Anatoli Banişevskinin necə futbolçu olması, Azərbaycan futboluna, “Neftçi”yə necə xidmət etməsi haqqında danışmağa ehtiyac yoxdur. Əslində Banişevskini tanıtdırmağa da gərək yoxdur. Ancaq bizim hər şeyi tez unutmaq kimi bir pis xüsusiyyətimiz var. Biz hətta Banişevski kimi bir futbolçunu da asanlıqla unuda bilərik. Necə ki, artıq bu mərhələdəyik. Bu unutqanlığımızı davam etdirsək, gələcək nəsil Banişevskini heç tanımayacaq.
Əslində Banişevskini hələ sağlığında yaddan çıxarmışdıq. Onu qorumaq üçün heç nə etmədik və dahi futbolçumuzu 51 yaşında itirdik. Hələ yaşamaq uğrunda mübarizə apardığı vaxt bəzi futbol adamları Banişevskiyə layiq olduğu mükafat əvəzinə saxta 50 dollar verməyi də özlərinə ar bilməməşdi.
Adətən bizim cəmiyyətdə sağlığında yox, öləndən sonra qiymət verilir insana. Ancaq Banişevskiyə bu gün layiq olduğu qiymət verilməyib. Doğulduğu və vəfat etdiyi günlərdə yada salırıq və hərdən adına kiçik turnirlər keçirilir, vəssalam. Ancaq bir futbolçuya layiq olduğu qiyməti vermək üçün ilk növbədə onun adını əbədiləşdirməlisən. Dünya təcrübəsində belədir. Bir çox ölkədə öyündükləri futbolçunun adını stadionlara veriblər. Nəticədə “bizim belə bir futbolçumuz var” deyə dünyaya mesaj verirlər. Sabah ruslar Banişevskini özününküləşdirsə, bunun bir nömrəli günahkarı biz özümüz olacağıq. Onu da qeyd edim ki, artıq ruslar buna cəhd edir. Biz isə hələ gözləyirik. İş işdən keçəndən sonra ayılacağıq və sübut etməyə çalışacağıq ki, siz düz demirsiniz, Banişevski bizim futbolçudur.
Təəssüflər olsun ki, Bakıda adının stadiona qoyulmasına ən çox haqqı olan Banişevskiyə bu dəyəri verən yoxdur. Son 10 ildə bir neçə yeni stadion inşa olunsa da, hamısına futbola dəxli olmayan adlar verilib. Məsələn, "Bayıl Arena”, "Dalğa Arena”, "Bakcell Arena”. Sonuncunu “Neftçi” icarəyə götürüb. O “Neftçi” ki, Banişevski bütün karyerasını bu komandaya həsr edib. O “Neftçi” ki, Banişevski ona sadiq qalaraq SSRİ-nin nəhəng komandalarının təkliflərinin hamısını rədd edib.
Maraqlıdır ki, futbol mütəxəssislərimiz də Bakıda Banişevskinin adına stadion olmasının tərəfdarıdır, ancaq indiyədək buna təşəbbüs gəstərməyiblər.
“Mənə qulaq asan yoxdur, danışanda deyirlər, Fuad Musayevin adamıdır”
Mövzumuzla bağlı ilk olaraq AFFA-nın sabiq baş katibi Çingiz İsmayılovla danışdıq.
O, tək Banişevskinin yox, digər futbolçuların da unudulmaqda olduğunu bildirdi: “Masallıda Banişevski adına stadion var. Ancaq çox bərbad gündədir. Buna başbilənlər bir əncam çəkməlidir. AFFA tərəfindən təşəbbüs olmalıdır və lazım olan qərar çıxarılmalıdır. Mən danışanda deyirlər, Fuad Musayevin adamıdır. Ona görə də mənə qulaq asan yoxdur. Tək Banişevski yox, bir çox güclü futbolçumuzun adı unudulmaqdadır. Elə futbolçuların adını çəkərəm ki, onu indi heç kim tanımır. Hansı ki, vaxtilə çox yaxşı futbolçu olub. AFFA-da Azərbaycan futbolçularının siyahısı var. Görün, orada həmin futbolçuların adına rast gəlmək olurmu. Biz özümüzü tanıtmaq istəmirik. Keçmişimizi unuduruq. Tarixini bilməyən bir millətin gələcəyi yoxdur.
Bütün ölkələrdə tarix yazan futbolçulara dərin hörmət var. Bir misal çəkim. Macarıstanda Ferens Puşkaşın adına stadion və hətta futbol klubu var. Həmin komanda hazırda yüksək liqada çıxış edir. Ferens Puşkaş xeyli müddət Macarıstan millisində oynayıb. Ancaq karyerasının sonuna yaxın İspaniya millisində çıxış edib. Banişevski isə Azərbaycanı heç vaxt atıb getməyib. Macarıstan Puşkaş kimi bir futbolçusunun olmasını göstərmək üçün onun adını stadion və kluba qoyur. Futbola belə münasibət bəsləyərlər. Amma bizdə futbol arxa plana düşüb”.
AFFA Məşçilər Komitəsinin sədri Vaqif Sadıqov isə Banişevskinin “Neftçi”yə, Azərbaycana sadiqliyindən danışaraq ona lazım olan qiyməti vermədiyimizi qeyd etdi:
“Keçmişi yada salmayanlar gələcəyi heç vaxt qura bilməzlər. Keçmişimizi düzgün qiymətləndirməliyik. Təkcə stadion yox, bu gun keçirilən çoxsaylı liqaların birinə, hansısa futbol məktəbinə də Banişevskinin adını vermək olar. Futbol ictimaiyyətində çalışan elə bir insan tapılmaz ki, buna qarşı çıxsın”.
“Banişevskinin layiq olan adını gec də olsa, lazım olan səviyyəyə qaytarmalıyıq”
Düzdür, Masallıda Banişevskinin adına stadion var. Ancaq bundan da böyük işlər görmək olar, Banişevskiyə layiq olan stadion və ya hansısa idman qurğusuna onun adını vermək lazımdır. Biz bunu etməliyik. Çünki Banişevski kimi insanlar tarixdə iz qoyurlar. O, Azərbaycana sadiq bir insan olub. Vətənini sevib, heç vaxt Azərbaycanı tərk etməyib və son nəfəsinə qədər futbolumuza xidmət edib.
Tariximizə hörmətlə yanaşmalıyıq. Keçmişi heç vaxt yaddan çıxarmaq olmaz. Keçmiş gələcəyin sütunlarıdır. Bizim futbolun sütunları isə Banişevski kimi insanlardır. Banişevskinin layiq olan adını gec də olsa, lazım olan səviyyəyə qaytarmalıyıq.
“Getdikcə Banişevskini də yaddan çıxaracağıq, Ələkbər Məmmədovu da”
Düzdür, Banişevski daim “Neftçi”də oynayıb, bu komandanı atmayıb. Ancaq Banişevski o insanlardandır ki, SSRİ yığmasında Azərbaycanı və “Neftçi”ni dünyaya tanıtdırırdı. Banişevski bunu hələ o vaxt edirdi. Ona görə də tək “Neftçi” yox, biz hamımız birləşib, Banişevskinin adını əbədiləşdirməyə çalışmalıyıq. Ona layiq olan yeri mütləq verməliyik.
Bəlkə də getdikcə Banişevkini də yaddan çıxaracağıq, Ələkbər Məmmədovu da. Onlardan sonra gələn, yəni indiki veteranlar da yaddan çıxa bilər. Ancaq Azərbaycan futbolunda tarix yazan insanlar var. Bunu hər gün gənc nəsl futbolçulara başa salmalıyıq ki, onlar da qürurlansınlar və motivasiya olub, bu cür zirvələri fəth etməyə çalışsınlar.
Banişevski bizim futbolumuzun tarixidir. Biz tariximizə düzgün qiymət verməsək, heç nə əldə edə bilmərik. Mütləq yeni nəsil tarixində olan belə futbolçuları tanımalıdır. Bu halda gənc futbolçular daha özünəinamlı olar”.
Millimizin sabiq baş məşqçisi Ağasəlim Mircavadovun da fikirlərini öyrəndik.
AFFA Məşqçilər Komitəsinin üzvü düşünür ki, Bakıdakı stadionların birinə Banişevskinin adının verilməsi təşəbbüsü çoxdan olmalı idi: “Çox gözəl mövzudur. Bu təbliğatı çoxdan aparmaq lazım idi. Yadımdadır ki, Masallı Rayon İcra Hakimiyyəti məsələ qaldırdı ki, “Viləş”in oynadığı stadiona Banişevskinin adı verilsin. Onda AFFA prezidenti Fuad Musayev idi. İcraiyyə Komitəsində müzakirələrdən sonra razılıq verildi. Bununla bağlı İdman Nazirliyinə də müraciət olundu və müsbət cavab alındı. İndi də bu cür müraciətlər olmalıdır. Dahi futbolçuların adına layiqli qiymət verilməlidir.
Tofiq Bəhramov adına stadion əvvəl SSRİ dağıldığı ilk illərdə Respublika stadionu adlanırdı. Müstəqilliyimizi bərpa etdikdən sonra isə AFFA-nın o vaxtkı prezidenti Fuad Musayevə müraciət etdik ki, stadiona Tofiq Bəhramovun adı qoyulsun. Tək biz yox, bütün futbol ictimaiyyəti bunu istəyirdi. Nəticədə istədiyimiz oldu. İndi də sizli-bizli hamı buna təşəbbüs göstərsə, Banişevskinin adına Bakıda stadion olar. Bu, 1-2 nəfərin işi deyil.
Banişevski bizim tariximizdir. İndiki gənclər onu tanımırlar. Bəlkə də hərdən atalarından, babalarından adını eşidirlər. Ancaq bu, Banişevskini tanıtdıra bilməz. Onu gənc nəslə düzgün tanıtdırmaq lazımdır. Azərbaycan futboluna necə xidmət etdiyini yetişməkdə olan futbolçulara başa salmaq lazımdır. Biz tariximi itiririk, sonra hansısa rus və ya erməni nəyisə özününküləşdirəndə düşürük hay-həşirə ki, bu bizimdir. Bizimdirsə, buna əvvəldən sahib çıxaq də.
Ölkələrində Ronaldo və Messiyə heykəl qoyulur. Məgər, Banişevski buna layiq deyil?
Biz Banişevskiyə sahib çıxmasaq, yeni nəsil elə biləcək ki, o rusdur. Axı Banişevski Azərbaycanda doğulub, yaşayıb və “Neftçi”də oynayıb. “Dalğa Arena”, “Bakcell Arena” bu kimi adlar stadion üçün uyğun gəlmir. Əksər ölkələrdə stadionlar futbolçuların adına olur. Görün “Real”ın stadionu neçə ildir Santyaqo Bernabeo adlanır. Klub keçmiş prezidentinin adını stadiona verib. Bizdə isə bu kimi şeylərə fikir vermirlər. Məncə, bunun üçün AFFA-nın baş katibi Elxan Məmmədova müraciət edilməlidir”.
Ramiq AĞAMƏMMƏDOV
Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb.
Bayılda vurulan 5 qol - Video
"Motivasiyanı saxlaya bilmirik" - Elvin Məmmədov
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı
"Sumqayıt" böyük hesabla "Səbail"ə qalib gəldi
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Əvəzedicilər Liqasının çempionu bilindi
"Liverpul" "Bavariya"nı ötdü
"Komo" onu "Barselona"dan birdəfəlik alır
"Səbail" - "Sumqayıt" matçı üçün - Heyətlər
"İmişli" mövsümü qələbə ilə bitirdi
"Real" üçün şad xəbər
1-ci liqa üçün pley-off matçının vaxtı açıqlandı
"Uğuru bu yolun davamında görürəm" - Fernandu Santuş
Santuş Azərbaycan millisinin heyətini açıqladı
"Qarabağ" Braziliyaya 2 qızıl medal göndərəcək
Millimiz İngiltərəyə qalib gəldi
Avroliqada mövsümün ən yaxşıları məlum oldu
"Bayer"ə "hə" dedi
Raulu Arbeloa əvəzləyir
"Real" Ançelottinin gedişini açıqladı - Rəsmi
Neymar gələcəyi haqda
"Barselona" Yamalla yeni müqavilə imzalayacaq
UEFA medal qalmaqalına görə üzr istədi
Toral Bayramovun qolu Avroliqanın "10-luğ"unda - Video
Deko "Barselona"nın hədəflərini açıqladı
"Xankəndi"nin baş məşqçisindən çempionluq şərhi
Kamal Umudlunun idarə etdiyi oyunda darmadağın
"Atletiko"da yeni müqavilə
İspaniya və Gürcüstandan qələbə, Argentina uduzdu - DÇ
Mingəçevirdə 3 qol və 1 "qırmızı" - Video
Avropa Liqasının rəmzi komandası bəlli oldu
"Barselona"da növbəti müqavilə - Rəsmi
2-ci liqada mükafatlandırma mərasimi keçirildi - Video
Region Liqasının çempionu oldular
"Qəbələ"nin böyükhesablı qələbəsindən - Video
Ten Haq "Bayer"ə razılıq verdi
AFFA Gənclər Liqasının qalibi bəlli oldu
Modriç də "Real"ı tərk edir
"Qarabağ" bu hücumçunu ala bilər
Nistelroy "Lester"dən gedir
Futzal üzrə Azərbaycan çempionu oldular
"Sabah" "Fənərbaxça" və "Başakşehir"lə eyni turnirdə