı məşqçi kursları yekunlaşıb
Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atıldı
"Qarabağ"dan Kamilo Duranla bağlı açıqlama
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər
Avropa Liqasında 1/8 final cütlükləri müəyyənləşdi
Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı
"Neftçi" basketbol komandası baş məşqçisini göndərdi
Premyer Liqa klubundan baş məşqçisinə yeni müqavilə
"Kəpəz" - "Sumqayıt": Heyətlər açıqlandı
Azərbaycan klubları avrokuboklarda qol rekordunu təkrarlayıb
Bu qış Azərbaycandan ayrıldı, "Valensiya"ya keçdi
“Qarabağ”ın hücumçusundan 2 ölkə üçün rekord
"Yuventus" qapıçısı ilə müqaviləni uzatdı
Azərbaycan boksçusu 1/4 finala yüksəldi
Demiçelis La Liqa klubunun baş məşqçisi təyin edildi
Bu qələbə "Fənərbaxça"ya kifayət etmədi - Video
Azərbaycan UEFA reytinqində 3 ölkəni qabaqladı - Yeni rekord
Rusiyada 9 futbol hakiminə cinayət işi açıldı
Konfrans Liqası: "Samsunspor" davam edir
Cəbrayıl Hacıyev bürünc medal qazandı
Qəza keçirən futbolçu yaşıl meydanlara qayıtmağa hazırlaşır
"Traktor" liderliyə yüksəldi
İngiltərə klubları Murilloya göz dikdi
Premyer Liqa klubu baş məşqçisi ilə anlaşdı