İstər idman, istər idarəçəlik tərəfindən, istərsə də komandadaxili mühit baxımından çox böyük biabırçılıqların, pərdəarxası oyunların yaşandığı, söz-söhbətin əskik olmadığı, özəlliklə “milliləşdirilmiş” legionerlərin və onlara dayaq duran bəzi rəhbər şəxslərin sayəsində min cür hoqqalardan çıxıldığı, Elxan Məmmədovla milli komandaların artıq keçmiş baş məşqçiləri arasında gedən soyuq müharibənin və bir çox başqa problemlərin məntiqi sonluğu kimi fiaskoya uğradığımız bir seçmə mərhələni geri buraxdıq.
Bu yazını yazmağıma səbəb isə həm də AFFA baş katibi Elxan Məmmədovun Azərbaycan radiosunda İlkin Babanın aparıcısı olduğu verilişdə söylədiyi bir fikirdi. Elxan müəllim aparıcını və tamaşaçıları əmin etməyə çalışdı ki, Azərbaycanda heç vaxt futbol olmayıb və bundan sonra da olası deyil. “Bilsəm ki nə vaxtsa milli komandamız Avropa və ya dünya çempionatlarının final mərhələsinə yüksələcək, istefa verərəm” dedi cənab Məmmədov. Azərbaycan futbolunun inkişafına cavabdeh olan və nə qədər “icraçıyam” desə də faktiki bu sahəni idarə edən birinci şəxs xalqa “Azərbaycan futbolundan inkişaf, uğur gözləməyin” mesajını verdi. Elxan müəllimə səmimi etirafına görə təşəkkür edib bir məqamı xüsusi vurğulayım ki, AFFA-nın baş katibinin sözləri onun futbolumuza rəhbərlik edəcəyi dövrdə aktualdı. Bəli, nə qədər ki Azərbaycan futbolunda Elxan Məmmədov rəhbərdi, həqiqətən heç bir ciddi uğur gözləməyə dəyməz.
“Mən milli komandamızda böyük biabırçılıq, bədbinlik görmədim. İstəməzdim Yurçeviçi bir tsikldən sonra göndərək, imkan verək, bir az işləsin. Hələ indi komandanı tanımağa başlayır. Azərbaycanda həddən artıq futbolçular yoxdu ki, deyək, Yurçeviç gəldi, bizi bu günə qoydu. Əfsuslar olsun ki, vəziyyət belədi. Bir də mən başa düşə bilmirəm, Azərbaycan hansı amillərə görə Uelsə qalib gəlməlidi? Mənə bir dənə də dəlil göstərə bilməzsiz. Əslində başverənlər qüvvələr nisbətini real və obyektiv əks etdirir” - bu sözləri isə AFFA İcraiyyə komiyəsinin üzvü Mahir Məmmədov “Futbol+”ə demişdi.
AFFA rəhbərliyi, AFFA-da çalışanlar, onların yaxın dairəsi kütləvi şəkildə xalqı inandırmağa çalışır ki, bizdə heç vaxt futbol olmaylb, futbolçu yetişməyib, buna görə də indi olmaması da təbiidi və bundan sonra da olmaq ehtimalı yoxdu. Dolayısı ilə adamlara psixoloji təzyiq edilir, inandırmağa çalışırlar ki, bizim yerimiz elə San Marinonun, Andorranın yanıdı, autsayderlik alnımıza yazılıb. Bu məğlub psixologiyasını aşılamaqla məqsəd futbolsevərlərdə, millimizə, Azərbaycanımıza azarkeşlik edənlərdə ruh düşkünlüyü yaratmaq və beyinlərə “Elxan getsə də, heç nə düzələn deyil” fikrini yeritməkdi.
Tək həqiqət AFFA-nın indiki rəhbərliyinin bərbad idarəçiliyinə görə illərdi ölkədə futbolun iflic vəziyyətinə salınmasıdı. Bunun məntiqi sonluğu isə bir neçə ay sonra həmçinin Bakıda keçiriləcək qitə çempionatına evsahibliyi edəcək 12 ölkə arasında final mərhələsində iştirak şansını itirən yeganə ölkənin Azərbaycan olmasıdı.
Bəli, hazırda Azərbaycanda geniş anlamda nə futbol var, nə də bircə nəfər futbolçu. Amma “Azərbaycanda futbol olmayıb və olmayacaq” fikrini xalqın beyninə yeritmək istəyən Elxan Məmmədov texnoloqlarına məsləhət görürəm ki, bu yazını diqqətlə oxusunlar və bundan sonra əllərinə ürəyinin üstünə qoyub səmimi cavab versinlər ki, Azərbaycanda futbol olub, yoxsa olmayıb?!
Ardı var...
Anar ŞABANOĞLU
"Futbol+" qəzeti
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə