İllər öncə bunu xəyal edə bilməzdik. "Rusenborq"la oyun bir başlanğıc idi. Sıfırdan başlayıb Çempionlar Liqasının qrupunda bitəcək bir arzunun başlanğıcı. O zaman "Qarabağ"ın legioneri filan da demək olar yox idi. İnanmadığımız azərbaycanlı uşaqlara inanan Qurban Qurbanov bu işi bacardı. Xəyalı gerçək etdi. Onda heç Qurban Qurbanova da inanmırdıq...
ÇL qrupunun astanasındayıq. Bakı stadionunda ilk dəfə rəsmən dünyanın ən mötəbər klub turnirinin himni səslənəcək. Bu işi inanmadığımız Qurban Qurbanovun rəhbərlik etdiyi, adına qurban olduğumuz "Qarabağ" bacardı. İndi yenə inamımız güclü deyil...
Yeri gəldi gəlmədi Əfranı, Rəşadı başqa azərbaycanlı oyunçuları tənqid edir, onları fitə basırıq. Amma bu gün başqa gündü. Bu gün əfranlara, rəşadlara 90 dəqiqə dayanmadan dəstək olmalıyıq. Nə olur olsun! Udsaq da uduzsaq da! Çünki, bizdən fərqli bu uşaqlar azərbaycanlı azarkeşlərə inanaraq bu yerlərə gəlib.
Bu gün həm də azarkeşlərin qalib gəlib-gəlməyəcəyi bir oyundu. Bu tarixi "Qarabağ" azarkeşlərlə bir yerdə yazacaq! Bütövləşib, bir olub, 90 dəqiqə meydanda və tribunada rəqibi təzyiq altında saxlayıb, şoka salıb yazacağıq bu tarixi! Anşlaq olacaq! Hamı "Qarabağ"ın qələbəsini yalnız sözdə yox ürəkdə, əməldə istəyəcək və 90 dəqiqə susmayacağıq! Əfran bu gün danimarkalıların başına oyun açacaq! İkinci mərtəbədə həm boy həm keyfiyyətcə bizdən üstün olan rəqibə top verməyəcəyik! Pressinqlərini faydasız edəcəyik! "Qarabağ"ın futbolçuları artıq gözüyumulu nə etməyi bilir. "Qarabağ" bir yapon maşınıdı!
Bulmekerlərin çempionumuzu ÇL-də günün şanslı komandalarından biri kimi görməyi təsadüf deyil! Onlar da "Qarabağ"a inanır! Biz niyə inanmayaq ki?! Bu yerlərə Qurbanla Rəşadla Əfranla gəldik. "Rusenborq"la o tarixi də bu BÖYÜK AZƏRBAYCANLILAR yazmışdı.
Həmin oyunlardan əvvəl mətbuatımızda ilk dəfə "Qarabağ" artıq "xalq komandasıdı" yazmışdım. Bu dəfə isə "Qarabağ" artıq dünyəvi komandadı" yazıram. Çünki onlara yalnız dünya azərbaycanlıları yox, bir çox başqa ölkələrin futbol qurmanları da könül verib!
"Qarabağ"ın müdafiəçilərinin boyu rəqiblərdən kiçik ola bilər. Amma ürəkləri onlardan böyükdü! Miçel kimi boylu-buxunlu, lazım gələndə müdafiədə havada krallıq edəcək oyunçularımız da var.
"Rusenborq"la oyundan əvvəl "rəhmətlik həmkarım Adil Qaçayoğlu üçün bu qələbəni qazanmalıyıq" yazmışdım. Bu dəfə istedadı qədər bəxti olmayan Dani Kintana üçün oynayacaq həm də komanda yoldaşları!
Artıq "Qarabağ" o "Qarabağ" deyil. Qurban da o Qurban deyil. Təmkinli, sözün hər mənasında PEŞƏKAR və soyuqqanlı bir kollektiv var. Topla rəqibdən daha yaxşı rəftar edən, daha ürəkli, daha istəkli bir çempionumuz var! Qol və ya qollar buraxıb hesabda geri düşsə belə sonadək mübarizə aparıb ÇL qrupuna düşəcək "Qarabağ"ımız var!
Uğurlar, könüllərimizin ÇL qalibi!
Uğurlar, "Qarabağ"!
Anar ŞABANOĞLU
Ronaldodan 987-ci qol
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi
Endrik 2-3 həftə oynamayacaq
La Liqanın vitse-prezidenti istefa verdi
Mərakeş Seneqalı ittiham edir
Natan Saliba "Sabah"la oyunu buraxacaq
“Barselona”nın Bakıdan maraqlı paylaşımı - Video
FİFA geniş tənqidlərdən sonra bu ideyadan imtina etdi
Qarabağa səfər, tarixi şəhərdə futbol günü - Video
1-ci liqada həftənin hakimləri məlum oldu
“Bavariya” rəhbərliyindən Musiala açıqlaması
Azərbaycanlı futbolçu Konfrans Liqasına sifariş edildi
Dünya çempionatında 15:0 hesabı
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Bu qış transferlər üçün çox pul xərcləməyəcəklər
Osimhen "Aston Villa"ya qarşı oynayacaq?
Cerrard Poçettinonu tənqid etdi