Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
"Ab-hava çox xoşuma gəldi" - Abdulla Zubir

Yazarlar
 Vicdan məsələsi
Aydın BAĞIROV
 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
Fotoreportaj
Bütün 
Mükafatlandırma mərasimindən şəkillər - DÇ-2018
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
"Qarabağ"ın potensial rəqibi müəyyənləşdi
“Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində
Qurban Qurbanovdan transfer açıqlaması
Ramil Şeydayev "Trabzonspor"a qələbə qazandırdı
Linklər
525ci Qəzet

Millimiz necə yarandı? – 25 il əvvələ “səyahət”
A A A

[25.06.2017]
Millimiz necə yarandı? – <b style="color:red">25 il əvvələ “səyahət”</b>

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!

Ötən yazılarımızın birində milli komandamızın ilk rəsmi oyunundan bəhs etmişdik. Bu dəfə isə Azərbaycan millisinin yaradılmasından və tarixindəki ilk matçından söhbət açacağıq.

1991-ci ildə SSRİ dağıldıqdan sonra müstəqil Azərbaycanın futbol üzrə milli komandası yaradılmalı idi. Millinin formalaşdırılmasından sonra isə qarşıya daha vacib və çətin şərt çıxırdı –FİFA və UEFA-ya üzv olmaq.

1992-ci ilin mayında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yaradıldı. Qurumun ilk prezidenti seçilən Fuad Musayev çətinliklərin öhdəsindən gəlməyi bacardı. FİFA və UEFA-ya üzv olunmaq üçün ilk növbədə millimiz yoldaşlıq oyunu keçirməli və matçın rəsmi protokolunu bu qurumlara göndərmək lazım idi. Fuad Musayev tez bir zamanda Gürcüstan Futbol Federasiyasının prezidenti ilə danışır və ilk ölkənin milli komandaları arasında yoldaşlıq oyunu keçirilməsi haqda razılıq əldə olunur.

1992-ci il sentyabrın 17-də Əhməd Ələsgərovun rəhbərlik etdiyi millimiz tarixində ilk oyununa çıxır.  Gürcüstan yığması ilə səfərdə - Gürcaani şəhərində keçirilən yoldaşlıq görüşündə hesabı meydan sahibləri açır. David Kizilaşvili millimizə ilk qolu vurur. Birinci hissənin bitməsinə 3 dəqiqə qalmış Nazim Süleymanov hesabı bərabərləşdirir. Bununla da millimizin ilk kapitanı həm də komandamızın ilk qolunun müəllifi olur.

İkinci hissə başlayan kimi gürcülər qapımıza ikinci qolu vurur. Kizilaşvili oyunda dubl edir. Daha sonra Daraseliya, Arveladze və Qoqiçaişvili fərqlənir. Matçın 77-ci dəqiqəsində Vidadi Rzayev komandamızın növbəti qolunu vuraraq hesab arasındakı fərqi azaldır. Bundan 2 dəqiqə sonra Cişkariani penaltidən 6-cı qolu millimizin qapısından keçirir. Oyunda son nöqtəni isə Nazim Süleymanov qoyur. Kapitan qarşılaşmanın 85-ci dəqiqəsində gürcülərin qapısına təyin edilən penaltini dəqiq yerinə yetirərir. Beləliklə, Süleymanov milli komandamızda təkcə ilk qolun deyil, həm də ilk penalti və ilk dublun müəllifi kimi tarixə düşür.

Göründüyü kimi, millimizin ilk oyunu daha çox Nazim Süleymanov üçün əlamətdar olub. Bu səbəbdən ilk olaraq Gürcüstanla oyunla bağlı danışmaq üçün onunla əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, o, zənglərimizi, millimizin tarixindəki ilk matçla bağlı danışmaq istəyimizlə əlaqədar ünvanladığımız mesajları da cavabsız qoydu…

Oyunun protokolu

17 sentyabr 1992
Gürcüstan – Azərbaycan 6:3
Qollar:
David Kizilaşvili, 30 (1:0), Nazim Süleymanov, 42, (1:1), David Kizilaşvili, 48 (2:1), Georgi Daraseliya, 52 (3:1),  Şota Arveladze, 69 (4:1),  Kaxaber Qoqiçaişvili, 71-pen.(5:1), Vidadi Rzayev, 77 (5:2), Giya Cişkariani, 79-pen.(6:2), Nazim Süleymanov, 85-pen.(6:3)

Gürcüstan: Akaki Devadze (David Canelidze, 75), Malxaz Arziani, Dmitri Kudinov, Kaxaber Sidamonidze (Georgi Nemsadze, 46), Giya Cişkariani, David Somaya, Georgi Daraseliya (Georgi Kinkladze, 53), Kaxaber Qoqiçaişvili (Mixail Kavelaşvili, 75), Revaz Arveladze, David Kizilaşvili, Şota Arveladze (David Canaşiya, 75)
Baş məşqçi: Anatoli Norakidze

Azərbaycan: Dmitri Kramarenko (Elxan Həsənov, 54), Aydın Ələkbərov (Vüqar İsmayılov, 54/Elman Sultanov, 76), Elşad Əhmədov, Tərlan Əhmədov, Zaur Qarayev, Emin Ağayev, Mahmud Qurbanov (Qurban Qurbanov, 46), Şahin Diniyev, Vidadi Rzayev, Nazim Süleymanov (k), Samir Ələkbərov (Kamil Bayramov, 70).
Baş məşqçi: Əhməd Ələsgərov
Hakim: Quram Sepiaşvili (Gürcüstan)
Gürcaani. Şəhər stadionu, 3000 tamaşaçı.


Hazırda “Kəpəz”in baş məşqçisi işləyən Şahin Diniyev 25 il əvvəl keçirilən oyunda 90 dəqiqə meydanda olub. Diniyev qarşılaşma haqda yadında qalanlardan danışdı.



- O vaxt mən “Terek”də (indiki “Axmat” – red.) oynayırdım. Məni milliyə dəvət edəndə əvvəlcə klubdan buraxmaq istəmirdilər. Çünki “Terek”in də vacib oyunu var idi. Ancaq onlardan xahiş etdim, izah etdim ki, milli başqa şeydir. Bundan sonra klubdan razılıq aldım. Öz hesabıma Bakıya gəldim. Onda vəziyyət inidiki kimi deyildi. AFFA-nın imkanı yox idi. “Neftçi”nin bazasında 2-3 gün məşq etdik. Oyuna qatarla yollandıq. Çox çətinliklə getdik. Tiflisdə qatardan düşüb avtobusa mindik və oyunun keçiriləcəyi Gürcaani şəhərinə yollandıq. Avtobusla da 3-4 saat yol getdik. Bizi sadə qarşıladılar. O dövrdə  beşulduzlu otellər yox idi. Ancaq qonaqpərvərlik göstərdilər.

O vaxt Gürcüstan futbolu inkişafda idi. Təxminən ölkə xaricində oynayan 400-ə yaxın futbolçuları vardı. Ona görə də milli komandaları da güclü, futbolçu seçimləri də çox idi.

Millidə ilk oyunumuza çıxırdıq. Onda

Milli komandanın nə olduğu bizə o qədər də çatmırdı

Hansısa bir hadisə olanda onu tam dərk edə bilmirsən. Üstündən bir qədər zaman keçəndən sonra başa düşürsən ki, bu, birinci idi axı. Ancaq himnimiz çalınanda tamamilə fərqli hiss keçirdik. Bunu ilk dəfə yaşayırdıq. Tüklərimiz biz-biz oldu. Sonradan anladıq ki, biz “ilklər”ik. Həqiqətən böyük xoşbəxtlikdir ki, Azərbaycan millisinin ilk oyununda iştirak edən futbolçulardan biri də mən olmuşam. Açıq futbol getdi. Qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu. Ona görə də azarkeşlər də qarşılaşmadan razı qaldı.

Şahin Diniyev millimizin ilk formasının hansı rəngdə olduğunu çətinliklə xatırlayır: “Səhv etmirəmsə, ağ köynək, göy şortik geyinmişdik. “Puma” firmasının geyimi idi. Həmin oyundan 25 il keçib. Ona görə də müəyyən detalları yadıma salmaqda çətinlik çəkirəm.

Ancaq yadımdadır ki, meydançanın durumu bərbad, ot örtüyü kələ-kötür idi. Hətta bayraqları taxmağa yer tapılmırdı. İlk oyun olduğundan bir qədər tələskənlik var idi. Təcili ilk oyunumuzu keçirməli idik ki, FİFA-ya qəbul olunaq. Oyun əvvəldən planlaşdırılmamışdı. Matçın nəticəsi yox, keçirilməsi vacib idi”.   

Şahin Diniyev Gürcüstan millisi ilə 1993-cü ildə keçirilən təkrar yoxlama oyununu daha yaxşı xatırlayır: “Gürcüstanla növbəti oyunumuz Gəncədə oldu. Həmin görüş yaxşı yadımdadır. Çünki matçı ən yaxşısı seçilmişdim və pul mükafatı da vermişdilər. Həmin oyunda 1:0 hesabı ilə qalib gəldik. Gürcüstan millisi ilə keçirdiyimiz hər iki görüş FİFA və UEFA-ya qəbul olunmağımızda böyük rol oynadı.
 

“Sanki “Dinamo” ilə “Neftçi” oynayırdı”



Gürcüstanla səfər oyununda fərqlənən Vidadi Rzayevlə də söhbət etdik. Komandamızın ikinci qolunun müəllifi o dövrdə Şahin Diniyevlə birgə “Terek”də çıxış edirdi. Millimizin rəsmi oyunlardakı ilk qələbə qolunun müəllifi də olan veteran futbolçu Gürcüstanla tarixi matça çıxdıqlarını sonradan dərk etdiklərini deyir: “Çətin bir vaxtda Gürcüstanla yoldaşlıq oyunu keçirməyimizdə rəhmətlik Fuad Musayevin rolu böyük oldu. Biz fəxr edirik ki, həmin görüşün iştirakçısı olmuşuq. Çünki himnimizin səsləndiyi, bayrağımızın dalğalandığı ilk oyun idi. Ona görə də uduzmaq istəmirdik. Rəqibimiz də güclü komanda idi. Gürcüstanın heyətində məşhur futbolçular oynayırdı. Əslində biz həmin vaxt matçın əhəmiyyətini dərk etmirdik. Sonradan bildik ki, bu oyun futbol tariximizndə qalacaq. Meydana böyük sevinclə, həvəslə çıxmışdıq. Gürcüstan millisi də yeni yaranmışdı. Futbolçuları tanıyırdıq. Klublarda üz-üzə gəlmişdik. Onlarda da bizim kimi SSRİ dönəmindəki futbolçular idi. Sanki “Dinamo” ilə “Neftçi” oynayırdı”.

Vidadi Rzayev gürcülərin qapısına necə qol vurduğunu tamamilə unudub: “Oyunun gedişatı yadımda deyil. Onu bilirəm ki, sağ cinahda oynayırdım. Qolu necə vurduğumu heç cür yadıma sala bilmirəm. Ötürməni kim verdiyini də xatırlamıram. Heyf ki, oyunun nə videosu, nə də şəkillər var. Formamızın rəngi də yadımda deyil. Görün, aradan neçə il keçib”.


“Adımı start heyətdə görəndə təəccübləndim”

Gürcüstanla oyunda iştirak edən millimizin ən gənc futbolçusu Mahmud Qurbanov olub. O vaxt 19 yaşı olan yarımmüdafiəçi start heyətdə meydana çıxıb. Həmin vaxt “Kəpəz”də oynayan Qurbanov baş məşqçi Əhməd Ələsgərovun onu ilk dəqiqədən meydana buraxacağını gözləmədiyini deyir: “Oyundan bir gün əvvəl gecə qatarla Tiflisə yola düşdük. Oyun günü Tiflisə çatdıq. Oradan isə Gürcaani şəhərinə getdik. Nahar etdik və bir qədər sonra oyuna çıxdıq. Yəni Gürcüstanda məşq etmədik. Buna vaxtımız da yox idi.

1992-ci ildə mənim 19 yaşım vardı. Açığı, heç gözləmirdim ki, əsas heyətdə meydana çıxaram. Baş məşqçimiz rəhmətlik Əhməd Ələsgərov mənə ilk 11-likdə şans verdi. Adımı start heyətdə görəndə özüm də təəccübləndim. Azərbaycanın tanınmış, SSRİ çempionatında oynayan futbolçuları ilə meydana çıxdım. Əlbəttə ki, bu, mənə çox xoş idi. Komandamızın ilk qolunda mənim də payım oldu. Mənim zərbəmdən sonra qapıçının qaytardığı topu Nazim Süleymanov qola çevirdi. 45 dəqiqə meydanda oldum. İkinci hissə başlayanda əvəzimə Qurban Qurbanov meydana çıxdı. Milliyə xeyli futbolçu çağırılmışdı. Başqa futbolçulara da şans vermək lazım idi. Həmin o 45 dəqiqə mənim karyeramda ən vacib oyunlardan idi. 19 yaşım olsa da, məndə heç bir həyəcan yox idi. Gürcüstanla oyun həmişə yaddaşımda qalacaq”.

Zəruri qeyd: uzun axtarışlarımıza baxmayaraq, təəssüflər olsun ki, həmin oyuna dair hər hansı foto və videogörüntü əldə edə bilmədik.

Ramiq AĞAMƏMMƏDOV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

5504 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
28.03.2018  13:00 “Qurban Qurbanova təkcə Böyükağa Hacıyev söz atmaqdan çəkinmirdi”
23.03.2018  12:15 “Dedim, Böyükağa müəllim, Mourinyo deyilsiniz ki, İtaliyada sizi tanısınlar”
16.03.2018  14:44 Avrokubokların yeni formatı çempionumuza necə təsir edəcək?
08.03.2018  15:10 “Azərbaycanda hələ də futbolçu qızlara qəribə baxırlar”
02.03.2018  13:32 “Qarabağ”ın xanım fanatları: "Kişilərdən daha yaxşı azarkeşlərik”
21.02.2018  13:38 Biz niyə öz futbolumuzu sevmirik?
14.02.2018  13:40 “Transfer işləri ən bərbad vəziyyətdə olan klubumuz “Neftçi”dir”
06.02.2018  18:18 Millətlər Liqasındakı rəqiblərimiz – ikisi tanış, biri yeni
26.12.2017  18:28 Dövlət Proqramı futbolumuza nə verdi?
19.12.2017  12:57 “Getdikcə Banişevskini də yaddan çıxaracağıq...”
13.12.2017  14:16 "Avropada uşaq 5 yaşında qaçmağı bilirsə, biz 10 yaşında necə yeriməyi öyrədirik"
05.12.2017  15:15 Divizionla Premyer Liqa arasındakı uçurum
28.11.2017  12:09 Biz niyə qol vura bilmirik?
20.11.2017  13:32 Bu çempionat hara gedir?
12.11.2017  10:05 Hakim çatışmazlığı, yoxsa qeyri-peşəkarlıq?
07.11.2017  18:23 Bombardirin millimizə qayıdışı
31.10.2017  12:32 “Gürcülər uduzduqlarına inanmırdılar” – millimizin ilk qələbəsi
21.10.2017  14:15 “Futbol+”də münasibətlər dəyərlər üzərində qurulub” – Mahir Rüstəmli
02.10.2017  13:25 “Azərbaycanda 10 ildən sonra da futbol olmayacaq”
24.09.2017  14:21 “Ramillə Emin Azərbaycana gəlməklə geriyə addım atdılar”
 
 
  19.07.18
21:12
  "Keşlə" hesabı açdı - Yenilənir
20:46
  "Proqres" - "Qəbələ": heyətlər
20:22
  "Səbail" "Sivasspor"a uduzdu
20:00
  "Keşlə" - "Baltsan": heyətlər açıqlandı
19:35
  Ronaldonun 5.3 milyon borcu qalıb
19:02
  "Sabah" 3 futbolçu ilə müqavilə bağladı – rəsmi
18:50
  Luis Enrike ictimaiyyətə təqdim olundu
18:30
  “Qəbələ”nin oyununa necə baxaq?
18:20
  Neymarın taleyi Tuheldən asılıdır
17:40
  "Kukesi"nin baş məşqçisi "Qarabağ"dan danışdı
17:19
  "Bavariya"nın səfər forması - Şəkillər
16:58
  "Aqolli "Qarabağ"ın rəqibi haqda çox şeyi bilir" – Elvin Beqiri
16:39
  Klublarımız Avroliqada - hansı oyun, hansı kanalda?
16:11
  FİFA "Bayıl Arena"da beynəlxalq oyunlara icazə verdi
15:50
  Ronaldonun şəkli tualet kağızında - Şəkillər
15:29
  Mundialda oynamasa da, medalını alacaq
15:09
  “Döyüşə hazırıq” - "Uypeşt"in futbolçusu
14:32
  "İndi Maksimovu yox, "Baltsan"ı necə keçəcəyimizi düşünürük"
14:19
  AFFA Premyer Liqanın daha bir komandasının sponsoru oldu
14:15
  "Qarabağ"ın favorit olduğunu bilirdik" - "Olimpiya"nın futbolçusu
14:04
  "Neftçi" ikinci mərhələyə doğru - Yenilənir
13:50
  "Qarabağ" və "Legiya"nın qarşılaşmağını istəmirəm" - Jezniçak
13:32
  Klublarımızın oyunlarının əmsalları - Etopaz
13:05
  "Liverpul"un futbolçusu bu mövsüm oynamaya bilər
12:39
  Rusiyanın mundialdan qazancı açıqlandı
12:18
  "Qarabağ"ın "Kukesi" ilə oyunlarının vaxtı bilindi
12:00
  Klublarlarımızın UEFA reytinqindəki mövqeyi açıqlandı
11:47
  "Kukesi" "Olimpiya"dan da çətin rəqibdir" – Maksim Medvedev
11:28
  Zola rəsmən "Çelsi"də
11:01
  "Qarabağ"ın oyunundan - Şəkillər
10:44
  “Komandanın inkişaf etdiyinin şahidi oluruq” - millimizin baş məşqçisi
10:30
  "Qəbələ" "Proqres"ə qarşı - Yenilənir
10:13
  Azərbaycan neçəncidir? - UEFA reytinqi
09:45
  "Qarabağ" - "Olimpiya" - Video
02:10
  Avroliqada 43 oyun - Yenilənir
01:35
  ÇL-də 2-ci təsnifat mərhələsinin cütlükləri
01:30
  “Kamranı “Boavişta”da əsas heyətdən sıxışdırıb çıxardım” - Vaqner da Silva
01:10
  Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vuruldu
00:50
  "Ab-hava çox xoşuma gəldi" - Abdulla Zubir
00:10
  "Yenidən o "Qarabağ"ı qurmaq çətin olacaq" - Rəşad Sadıqov
  18.07.18
23:48
  "Futbolçunun gücü belə oyunlarda daha yaxşı bilinir" - Qurban Qurbanov
23:36
  "Müdafiədə buraxdığımız səhvlər həlledici oldu" - İliya Stolitsa
23:05
  "Güclü olduğumuzu sübut etmək istəyirik" - Sənan Qurbanov
22:53
  “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində
22:06
  Avroliqada bir oyun keçirildi
21:22
  "Səbail" Superliqa klubu ilə qarşılaşacaq
20:51
  Məşhur futbolçu məşqçiliyə başladı
20:22
  "Qol buraxmağa haqqımız yoxdur" - Zaur İsmayılov
19:56
  "Qarabağ" - "Olimpiya": heyətlər
19:18
  "Sabah" Türkiyə klubu ilə heç-heçə etdi
18:50
  "Barselona"dan imtina etdiyim üçün fəxr edirəm" - Qrizmann
18:20
  “Valensiya” baş məşqçisi ilə müqaviləni uzatdı
17:14
  “Yuventus” Qodinlə razılaşdı
16:45
  İspaniya millisinin üzvü "Real"da - rəsmi
16:36
  Əmrə Bəlözoğlu futbolla vidalaşır
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore