Ötən həftə Azərbaycan birinci divizionunda 7-ci turun hakim təyinatları açıqlananda qəribə mənzərə ilə qarşılaşdıq. FİFA referisi Əliyar Ağayevə 6 günə baş hakim kimi 3-cü təyinat verilmişdi. Noyabrın 2-də “Şüvəlan” – “Qaradağ Lökbatan”, 4-də “Sumqayıt” – “Keşlə” oyununu idarə edən Ağayev 3 gün sonra “Sabah” – “Ağsu” matçının baş hakimi oldu.
Eləcə də digər Premyer Liqa hakimləri demək olar ki, hər tur birinci divizion oyunlarına da təyinat alır.
FİFA referisi Əliyar Ağayevin Makedoniyadakı Avroliqa oyunundan qayıtdığı günün sabahısı Gəncədə “Kəpəz” – “Neftçi” matçını idarə etməsi də diqqətdən yayınmadı. Hansı ki, ən yaxşı hakimlərimizdən olan Ağayev həmin qarşılaşmada bir neçə mübahisəli qərarları ilə yadda qaldı.
8 komandalı Topaz Premyer Liqada həftədə cəmi 4, 10 komandalı birinci divizonda isə 5 oyun keçirilir. Ancaq ümumilikdə bu 9 görüş üçün təkrar hakim təyinatlarının şahidi oluruq.
Budəfəki yazımızda qeyd etdiyimiz məsələlərin hakim çatışmazlığı, yoxsa qeyri-peşəkarlıqdan irəli gəldiyini araşdırmağa çalışdıq.
Əvvəlcə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova müraciət etdik. Qeyd edilən iradlarla razılaşmayan keçmiş FİFA referisi bəzi hakimlərin tez-tez təyinat almalarının səbəbini izah etdi: “Biz UEFA Hakimlər Konvensiyasının üzvüyük. Həmin Konvensiyanın tələblərindən biri də odur ki, yüksək liqada neçə komanda varsa, o qədər də hakim olmalıdır. Bizdə də komanda sayına uyğun olaraq, 10 baş hakim var. Onlardan ikisi ehtiyatdadır. Yəni bu hakimlər bizə kifayət edir. Buna görə də başqa hakimlərdən istifadə etmirik”.

Xaqani Məmmədov
“Gənc hakimlər birinci diviziondan çəkinir”
X.Məmmədov FİFA referilərinin hər tur birinci divizion oyunlarına təyinat almasının səbəbini belə izah edir: “Birinci divizion təşkilati baxımdan çox geri qalıb. Qayda-qanuna əməl olunmur. Futbolçular qaydaları yaxşı bilmir. Məşqçilər və futbolçular tez-tez hakimlərlə mübahisə edirlər. Ona görə də gənc hakimlər birinci divizionda oyun idarə etməkdən bir qədər çəkinir. Bu səbəbdən ilk turlarda Premyer Liqa hakimlərini birinci diviziona göndəririk ki, vəziyyəti yoluna qoyaq. Ancaq hər turda təcrübəlilərin yanında gənc hakim də olur. Getdikcə Premyer Liqa hakimləri birinci diviziondan azad edəcəyik.
Əslində birinci diviziona da qayğı artmaqdadır. Növbəti turdan artıq birinci diviziona da təkcə AFFA nümayəndəsi yox, həm də hakim-inspektor təyiat alacaq. Yəni hər şey Premyer Liqada olduğu kimi olacaq”.
X.Məmmədov FİFA referisi Əliyar Ağayevin daha çox təyinat almasını onun yaxşı formada olması ilə əlaqələndirir: “Biz Əliyarın Gəncədə keçirilən “Kəpəz” – “Neftçi” oyununa təyinatını onun Avroliqa matçına təyinat almasından əvvəl etmişdik. Üstəlik, biz UEFA ilə danışmışdıq ki, Əliyara İstanbul-Gəncə bileti alsınlar. O da gəldi Gəncəyə, gecə yatdı dincəldi, səhər də rahat oyuna çıxdı. Əliyar Ağayevin fiziki durumu əla vəziyyətdədir. O, ardıcıl üç gün oyun idarə edə bilər. Buna görə də ona daha çox təyinat verilir.
Hazırda iki cavan hakimimiz var ki, onlarla daha çox məşğul oluruq. Hesab edirəm ki, yaxın gələcəkdə onları Premyer Liqada görə bilərik. İstəyirik ki, rəqabət yaradaq. Heç olmasa iki ildən bir Premyer Liqaya yeni hakim gəlsə, bu bizim üçün uğur sayıla bilər. Biz bunu daima diqqətdə saxlayırıq. Premyer Liqada Cəmil Quliyev və Elşad Abdullayev kimi gənc yan xətt hakimlərimiz var. Cavan uşaqlardı. Bəzən biz onları UEFA oyunlarına da köməkçi hakim kimi göndəririk.
Düşünürəm ki, yeni hakimlər yetişməkdədir, axın var. Bu olmalıdır ki, rəqabət yaransın. Təcrübəli hakimlər hiss etməlidirlər ki, onların arxasınca gələn var, həmişə oyunu onlar idarə etməyəcəklər”.
“İndi hakim qıtlığı deyil, əksi olmalıydı”
Mövzumuzla bağlı keçmiş FİFA referisi, futbol mütəxəssisi Tahir Süleymanovla da danışdıq. O isə sabiq həmkarından fərqli olaraq hakimlikdə olan çatışmazlıqlardan söhbət açdı: “Azərbaycan hakimlik məktəbi keçmiş SSRİ, Avropa və dünyada öncüllərdən olub. Vaxtilə elə olub ki, SSRİ çempionatının güclülər dəstəsində dözülməz rəqabətdən keçərək 5 baş hakimlə təmsil olunmuşuq. 
Birinci, ikinci dəstələrdə isə hakimlərimizin sayı bilinmirdi. Müstəqilliyimizin ilk illərində də çətin iqtisadi-siyasi dövr olmasına baxmayaraq bütün futbol bölgələrimizdən hakimlər var idi. Gəncə, Naxçıvan, Mingəçevir, Sumqayıt, Lənkəran və s. şəhər və rayon təmsilçilərimiz ölkə çempionatının oyunlarını idarə edirdilər. O vaxt hakimlərin birliyi var idi. İstənilən məsələni qaldıra, müzakirə edə, sözümüzü deyə bilirdik.
İllərdi ümumi futbolda olan yarıtmaz idarəçilik nəticəsində 50-dən çox klub dağılıb. 8 komandalı çempionatımız var. Belə durumda hakim qıtlığı deyil, əksi olmalıydı. Nəzərə alaq ki, son 10 ildə hakimlər üçün AFFA, PFL tərəfindən istənilən şərait yaradılıb. UEFA da öz köməkliyini daim göstərir.
“Gənc hakimlərin yetişməsinin süni olaraq qarşısı alınır”
Statistikaya nəzər yetirsəz, müstəqillik dönəmimizdə ən az oyun idarə edən hakimlərdən biri mən olmuşam. O vaxt özüm gənc olmağıma baxmayaraq, ikinci dərəcəli görüşlər, birinci dəstədə oyunları idarə etməkdən imtina edirdim. Səbəbi gənc hakimlərə dəstək olub onların inkişafını təmin etmək, şərait yaratmaq idi. İndi Əliyar Ağayev və digər aparıcı hakimlər bir həftəyə 3 oyuna çıxır, hər turda baş hakim, ehtiyat hakim funksiyasını yerinə yetirirlər. Belə durumda rəqabət azalır, gənc hakimlərin yetişməsinin süni olaraq qarşısı alınır. Əgər perspektivli hakimlər çatışmır, yetişmirsə, bunun da məsuliyyətini ilk növbədə Hakimlər Komitəsi daşıyır. Yaradılan şəraitə uyğun Azərbaycanda onlarla bacarıqlı hakim yetişməli idi..."
T.Süleymanov çatışmazlıqların aradan qaldırılması üçün köklü dəyişikliklərə ehtiyac olduğunu düşünür: “Hakimlik ümumi futbolun önəmli qollarından biridir. Futbolda sistem, futbola baxış, təfəkkür dəyişilməlidir. Vaxtilə "Sabahın Ulduzları" yarışılarından Əliyar Ağayev, Mahir Mədətovlar çıxdı, yetişdi. Təəssüf ki, son on ildə futbolda naşı idarəçiliyin sayəsində milyonlar mənasız layihələrə sərf olunur. Hakimliklə yanaşı futbolun inkişafı üçün yeni konsepsiya olmalıdır. Bunu isə futbolu, idarəçiliyi bilənlər edə bilər...”
Göründüyü kimi, hakimliklə bağlı fərqli fikirlər səsləndirildi. Təbii ki, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov öz ayranına turş deyə bilməzdi. Hər halda yaradılan yüksək şəraitə baxmayaraq son illərdə çox az sayda hakim yetişib. Nəticədə bir həftədə 3 oyuna çıxan hakimlərimiz fiziki və psixoloji cəhətdən yüklənir, bu isə onların səhvlərinə gətirib çıxarır.
Ramiq AĞAMƏMMƏDOV
Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Fransa Belçikaya, Türkiyə İtaliyaya qarşı
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje