Həmin videokadrı yəqin çoxları görüb. Karyerasını bitirmək üzrə olan Anatoli Banişevski Bakıda “Dnepr”ə 100-cü qolunu vurduğu oyunda “Neftçi”nin futbolçularının çiynində meydanı tərk edir. “Banya”nın əvəzinə isə bir gənc hazırlaşır. Bununla da İqor Ponomaryovun SSRİ çempionatında debütü reallaşır.
...Başqa bir video. Gənclər arasında dünya çempionatının finalı. Mükəmməl baş zərbəsi ilə hesabı açan Ponomaryovun qolu SSRİ-yə çempionluq gətirmir. Çünki rəqibin heyətində Maradona var və futbol Allahının qolu daha dəyərli olur, Argentina çempionluğu bayram edir.
O, Azərbaycanın futbol üzrə yeganə Olimpiya çempionu, SSRİ-dən kənara çıxmağı bacarmış ilk azərbaycanlı futbolçudu. Düzdü, həmin dövr belə məsələləri idman komitəsi təşkil edirdi, “Şalke 04” və başqa Avropa klublarından təkliflər olsa da, yuxarılar öz məsləhət bildiyi variantı seçdi. Ponomaryovun “Nörçöpinq”ə transferi müqabilində isveçlilərin ödəyəcəyi vəsait “Neftçi”nin hesabına köçürüldüldükdən sonra, “flaqman” bu pulları müharibə fonduna göndərmişdi.
Slovakiya qələbəsi və Rəşad Sadıqovun debütü
...İllər sonra onu ana vətənində yada saldılar. “Peraşki dövrü” idi. Futbolumuzda pul yox idi. Amma İqor Anatolyeviç heç vaxt pul hərisi kimi ad çıxarmayıb. Əks təqdirdə Moskva “Spartak”ı və sovetlərin başqa daha imkanlı və ad-sanlı klublarının təkliflərini qəbul edərdi. Ponomaryov milli komandamıza qədər böyük futbolda baş məşqçi kimi çalışmamışdı. Bu mənada qısa müddətli fəaliyyətini müsbət qiymətləndirmək olar. Yaddaşlarda Slovakiya üzərində qələbə, 19 yaşlı Rəşad Sadıqova əsas millidə debüt etmək şansı verməsi kimi xoş xatirələr var.
İqor Anatolyeviç futbolumuzda iz qoymuş nadir şəxsiyyətlərdəndi. “Şəxsiyyət” sözünü ürəklə deyə bilirik, çünki bu sarıdan çox ciddi problem olan futbolumuzda nüfuzunu, imicini qorumağı bacaran tək-tük isimlərdəndi.
Bir-iki gün qabaq futbol veteranlarımızın hoqqalarından agah olan bir dostum İqor Anatolyeviçin də bir çox digər tay-tuşlarından fərqlənmədiyini dedi. Çox yanlış düşündüyünü anlatmağa çalışanda “Xəzər Lənkəran”da Anatolyeviçlə birgə çalışmış yaxınlarına zəng vurmağa başladı. İlk cavab onu dərhal şoka saldı - “Ponomaryov kimi səviyyəli, mədəniyyətli, səliqəli adam futbolumuzda görməmişəm”. Başqa bir köhnə tanışı yadına düşdü, ikinci zəng və yenə eyni cavab. Bu cavablar dostumun yanlış fikirlərini "nokauta saldı". Əslində bu fikrin mənbəyini təxmin etmək olar. “Sabah”ın əməkdaşlıq etdiyi əksər saytların Ponomaryovun kluba baş məşqçi gətirilməsinə mənfi reaksiyasını birmənalı qarşılamaq çətindi. Normalda klubla əməkdaşlıq edən, klubdan reklam, pul alan həmkarlar bu cür qərarlara ya isti münasibət göstərir, ya da susur. Amma deyəsən, həna o hənadan deyil...
Ponomaryov əfsanədi, şəxsiyyətdi, öz adını qorumağı bacarmış biridi. O, futbol veteranlarımızın Hafiz Məmmədovun qapısı ağzında keçirdiyi “dilənçilik pati”lərindən həmişə uzaq olub, orda-burda qarnını otarmayıb, adından, futbolçu keçmişindən istifadə edib, hər hansı maddi təmənna güdməyib.
İsveçdə qazanılan çempionluqlar və dumanlı sabah
Bir zamanlar futbolçu kimi İsveç çempionu olduğu “Norçöpinq”in akademiyasında çalışıb və klubun yeniyetmələrdən ibarət komandasını baş məşqçi kimi də Skandinaviya ölkəsinin çempionu edib. Buna görə uşaq futbolunu piroritet seçən “Sabah” üçün hər mənada faydalı mütəxəssis sayıla bilər.
Düzdü futbolumuzun canlı əfsanəsinin, hər kəsin sevdiyi və hörmət etdiyi, savadına, dünya görüşünə, intellektinə şübhə etmədiyi İqor Anatolyeviçin “Sabah”dakı perspektivləri çox dumanlı görünür. Sanki, barlı, meyvəli, balıqlı, dəniz məhsulları ilə bol bir adada yalnız buraxılıb. Hə, başqa canlılar da var, əsas narahatlıq da onu hər an parçalamağa hazır həmin “yırtıcıların” içində yaşayıb yaratması ilə bağlıdı. Barı onlar Ponomaryovun uğur qazanmasına imkan verəcəkmi?
“Sabah”ın əla heyətinin olması, deyilənlərə inansaq büdcəsinə, futbolçulara verilən maaşlara görə hətta “Neftçi”ni üstələməsi meydanda göstərilən futbolda qəti öz əksini tapmır. Əgər həqiqətən də deyilənlər düzdüsə komandanın performansının niyə bu qədər aşağı olmasını araşdırmaq lazımdı. Mütləq bəzi versiyalar ağla gəlir. Futbolçulara rəsmən çatacağı deyilən məbləğlər reallıqdan uzaqdısa, futbol aləmində “otkat” kimi bilinən yeyinti faktları varsa bu halda baş məşqçinin də, prezidentin də, bu “əməliyyat”da payı olan hər kəsin də oyunçunun yanında dili qısa olur və futbolçu kefi istədiyi kimi məşq edir, oynayır, hərəkət edir və s. Yox əgər, futbolçuların səviyyəsi verilən maaşlara uyğundusa o zaman komanda daxilində hansısa problemlər var ki, futbolçuların meydanda can qoymağa, uğur qazanmağa həvəsi, motivasiyasıyası qalmayıb.
Ponomaryovun komandanın uğursuzluqlarında günahı olmasa da, yeni iş yerində debütə hazırlaşan baş məşqçi üçün indiki vəziyyət yaxşı heç nə vəd etmir. Əfsanəvi penalti ustası həmin rekorda imza atanda olduğundan daha soyuqqanlı davranmalı, ən yaxşı həkim kimi “xəstəliyə” düz diaqnoz qoyub, dərhal müalicəyə başlamalıdı. Əfsanənin klubdakı sabahı bu “müalicənin” nəticələrindən asılı olacaq.
Azərbaycan futbolunda uğur formulası
Ponomaryov futbolçu, insan, məşqçi və kompleks şəklində bir şəxsiyyət olaraq “Sabah” kimi futbolumuzun parlaq gələcəyini düşünən kluba layiqdi və burda qalıb uğurlar qazanacaq potensialdadı. O, səviyyəsini gözləyən biri kimi heç vaxt “Sabah” rəhbərliyini utandırmaz. Bu mərifətdə məşqçilər, futbol adamları olmalıdı ölkədə. Ponomaryovun təyinatını top-tüfəngə tutan həmkarlar isə premyer liqa klublarının bəzi baş məşqçilərini bir daha incələsinlər. Futbol bilikləri, intellektləri, dünyagörüşləri, stilləri yox dərəcəsində olan bəzi “mütəxəssislər”i qəhrəman kimi qələmə verəndə mən söz tapa bilmirəm.
Bəli, Ponomaryov onlardan çox geri qalır. Onlar kimi cadugərliyi bacarmır. Futbolda uğur qazanmağın yolunu rəqib qapılarını “murdarlamaqda” və başqa qeyri-ənənəvi üsullarda görmür. Ağasəlim Mircavadovun konspektləri ilə yatıb-durmur. Hakimlərlə “işləməyi” bacarmır. AFFA və PFL-dən, SOCAR-dan 2-ci, 3-cü yer, kubok, avrokubok zəmanəti alıb iş başına keçmir.
“Sabah” rəhbərliyi belə məqamlara xüsusi diqqət yetirməlidi. Azərbaycan çempionatında və kubokunda Yuri Syomin kimi nəhəng məşqçi uğur qazana bilməyib. İndi “Sabah”ın Ümit Özatla danışıqlar aparıldığı yazılır. Ümit Özat olmur, lap Fatih Terim, Şenol Güneş olsun, “mətbəx”i bilməyəndən sonra çətindi... Yeri gəlmişkən, Mustafa Dənizli kimi sənətkar da Azərbaycan klubunda heç nə edə bilmədi. Ümumiyyətlə, heç bir türk mütəxəssis ölkəmizdə ciddi uğur qazanmayıb. Futbolumuzda uğur qazanmaq üçün heç mütəxəssis olmaq da vacib deyil. Kim olursan ol, “arxan-dayağın” güclüdüsə, futbolətrafı məsələlərdə baş çıxarda bilirsənsə, dünyaşöhrətli məşqçilərin də “kürəyini yerə vurarsan”.
“Müvəqqəti qurban”, yoxsa Avropaya səs salacaq əfsanə?
İqor Ponomaryov mənim üçün Banişevskinin yadıgarıdı. O, futbol tariximizin nadir parlaq simalarındandı və ən əsası öz sanbalını, ad-sanını qorumağı bacarmış bir əfsanədi. Anatolyeviç Azərbaycan çempionatında və kubokunda Qvardiolaya, Kloppa qarşı mübarizə aparmayacaq. “Sabah”ın futbolçuları məncə, böyük məqsədlərə yarayır və ən azı avrokubok, ən çoxu ikinci yer uğrunda döyüşməlidilər. “Sabah”ın sahibləri futbolu sevən insanlardı, əfsanəmizə verdikləri dəyər alqışalayiqdi. İlk baxışdan belə görünür ki, futbol planında təcrübəli həmyerlimizi ciddi problem gözləməməlidi. Amma aysberqin gözdən uzaq tərəfləri və Azərbaycan futbolunun öz gerçəklikləri var. Azərbaycan futbol gerçəkliyində Con Toşak, Vinfrid Şefer, yuxarıda adını çəkdiyim Yuri Syomin, Mustafa Dənizli, Bülənt Qorxmaz və bir çox dünyaşöhrətli baş məşqçi heç bir uğur qazana bilməyib. Buna görə də hazırda “Sabah” həqiqətən də Ümit Özat və başqaları ilə yeni məşqçi axtarışına çıxıbsa, bu, yaxşı heç nə vəd etmir.
Siz bir adlara baxın: Ruslan Abışov, Cavid İmamverdiyev, Təmkin Xəlilzadə, Elşən Abdullayev, Coşqun Diniyev, Bəhlul Mustafazadə və s. Bu heyət bu yerlərdə olmağa layiq deyil! Tək əldən səs çıxmaz. Komandada uğurun ilk təminatçısı birlikdi. Çoxları Ponomaryova müvəqqəti qurban kimi baxır, “torbasının” əvvəldən hazır olduğunu düşünür. Amma İqor Anatolyeviç bütün bu cür söz-söhbətlərin üstündə olan bir şəxsiyyətdi. Düzdü, gəlişi çox çətin rəqiblərlə oyunlardan əvvələ təsadüf etdi. Ponomaryovun məşqçiliyini şübhəyə almaq istəyənlər “Səbail” və “Qarabağ”la matçlardakı uğursuzluğu səbirsizliklə gözləyir. Unudurlar ki, onun sehrli çubuğu yoxdu və komandanı toparlamaq üçün vaxt tələb olunur.
Yəni “Sabah”ı uğura daşımaq üçün “müvəqqəti” verilən zaman kifayət deyil. Çünki qısa zaman kəsiyində nə Ponomaryov, nə başqası istədiklərini tam həyata keçirə bilər.
Həm “Sabah”, həm də İqor Ponomaryov əksər futbol azarkeşlərinin rəğbətini qazanmağı bacarıb. Mərdümazarlıq edən olmasa onların birliyi futbolumuz adına çox fayda verə bilər. Gözləyək və inanaq ki, əfsanənin dönüşü möhtəşəm olacaq və o “Sabah”la tək Azərbaycana yox, Avropaya da səs sala biləcək.
Anar ŞABANOĞLU
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində
"Daha çox qol vurmalı idik" - Yuri Vernidub
Xabi Alonso: "Nəticələr mövsümün sonunda məlum olacaq"
FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu
"Zirə" - "İmişli": Heyətlər
"Yuventus"dan "Arsenal"a rədd cavabı
"Borussiya" Adeyemini cərimələdi
Luis Enrike: "Parisdəki hər kəs mənə təşəkkür edir"
“Qarabağ”a ikinci rəsmi transfer təklifi
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər
“Mançester Yunayted” Kenan Yıldız üçün sərvət təklif edir
AFFA klub nümayəndələri ilə görüş keçirdi
"Bavariya"nın keçmiş futbolçusu vəfat etdi
Fenomenə çevrilən dünyanın ən gənc futbol şərhçisi - Video
Salah üzr istəyib
Sabiq “Qarabağ”lı indi Rusiyada ən zəif qapıçıdır
Dortmund “Borussiya”sından qələbə
İtaliya Superkubokunda ikinci finalçı müəyyənləşdi
Rüfət Abdullazadənin komandası yenə uduzdu
Superliqada 17-ci tur start götürüb
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video