Biz bu oyunu matç başlamazdan udmuşduq - püşk bizi ermənilərlə qarşılaşdıranda və bu oyun 19 yanvara təyin olunanda...
"Dinamo" manejinin birinci mərtəbəsində futbolçular, ikinci mərtəbəsində isə azarkeşlər üz-üzə gəlməli idi. Meydanda hər iki komandanın üzvləri eyni sayda olsa da, oturacağı və ümumiyyətlə oyun izləmək üçün heç bir şəraiti olmayan ikinci mərtəbədə bizimkilər üstünlüyü tam ələ almışdı. Erməni azarkeşlər 100 nəfər idisə, biz 1000, 200 idisə biz 2000, 300 idisə biz 3000 idik! Ermənilər azərbaycanlılarla qarşılaşmaqdan qorxub bu oyunda komandalarını dəstəkləməyə gəlməmişdilər...
Tək qorxumuz qalmışdı - hakim. "Hakim" qrafasında yenə "Rusiya" sözü yazılmışdı... Bu dəfə rəsmi!
Ermənilərdən qorxmasaq da, hakimlərdən qorxurduq...
Futbolçularımız ölməyə razı idi, məğlub olmağa yox!
Atası - rəhmətlik Əli Rəhmanovdan fərqli, heç vaxt böyük futbolçu olmayan Elçin Rəhmanov həmin gün dünyanın ən yaxşı yarımmüdafiəçisi idi!
Elçin karyerasının ən yaxşı oyununu keçirirdi. Tək Elçin yox, bütün futbolçularımız inanılmaz döyüşkənlik göstərirdi.
Bir daha xatırlayaq:
Hüseyn Məhəmmədov, Ruslan Abbasov, Zaur Tağızadə, Elşən Qənbərov, Rəşad Sadiqov, İqor Getman...
Cərimə zərbəsindən vurduğu top qapı tirinə dəyməsə, rəqibi darmadağın edəcəyimiz "professor" Mahmud Qurbanov...
Oyunun taleyini həll edən qolla ermənilərin "belini qıran" "akademik" (baxın ha bu ləqəbi də mən verdim) Vidadi Rzayev...
Yalnız milyonları dəlicəsinə sevindirən tək qoluna görə ən gözəl mükafata layiq (deyəsən tək mükafatı əbədi azarkeş sevgisi və bu qola görə gənclərin ona həsr etdiyi rep oldu) Georgi Adamiya...
Sarkis Ovsepyan tərəfindən təxribata çəkilən və buna görə meydandan qovulan, qırmızı vərəqə aldığına görə göz yaşını saxlaya bilməyən amma oyun bitdikdən sonra komandaların qaldığı "Kosmos" otelində ermənilərin tanınmış kapitanını bir zərbəylə nokauta göndərən Rəşad Sadıqov...
"Kosmos"un foyesində erməniləri "jonqlyor" kimi "çiləyən" Emin adlı Rəşadın dostu...
Turnirdə iştirak etməsə də komandanı məhz bu oyunda dəstəkləmək üçün Moskvaya gələn və oyunsonrası davada iştirak edən Qurban Qurbanov...
Meydançadakı oyunu ilə yanaşı davada ermənilərin lazımınca cavabını verən Emin Quliyev...
Vəzifəsini unudub "idi sos.." deyə ermənilərin üstünə cuman və çətinliklə sakitləşdirdiyim Ramin Musayev...
Tomislav Mişura, İssa Nikiema, Darko Çordaş, Tomislav Vişeviç...
Ağasəlim Mircavadov və Rövnəq Abdullayev...
Meydançada olanlar, ehtiyatda oturanlar, bütün KOMANDA!
Və bu komandayla ürəyi döyünən milyonlar, bu qələbəyə əməyini, ürəyini, əsəbini qoyan hər kəs...
Bu hamının - bütün Azərbaycanın və azərbaycanlıların qələbəsi idi!
"Neftçi"dən sonra "İnter" və "Qəbələ"də də uğurlarını sıralayan keçmiş həmkarımız Səbuhi Səfiyarlının sevdiyi və çoxumuzun da bildiyi, "Yol əhvalatı" filmindən bir sitat gəlir ağlıma: Tarix budur e, student qədeş!
Əlbəttə, bu oyun haqda hələ çox danışılacaq, çox deyiləcək. Güman ki, kitablar da yazıldı, filmlər də çəkildi. Amma çətin ki, hansısa kitab və ya film həmin hissləri bir daha olduğu kimi yaşada bilsin...
Anar ŞABANOĞLU
Türkiyə millisi pley-offun finalında
"Real" Rodri transferi üzərində işləyir
Azərbaycan millisinin məşqindən - Şəkillər
Ronaldo qayıtdı - Şəkil
"Milan"ın futbolçusu zədəsini sağaltdı
"Afrika Millətlər Kubokunun Seneqaldan alınması oğurluqdur"
"Bavariya" üçün şad xəbər
"Nəticə bizim üçün vacibdir" - Emin Mahmudov
Türkiyə millisinin oyununu yayımlayacaq kanallar
AFFA bu komandalara texniki məğlubiyyət verdi
Arteta, Hau, Moyes…
ÇL oyununa görə PSJ-nin matçı təxirə salındı
AFFA İntizam Komitəsinin qərarları
Asiya kubokunun püşkatma mərasimi təxirə salındı
Azərbaycan – Sent Lüsiya oyununun hakimləri açıqlandı
"Neymarsız dünya çempionatını təsəvvür edə bilmirəm"
Qattuzo: “Bu, karyeramın ən vacib oyunu olacaq”
"Salahın yerini doldurmaq çox çətin olacaq" - Cerrard
Azərbaycanda işləmiş məşqçi ağır xəstəliyə tutulub
UEFA-dan "Benfika"ya cəzalar
Mbappe: “Yayılan xəbərlər doğru deyil”
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi