Serbiya "Mladost"unu 5:0-la keçən "İnter" bu axşam saat 20.00-da 3-cü mərhələyə vəsiqənin taleyini Bakıda həll etmək üçün "Dalğa Arena"ya çıxacaq.
Lüksemburq deyəndə ağlımıza həvəskar futbolçulara avrokubok tariximizdə rekord sayda qol vurmaq arzusu yaranır (hər ehtimala qarşı deyim ki, bunun üçün 6 qol vurmaq bəsdi). Əslində isə rəqib kağız üzərində göründüyü kimi zəif deyil!
Moldova "Milsami"sini evdə məğlub edən, səfərdə isə qollu bərabərliyə nail Ceff Ştrasserin yetirmələri "İnter" üçün kifayət qədər problem yarada bilər. Bu ad-soyad futbol həvəskarlarına yaxşı tanışdı. Bəli, bu həmin Ceff Ştrasserdi ki, futbolçu kimi "Mets"də, "Strasburq"da, "Kayzerslautern"də, Münhenqladbax "Borussiya"sında illər keçirib. Hazırda gənc mütəxəssis Eş şəhərini təmsil edən klubu çalışdırır. Lüksemburq millisinin tarixinə ən çox oyun keçirən futbolçu kimi düşən Ştrasser "Fola"nın tarixinə də adınə yazdırmağı bacarıb. Baş məşqçisi olduğu klub "Milsami" zəfəri ilə avrokuboklarda ilk dəfə mərhələ keçib. Heç şübhəsiz bu məqam "İnter"in əleyhinədi. Çünki tarixi uğurdan ruhlanan qonaqların psixoloji durumu çox yüksəkdi və onlar daha bir zəfər qazanmaq niyətindədi.
"Həvəskar" olaraq düşündüyümüz komandanın 19 yaşlı müdafiəçisi Enes Mahmutoviçi mayın sonu İngiltərə "Midlsbro"su transfer edib. Mövsümdə ən çox qol vuran iki yarımmüdafiəçi də komandadan gedib -19 oyunda 13 qola imza atan Emmanuel Fransuaz artıq yeni klubun "Proqress"in "Qlazqo Reyncers" üzərində səs-küylü qələbəsində iştirak edib, aktivində 9 qol olan 22 yaşlı portuqaliyalı sol vinger Jerson Rodriqes isə hələlik sərbəst agentdi.
Bu itkilərə baxmayaraq "Fola" əsas bombardiri - mərakeşli Samir Hacını qoruya bilib. Komandanı tərk edən futbolçuların yerinə isə kifayət qədər sanballı transferlər edib ki, Belçika "Muskron"undan alınan Korentin Kokürü xüsusi qeyd etmək olar.
"Midlsboro"ya gedən Mahmutoviçin əvəzinə alınan Peter Krappa "İnter" azarkeşlərinə çox yaxşı tanışdı. 2011/2012 mövsümündə Bakı klubunun şərəfini qorumuş slovakiyalı mərkəz müdafiəçisi keçmiş komandasına qarşı xüsusi canfəşanlıq göstərəcək. "Fola"nın digər mərkəz müdafiəçisi və kapitanı Yulien Kleyn də komandanın aparıcı futbolçularındandı. Eyni sözləri bir zamanlar "Xəzər Lənkəran"ın şərəfini qorumuş dayaq yarımmüdafiəçisi Veldin Muharemoviç haqda da demək olar. Təcrübəli bosniyalıya həm müdafiə olunmağa həm də hücum etməyə kömək edəcək Yakob Dallevedov "Fola"nın ən təhlükəli oyunçularındandı. Təsadüfi deyil ki, 10 nömrəni daşıyan almaniyalı "Milsami" ilə hər iki oyunda qol vurmağı bacarıb.
Komandanın bombardiri Samir Hacı da "Milsami" ilə oyunda adını tabloya yazdırıb. Ümumiyyətlə, 1.90 boyu olan mərkəz hücumçusu "Fola"da keçirdiyi 143 oyuna 78 qol vurmağı bacarıb və Zaur Svanadze əbəs yerə ondan çəkinmir.
Göründüyü kimi lüksemburqlular təsəvvür etdiyimiz qədər zəif deyil. Bukmekerlərin "İnter"in qələbə və mərhələ keçmə şanslarını fantastik dərəcədə yüksək dəyərləndirməsinin səbəbi isə çox güman "Mladost" üzərində inamlı qələbə və avrokubok təcrübəsi olan, oturuşmuş heyətdi. Ümid edək ki, bukmekerlərin proqnozları tam doğrulacaq. Bukmekerlər "İnter"i "Qarabağ"dan daha şanslı sayır. Belə çıxır ki, "İnter" 5:0 hesablı qələbə qazananan "Qarabağ"dan daha böyükhesablı uğur əldə edəcək. Sıxıntı içində olan "İnter"in ən azı maddi baxımdan, ölkəmizin isə reytinqinə görə hər iki oyunda qələbəyə ehtiyacı var. Amma Rauf Əliyev və yoldaşlarının 6-7, bəlkə də daha çox qol vurmaları bir az fantastik görünür.
Hərçənd bukmekerlər "İnter"in bu gün "Fola"nı darmadağın edəcəyini düşünür. Onu da qeyd edim ki, indiyəcən avrokuboklarda ən böyükhesablı qələbəmizi Estoniyada "Narva"nı 5:0 məğlub edən "İnter" qazanmışdı. Dünən "Qarabağ" Svanadzenin komandasının rekorduna şərik çıxdı.
Bu gün isə söz "İnter"indi!
Anar SABANOĞLU
Eriksen karyerasını başa vurmaq niyyətində deyil
"Arsenal" onu hədəfə aldı
FİFA-ya qarşı boykot planlaşdırırlar
"Fənərbaxça" onu göndərə bilmədi
Qəbələdə 5 qol
40 yaşlı futbolçu ilə müqaviləni yenilədilər
Şeydayevin yeni klubu rəsmiləşdi
"Turan Tovuz" Türkiyə klubuna böyük hesabla qalib gəldi
Rahid Əmirquliyev 1-ci liqa klubunda
Millidən gedir
Poçettino ABŞ millisi ilə müqaviləni uzatdı
"Sumqayıt" hücumçu transfer etdi
İnfantino vəzifəsini qorumaq üçün Trampdan dəstək istəyir
Ronaldo toyuna bu ulduzları dəvət etdi
"Zirə"də gözlənilməz ayrılıq
“Qarabağ”ın “pley-off”dakı potensial rəqibləri bilindi
Avropa Liqasında pley-off mərhələsinin püşkü atıldı
UEFA FİFA-nı məhkəməyə verə bilər
Azərbaycan millisi bu komandalarla qarşılaşacaq
ÇL-də pley-off mərhələsinin püşkü atıldı
İnfantinoya dəstəyi geri çəkdilər
“Sabah”ın mümkün rəqibi müəyyənləşdi - ÇL-də püşk atıldı
Çexiya millisinin üzvü "Nyukasl"da
Azərbaycanı Avropa kubokunda təmsil edəcək cüdoçular
Van Qal milliyə qayıtmaq istəyir
Mendi qalır, ya gedir?
“Qarabağ” güclü rəqibdir, amma biz mərhələni keçməliyik”
Aziz Yıldırım Bakıda - Şəkillər
“Real”dan “Sevilya”ya - Rəsmi
FİFA klubların pulunu hələ də ödəməyib
"Yuventus" Kolo Muaninin transferini açıqladı
"Milan"dan "Fənərbaxça"ya rədd cavabı
Mahirin “Rakov”dakı 2-ci qolunun - Videosu
"Trabzonspor"dan Salah açıqlaması
Klublararası dünya çempionatı təhlükə altında
Argentina millisinin üzvü "Çelsi"də - Rəsmi
Uğursuzluğa görə baş məşqçini göndərdilər
Niderland Superkubokunu qazandılar
"Real"dan ayrılmaq karyeramda dərin iz buraxdı"
Mahirdən növbəti qol
"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi
"Qarabağ"da ciddi itki
"Qəbələ" Qətər klubuna qalib gəldi
"Yuventus" 18 yaşlı futbolçu ilə gücləndi