Nicat Muxtarov son illərdə Azərbaycanda yetişən nadir istedadlı və gələcəkdə böyük futbolçu olmaq potensiallı gəncdi.
1995-ci il iyunun 1-də dünyaya gəlib. İndi 22 yaşı var. 2015/16 mövsümündə "Rəvan"dakı oyunu ilə bütün futbol ictimaiyyətinin və azarkeşlərin diqqətini özünə cəlb etməyi bacardı. Ölkə futboluna yeni fövqəlistedadın gəldiyini anlayan hər kəs sevinirdi. Nicat U-21-in məşqçilərinin də diqqətini çəkmişdi. Avstriya ilə matçda U-21də debüt etdi. 2016-cı ilin yanvarında "Sumqayıt"a transfer olan Muxtarov yeni klubunda "Rəvan"dakı kimi əvəzedilməz sima olmasa da zaman-zaman oyunu ilə istedadının itmədiyini göstərirdi.
Nə oldusa ötən mövsümün sonu oldu. Sonuncu dəfə aprelin 15-i "Zirə" ilə oyunda rəsmi qarşılaşmalarda "Sumqayıt" forması geyən Nicat Muxtarovu baş məşqçi Samir Abbasov bu mövsüm bir dəfə də olsun sifariş ərizəsinə daxil etmədi. Deyilənə görə bunun səbəbi futbolçunun zədəli olması son bir həftədə isə "xəstədi" bəhanəsi ilə məşqlərə gəlməməsidi...
Avstriya ilə oyundan sonra türklərin əlindən tıxac yaranan U-21-in formasını da bir daha geymədi...
Nicatı bu vəziyyətə kim saldı? Samir Abbasov, U21-in artıq keçmiş baş məşqçisi Yaşar Vahabzadə, ailəsi, yoxsa başqası? Əslində, bu sual indi əhəmiyyətsizdi. Məsələni faktlarla dəqiq bilməsək də, çox güman elə özüdü əsas günahkar. Premyer-liqada oynayan və ən azı 1500-2000 bəlkə daha çox maaş alan futbolçunu xırda oğurluğa məcbur edən səbəbləri də bilmirik. 
Amma indi günahkar axtarmaq zamanı deyil. İndi Nicata kömək etmək zamanıdı! 22 yaşlı bu uşağın istedadını türmələrdə çürütməsinə imkan vermək olmaz. Biz Nicat Muxtarov kimi istedadların minlərlə yox, heç onlarla olduğu bir ölkə deyilik. Nicat birmənalı səhv edib. Pis insanların əhatəsinə düşdüyü dəqiqdi. Bəlkə də cinayət də edib, dəqiq bilmirik... Amma ehtiyac ucbatından edilən bu kiçik oğurluğa görə (əgər bu fakt dəqiqdisə) Nicatın karyerasını və həyatı məhv etmək olmaz. Çünki, o gələcəkdə ilk növbədə milli komandamıza lazımdı!
"Sumqayıt" klubu vaxtilə gənclik səhvi ucbatından adam ölümünə səbəb olan Araz Abdullayevin arxasında durub onu ikinci dəfə futbolumuza qazanadıran "Neftçi"dən nümunə götürməlidi. Futbol ictimaiyyəti isə bu işdə "Sumqayıt"a əlindən gələn dəstəyi əsirgəməməlidi. Allah qapını açsın, Nicat!
Nicatı böyük futbola qazandıran "Simurq" və "Rəvan" artıq yoxdu. Nicatın potensialını tam açan baş məşqçi, veteran futbolçumuz Emin Quliyev səhv etmirəmsə işsizdi. Allah ona da kömək olsun!
Yazını isə "Simurq"un keçmiş mətbuat katibi Rüstəm Allahverdiyevin sözləri ilə bitirirəm: “Nicati mən çox yaxşı tanıyıram. Nicatın yaxşı futbolçu olması üçün “Simurq”da oynadığı zaman məşqçilər korpusu və klub rəhbərliyi əlindən gələni edirdi. Onun ailəsində problemlər var idi. Komandaya istirahət verilən kimi Nicat növbəti turda çox pis oyun göstərirdi. Bundan sonra klub rəhbərliyi onun bütün ailəvi problemlərini həll elədi, məşqçilər korpusu, xüsusən də Rövşən müəllim bir an belə onu gözündən kənar qoymurdu. Hətta əsas komandaya qoşulduqdan sonra onun üçün xüsusi günlük proqram qurulmuşdu. Çox heyf... Xəbəri oxuduqdan sonra çox pis oldum. Çəkilən əziyyət gözümün qabağından bir anlıq keçdi...”
Anar ŞABANOĞLU
[email protected]
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi