Çempionatın son turunun ən böyük intriqası bombardirlik yarışıdı. "Mövsümün ən yaxşı legioneri Filip Ozobiç həm də ən yaxşı bombardir ola biləcəkmi?" sualının cavabını gözləməyə çox vaxt qalmayıb. Ozobiçin bombardirliyini əlindən almağa ən real namizəd isə Rauf Əliyevdi. "Son 10 ildə ölkənin ən yaxşı hücumçusu kimdi?" sualını versək, əminəm ki, azarkeşlərın böyük əksəriyyətindən "Rauf Əliyev" cavabını alarıq.
Karyerasındakı ən böyük səhvi "Qarabağ"dan getmək yox, hara getməsi idi. "Qarabağ"ı hansısa xarici kluba dəyişsəydi, bəlkə də Türkiyənin özündə heç kimə lazım olmayan Dəniz Yılmaz kimi əcnəbiləri yığmaya yük etməzdilər...
Raufun yaşayıb-yaşamaması sual altında olan "İnter"i tərk edəcəyinə şübhə yoxdu. Yeganə sual "Qarabağ"dan gedəndə buraxdığı səhvi yenidən təkrarlayıb-təkrarlamayacağıdı... Artıq 28 yaşı var. Bir futbolçu üçün ən gözəl yaş sayılırr. İndi xaricə getməsə, bəlkə də bir daha belə şansı olmayacaq...
Onun deyək ki, elə Emin Mahmudovun "Boavişta"sında və ya Portuqaliya çempionatının üç nəhəndi xaric hər hansı başqa klubunda özünü göstərmək üçün hər şeyi var. Rauf nəinki Portuqaliyada, başqa bir normal Avropa klubunda oynamaq üçün hücumçuya lazım olan bütün parametrlərə sahibdi. Çempionatın bombardiri olmaq isə futbolçunun reytinqini qaldırar və daha yaxşı klublara keçidinə səbəb ola bilər. 
Raufun adı İslam Oyunları üçün açıqlanan heyətdə də var. Düzdü, Yaşar Vahabzadə hələ yekun heyəti açıqlamayıb. Amma “süzgəcdən keçməyənin” Rauf olmayacağına zərrə qədər də şübhəm yoxdu. Çünki onun İslam Oyunlarının da bombardiri olmaq potensialı var ki, bu da həm milli üçün çox önəmlidi. Mümkün bombardirlik həm də karyerasına müsbət təsir edə bilər.
İstənilən halda Rauf Azərbaycandan getməlidi! Axı, bu onun son şansı ola bilər...
Azərbaycanda qalacağı təqdirdə isə onun səviyyəsində iki klub var - "Qarabağ" və "Qəbələ". Mətbuatda Raufun "Qarabağ"a qayıdışı müzakirə olunur. Bu həm futbolçu, həm də klub üçün çox yaxşı variantdı.
Bu gün "Qarabağ"ın Raufa, Raufun isə "Qarabağ"a ehtiyacı var! İnanıram ki, Rauf Azərbaycanda qalmağa üstünlük versə, "Qarabağ" da keçmişdəki bütün inciklikləri unudub, onu öz övladı kimi bağırlarına basacaqlar. Necə ki Əfran İsmayılovu bağırlarına basdılar...
"Qarabağ"ı ÇL-in qrupunda görməyi və Raufun da o heyətdə oynamasını nə qədər arzulasam da, yenə də futbolçunun özü üçün ən yaxşı variantın xaric olduğu qənaətindəyəm...
O yığmanın xaricdə oynayan başqa hücumçularından daha üstündü. Düzdü, Prosineçki bunu qəbul etmir və deyilənə görə, xorvat məşqçinin Şimali İrlandiya ilə oyun ərəfəsində İslamiadada iştirakına icazə vermədiyi futbolçuların siyahısında məhz bu səbəbdən Raufun adı olmayıb. Bu isə forvarda həm çempionatın, həm də İslam Oyunlarının bombardiri olmaq yolunda əlavə stimuldu. Prosineçki "Rauf özünü yaxşı tərəfdən göstərsə, yenidən milliyə dəvət alacaq" demişdi. Zənnimcə, dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiyanın qapısına qol vurmaq təcrübəsi olan hücumçu artıq bu işin öhdəsindən gəlib. Qalır karyerasındakı boşluqları doldurmaq. "Ölkənin son 10 ildə ən yaxşı forvardı dediyimiz" biri nə qədər təzadlı görünsə də, indiyəcən çempionatın bombardiri olmayıb...
Ümid edək ki, bu təzad son turda aradan qalxacaq. Raufun "İnter"də və bəlkə elə "İnter"in də klub kimi tarixdə son oyununu unudulmaz etmək forvardın öz əlindədi!
Anar ŞABANOĞLU
Eriksen karyerasını başa vurmaq niyyətində deyil
"Arsenal" onu hədəfə aldı
FİFA-ya qarşı boykot planlaşdırırlar
"Fənərbaxça" onu göndərə bilmədi
Qəbələdə 5 qol
40 yaşlı futbolçu ilə müqaviləni yenilədilər
Şeydayevin yeni klubu rəsmiləşdi
"Turan Tovuz" Türkiyə klubuna böyük hesabla qalib gəldi
Rahid Əmirquliyev 1-ci liqa klubunda
Millidən gedir
Poçettino ABŞ millisi ilə müqaviləni uzatdı
"Sumqayıt" hücumçu transfer etdi
İnfantino vəzifəsini qorumaq üçün Trampdan dəstək istəyir
Ronaldo toyuna bu ulduzları dəvət etdi
"Zirə"də gözlənilməz ayrılıq
“Qarabağ”ın “pley-off”dakı potensial rəqibləri bilindi
Avropa Liqasında pley-off mərhələsinin püşkü atıldı
UEFA FİFA-nı məhkəməyə verə bilər
Azərbaycan millisi bu komandalarla qarşılaşacaq
ÇL-də pley-off mərhələsinin püşkü atıldı
İnfantinoya dəstəyi geri çəkdilər
“Sabah”ın mümkün rəqibi müəyyənləşdi - ÇL-də püşk atıldı
Çexiya millisinin üzvü "Nyukasl"da
Azərbaycanı Avropa kubokunda təmsil edəcək cüdoçular
Van Qal milliyə qayıtmaq istəyir
Mendi qalır, ya gedir?
“Qarabağ” güclü rəqibdir, amma biz mərhələni keçməliyik”
Aziz Yıldırım Bakıda - Şəkillər
“Real”dan “Sevilya”ya - Rəsmi
FİFA klubların pulunu hələ də ödəməyib
"Yuventus" Kolo Muaninin transferini açıqladı
"Milan"dan "Fənərbaxça"ya rədd cavabı
Mahirin “Rakov”dakı 2-ci qolunun - Videosu
"Trabzonspor"dan Salah açıqlaması
Klublararası dünya çempionatı təhlükə altında
Argentina millisinin üzvü "Çelsi"də - Rəsmi
Uğursuzluğa görə baş məşqçini göndərdilər
Niderland Superkubokunu qazandılar
"Real"dan ayrılmaq karyeramda dərin iz buraxdı"
Mahirdən növbəti qol
"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi
"Qarabağ"da ciddi itki
"Qəbələ" Qətər klubuna qalib gəldi
"Yuventus" 18 yaşlı futbolçu ilə gücləndi