“Qarabağ”ın makedoniyalı futbolçusu Muarem Muarem Topaz Premyer Liqanın 22-ci turunda evdə "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Əvvəlcədən çətin qarşılaşma olacağını bilirdik. “Neftçi” son matçlarda yaxşı oyun sərgiləyir. Rəqibin son oyunlarını izlədik və matça bacardığımız qədər yaxşı hazırlaşmışdıq. Qələbə qazandığımıza görə şadıq.
- “Neftçi” “Qarabağ”a əvvəlki kimi müqavimət göstərə bildi?
- Gördüyünüz kimi... “Neftçi” gənc futbolçulardan ibarət komandadır. Fikrimcə yaxşı mübarizə apardılar. Düşünürəm ki, “Neftçi” zaman keçdikcə əvvəlki gücünü bərpa edə biləcək.
- Öz oyunun haqda nə düşünürsən? Meydanda əvvəlki Muaremi görə biləcəyik?
- Oyunlara yaxşı hazırlaşıram. Bildiyiniz kimi Türkiyədə çox oynamadım. Son 6 ayda 3 matçda meydanda oldum. Mən də çalışıb əvəlki formamı bərpa etmək istəyirəm.
- Oyun praktikanın az olmasını hiss edirsən?
- Bu normal haldır. Əgər futbolçu uzun müddət oynamırsa formadan düşür.
- Fasilədən sonrakı oyunlarda xal itirmişdiz. Bu oyunda Qurban
Qurbanovdan hər hansı xüsusi tapşırıq almışdınız?
- Xüsusi tapşırıq olmadı. Qurban Qurbanov hər zaman olduğu kimi bu dəfə də meydanda öz oyunumuzu sərgiləməyi tapşırdı. Məğlub olduğumuz matçlarda da yaxşı oynadıq. Yavaş-yavaş öz oyunumuzu tapacağımıza inanıram.
- Əvəzetmədən meydana daxil oldun və ikinci qolun ötürməsini etdin. Necə düşünürsən, bu, növbəti oyunlarda əsas heyətdə yer almağına şərait yarada bilər?
- Məşqlərdə maksimum çalışıram. Ötən həftə cüzi zədəm olduğu üçün “Kəpəz”lə oyunu buraxdım. Ümumiyyətlə bütün futbolçularımız məşqlərdə yaxşı çalışır. Sonda kimin meydanda olacağına məşqçimiz qərar verir.
- “Qarabağ”ın ən yaxın izləyiciləri ilə xal fərqi çoxdur. Artıq çempionluq barədə düşünmək olar?
- İzləyicilərlə xal fərqinin çox olması bizim üçün yaxşı haldır. Amma çempionluq barədə danışmaq tezdir. Qarşıda oyunlarımız var. Arxayınlaşmamalıyıq.
- Növbəti turda “İnter”lə qarşılaşacaqsınız. Bu oyun haqda nə deyə bilərsən?
- “İnter” yaxşı komandadır. Onların "Kəpəz"lə oyunlarını izlədik. "İnter" də liderlər qrupunda mübarizə aparmaq üçün çalışır. Çətin oyun olacaq.
- Meydanda Reynaldo ilə yaxşı anlaşırdın. Bəs Armenterosla necə?
- Bütün futbolçularla yaxşı anlaşırıq. Problem yoxdur.
Ergün SEYİD
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər