17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənovun müsahibəsi
- Rusiyaya qarşı keçirilən ikinci yoxlama oyununda komandanız 1:0 hesablı qələbə qazandı. Görüşlə bağlı nə deyə bilərsiz?
- İlk oyunla müqayisədə bu gün komandamız fərq çox idi. Futbolçular çox əzmkar mübarizə apardılar. Komandanın qələbə istəyi çox idi. Düşünürəm ki, bu gün Rusiya millisindən üstün oyun səgrilədik və qələbəyə layiq idik.
- 1:5 hesablı məğlubiyyətdən sonra komandanı bugünkü oyuna psixoloji cəhətdən necə hazırladız?
- Ən çox uşaqların psixoloji cəhətdən ruh düşkünlüyü yaşamaqlarından çəkinirdim. Biz məşqçilər belə vəziyyətdən çıxa bilirik. Amma bu, futbolçulara pis təsir edir. Ötən oyunu hərtərəfli təhlil etdik və komandaya səhvlərini başa saldıq. Onlar da deyilənlər nəticə çıxarmışdılar. İlk qarşılaşmadakı böyükhesablı məğlubiyyətin səbəbi adi səhvlər idi.
- Bu gün komanda fasilədən sonra daha istəkli görünürdü...
- Nəzərə almaq lazımdı ki, rəqib də güclüdü. Rusiya millisi də meydana qələbə əzmi ilə çıxmışdı və qalib gəlmək istəyirdilər. Lakin biz bu gün daha yaxşı oynadıq və sonda da istədiyimiz qolu vurduq.
- “Qarabağ”ın 17 yaşlılardan ibarət komandasının baş məşqçisi Samir Musayev mətbuata açıqlamasında sizdən gileylənib. Musayev qeyd edib ki, komandasında millidə oynamağa layiq olan bir neçə futbolçu var. Buna münasibətiniz necədi?
- Mən həmin futbolçuları daha əvvəl təlim-məşq toplanışına dəvət etmişəm. Futbolçular haqqında pis söz deyə bilmərəm. Lakin layiq olsaydılar, milliyə dəvətə alardılar.
- Ötən oyunla müqayisədə nəticəyə təsir baxımından bu dəfə ən çox nəyi qeyd edərdiniz?
- İlk oyundakı yenilgidə həyəcanın da rolu oldu. Rusiyaya qarşı ötən oyunda stadion komandamızı təzyiq altında saxlayırdı. İlk dəfə idi ki, uşaqlar bu cür stadionda oynayırdılar. Həm də doğma divar amilini qabardardım. Çünki futbolçuların oyununa valideyinləri, qohumları dostları izləyir. Ona görə də hamı qeyri-adi nə isə göstərməyə çalışırdı, buna görə də bizdə intizam yox idi. Fikrimcə, biz bu meydançada daha çox oyun keçirməliyik ki, futbolçular üzərlərindən təzyiqi atsınlar.
- Rusiyadan ilk oyunda alınan böyükhesablı yenilgidən sonra artıq “millimiz Avropa çempionatında fiaskoya uğrayacaq” fikri formalaşmışdı. Bu gün həmin fikirlər alt-üst oldu?
- Mütəxəssilərin hərəsi bir söz deyir. Özünüz də qeyd etdiz ki, Samir Musayev gileylənir. Halbuki mən çalışıram ki, milli komandaya ən güclüləri dəvət edim, onlar da buradadı.
- İlk matçda olduğu kimi bu gün də komanda uzun ötürmələr zamanı problem yaşayırdı...
- Azərbaycan futbolunda 2-ci mərtəbə problemi var. Ötən oyunla müqayisədə bu dəfə uzun ötürmələrdən az istifadə edirdik.
- Həm də keçən oyunla müqayisədə bu dəfə qapı xəttində dəyişiklik etmişdiz. Murad Popovdan fərqli, Kamran İbrahimov qapısını toxunulmaz saxladı. Düşünmək olar ki, Ukraynaya qarşı baş tutacaq matçlarda da İbrahimova şans verəcəksiz?
- Qapıçı elədi ki, şansını dəyərləndirir, sonra isə yerini möhkəmləndirir. Əvvəl Popov yaxşı oyun nümayiş etdirmişdi. Bu gün Kamran da şansını yaxşı dəyərləndirdi.
- Rusiyaya qarşı keçirilən 2 oyundan sonra komandanı Avropa çempionatına nə dərəcədə hazır saymaq olar?
- Hələ ki, tam hazır deyilik. Komandaya 1-2 yeni futbolçu da qoşulacaq. Ola bilər qarşıda Ukrayna ilə oyunda yeni futbolçuları sınaqdan keçirdim. Bu gün qalib gəlmişiksə, hər şeyin qaydasında olduğunu düşünə bilmərik. Baş məşqçi olaraq problemləri görürəm və çalışacam ki, final mərhələsinə kimi bunları aradan qaldıraq.
- Rusiyaya qarşı oynamayan türkiyəli futbolçular Ukrayna ilə matçda düşərgədə olacaqlar?
- Həm Doğukan Öksüz, həm də Murat Cem Akpınar “Trabzonspor”da çıxış edir. Onların çempionatda vacib oyunları var. Komanda çempionluq uğrunda mübarizə apardığından futbolçuların bir müddət klubun düşərgəsində qalmasını xahiş etdilər və biz də razılaşdıq.
- “Trabzonspor”un daha iki futbolçusu ilə danışıqlar aparmağınız düzgün xəbərdi?
- Bu məsələdən xəbərsizəm. Futbolçuları mən seçib, milliyə dəvət edirəm. Amma mən heç kimi çağırmamışam.
Mənbə: futbolxeber.az
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı
Zamiqin komandası 3 xalı 3 qolla qazandı
“Bavariya”dan möhtəşəm geridönüş - Video
“Qalatasaray” “Trabzonspor”a uduzdu
Cəlal oynadı, komandası qalib gəldi
“Bayer”dən 6 qollu qələbə - Video
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi