Bir neçə gündür Bakıdakı İran səfirliyinin qarşısında dalbadal aksiyalar olur. Hətta şənbə günü qadınlar da ayrıca piket keçiriblər. Bu gün sadəcə azərbaycanlı doğulduqları üçün İranda mənəvi-fiziki terrora məruz qalan, həbsxanalarda çürüyən, qanı-qanımızdan, canı-canımızdan olan məsum insanlara dəstək vermək sırası futbolsevərlərə çatıb!
Hərçənd günlərdir facebook-da ömründə futbola baxmayan həmvətənlərimiz qruplar yaradır və hər kəsi Azərbaycan-Qazaxıstan oyununda Güneydə farslar tərəfindən əzilən canlarımızın haqq səsinə səs verməyə çağırır. Belə gözəl təşəbbüslə çıxış edən qardaş-bacılarımıza dəstək olmaq isə hər birimizin, o cümlədən futbol azarkeşlərimizin borcudur. Bu gün bütün fan-klublarımızın üzvləri, stadiona gələn hər kəs bir ağızdan «Azərbaycan oyaqdır, Cənubuna dayaqdır», «Sərhədləri sındıraq, Urmu gölü dolduraq», «Güneydə canlanmadı özlədiyim birliyə çox qalmadı» deyəcək!
Facebook-da verilən elanlara görə azarkeşlər kompakt olaraq bir sektorda yığışmayacaq. Ayrı-ayrı sektorlar xüsusən 7-ci və 8-ci sektorlar azarkeşlərin arasında daha populyardı, əgər bu sektorlara bilet tapmasanız 9-10 sektorlara bilet ala bilərsiniz. Qiymət o qədər də baha deyil 1-2 manat arası.
Bu gün meydanda və tribunlarda sadəcə Şimali Azərbaycan milli yığması və onun azarkeşlərinin olmadığını dünyaya göstərməliyik. Bu gün meydanda və tribunalarda Bütöv Azərbaycan və onun qorxmaz övladları olacaq! Bu gün meydanda həmdə «Qarabağ» və «Traktor» olacaq!
Təbriz «Traktor»u sadəcə bir futbol klubu deyil həmdə Güney Azərbaycanın azadlıq simvoludur. «Traktor»un ev oyunlarına baxmağa gələnləri futboldan çox millətinin gələcəyi düşündürür. Belə olmasa əliyalın insanlar silahlı polislərin qabağında «Türk dilində mədrəsə, olmalıdır hər kəsə», «Bakı Təbriz Ankara türk hara farslar hara», «Azərbaycan bir olsun mərkəzi Təbriz olsun», «Azərbaycan bir olsun, istəməyən kor olsun» və bu kimi başqa şüarlar hayqırmaz. Millətinin fars əsirliyində olan çoxluğuna biganə qalmayan hər kəs Təbriz stadionunun tribunalarından səhnələri izlədiyi anlarda güneyli əzizlərimizin yanında olmaq istəyir. Azərbaycan-Qazaxıstan oyununda "Tofiq Bəhramov"u "Yadegar-e-Emam"a çevirmək bununla da Güneyin bir başqa azadlıq simvolu Urmu gölünə, ümumiyyətlə türk olduqlarına görə min bir əzab-əziyyət və alçaldılmalara məruz qalan 40 milyonluq əsir qandaşlarımıza ən azı mənəvi dəstəyimizi əsirgəməmək şansımız var. Quzeyin yatmadığını və Güneydəki qardaş-bacıları satmadığını göstərməliyik.
Bu gün futbolçularımızın da üzərinə böyük yük düşür. Onların tribunadakılara qoşulub şüar söyləmək imkanı yoxdur. Onlar sözlərini meydançada deməlidir!
Molla rejiminin Quzey Azərbaycandakı qulları «Əhli-Beyt» tipli cəmiyyətlərlə xalqı manqurtlaşdırıb Quzeyi də İrana birləşmək xülyasındadı. Allaha and olsun, onların fars müəllimlərinin və sponsorlarının başlıca ideyası budur! Bu gün də yatsaq sabah İran «İslam» respublikasında oyanacağıq. Bir anlıq gələcək nəsillər üçün nə qoyduğumuzu düşünək və «Yaşamağımın mənası nədir?» sualına cavab axtaraq...
Anar Şabanoğlu
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi