Milli komandamızın yarımmüdafiəçisi Qara Qarayev Avro 2020-nin seçmə mərhələsində evdə Macarıstan millisinə 1:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.
- Hansı komanda ilə oynadığımızı bilirdik. Macarıstan millsi elə də sadə, asan bir rəqib deyil. Çətinliyini bilirdik, amma ümidimiz var idi ki, bu oyunda yaxşı nəticə qazanacağıq. İlk dəqiqələrdə qol buraxdıq. Bu da istər-istəməz rəqibin daha yaxşı oynamasına şərait yaratdı. Əlimizdən gələni etdik. İkinci hissədə hesab arasındakı fərqi azaltdıq. Amma bundan artığına gücümüz yetmədi.
- Meydanda sanki lider çatışmırdı, həm də qrup yox idi. Rəşadlı milli komanda ilə Rəşadsız milli arasında fərq hiss olunur?
- Rəşad Sadığov həmişə milli komandamızda önəmli oyunçulardan biri olub. Amma bu gün bu, o yoxdur, onun yerinə oynayanlar daha pisdir deyə düşünməyə əsas verməməlidir. Rəşad yaşı ilə əlaqəli nə vaxtsa milli karyerasını bitirməli idi. Maksim də komandaya pis liderlik etmir.
- Səncə, Macarıstan millisindən xal almaq olardı? Nə çatışmadı?
- Əslində, ümidlənmişdik. Rəqibin həqiqətən də, yaxşı oyunçuları var. Bu da oynuun taleyini həll etdi. Biz meydana uduzmağa çıxmırıq. Biz də istəyirik ki, xal qazanaq. Amma istəsək də, alınmır.
- Rəqib ikinci qolu vuranda komandanın müdafiə xəttində nə baş verdi?
- Müdafiəmizin önünə ötürmə verildi, rəqib yenə də qol vurdu.
- Bu məğlubiyyətdən 3 gün sonra Slovakiya millisi ilə görüşünüz var. vaxt da azdır. İnam və fiziki cəhətdən necə hazırlaşacaqsınız?
- Hazırlaşmalıyıq. Başqa yolumuz yoxdur. Çıxıb, oynamalıyıq. Bu gün uduzduq, hər şey bitdi demək deyil. Bizim üçün çətindir. Bu qədər azarkeşin qarşısında məğlub olmaq, xal qazanmamaq bir insan, vətəndaş kimi mənə də ağırdı. Həmçinin komanda yoldaşlarıma da pis təsir edir. Amma başqa nə edə bilərik?
- Slovakiya millisinə qalib gəlmək realdırmı?
- Bu qrup o qədər çətin bir qrupdur ki, bir zəif bizik. Bunu bəhanə üçün demirik. Amma həqiqətən də, qrupun favoriti biz deyilik, axırıncı yer üçün vuruşuruq.
- Bəs, qrupdakı bütün 8 oyunda məğlub olmaqdan qorxursunuz?
- Real danışaq, qəbul edək. Fikir versək, görərik ki, son 2 qarşılaşmada xal almağa çox yaxın olmuşuq. Son anda rəqibin ustalığı, oyunçuların keyfiyyəti nəticəni həll edir. Ona görə də, danışılacaq bir şey yoxdur.
- Azarkeşlərin bu gün məğlub olmusunuz deyə bundan sonra oyuna gəlməyəcəklərini düşünürsən?
- Azarkeşlərə xüsusilə təşəkkürümü bildirirəm. Uzun müddətdir ki, milli komandamızın matçlarında belə bir atmosfer görmürdük. Sağ olsunlar ki, bu gün bunu bizim üçün yaratdılar. Düzdür, qarşılığını verə bilmədik. Nailiyyət, uğur qazanmadıq. Amma bu komanda onlarındır. Biz olduq, olmadıq, komandanın hər zaman onların dəstəyinə ehtiyyacı var.
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu
"San Siro"nun satışı ilə bağlı araşdırma başladıldı
Qattuzo qovulacaq
Bolqarıstan millisinin əfsanəsi vəfat etdi
İrandan İnfantinonun sözlərinə reaksiya
“Bir müsəlman kimi bu şüarı hörmətsizlik sayıram”
La Liqa klubu baş məşqçisi ilə müqaviləni yenilədi
Xusanov yenə "Mançester Siti"də ayın oyunçusu seçildi
Mario Götze ilə müqavilə uzadıldı
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu