“Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- Ötən gün klublarımız Avropa Liqasının I təsnifat mərhələsində ilk oyunları keçirdi. Başlayaq “Neftçi”dən. Sabiq komandanız necə çıxış etdi?
- “Neftçi”nin hazırlıq üçün vaxtı az oldu. Heyət sırf gənclərdən təşkil olunub. Dünən pis oyun olmadı. Gördüyünüz kimi, komandamız istəkli idi. Hətta oyunu qələbə ilə başa vura bilərdilər. Sonda buraxılan qol bizi üzdü. Ancaq “Neftçi”nin vəziyyətini nəzərə alsaq, komanda pis təsir bağışlamadı.
- “Neftçi” hansı çatışmazlıqlara görə istənilən nəticəni əldə edə bilmədi?
- Hiss olunurdu ki, fiziki cəhətdən çatışmazlıqlar var. Matçın sonunda komandamızın aparıcı oyunçuları zədələndi. Bunlar fiziki çatışmazlıqlardan irəli gəlir. Araz Abdullayev və Samir Məsimov kimi aparıcı futbolçuların məcburiyyətdən əvəzlənməsi komandaya mənfi təsir etdi. Araz oyunun ən yaxşılarından idi. Bundan əlavə, dayaq yarımmüdafiəsində təcrübəli futbolçuya ehtiyac var. Həmin mövqedə boşluq hiss olundu.
- Hesabda önə keçdikdən sonra “Neftçi” müdafiədən oynadı. Bunu da fiziki çatışmazlıqla bağlamaq olar?
- Məncə, hesabı qorumaq istəyirdilər. Qeyd etdiyim kimi, aparıcı oyunçularln əvəzlənməsi “Neftçi”nin oyununa birbaşa təsir etdi. Qabaqda top saxlayan futbolçu Araz idi. Onun və Samirin meydanı tərk etməsi komandanın ön xətdəki fəallığını azaltdı.
- “Neftçi” yaxşı nəticə qazana bilərdi, yoxsa bu heyətlə bundan artığını etmək mümkün deyil?
- Qələbə qazanmaq olardı. Hesabı qorumaq lazım idi. Ancaq qeyd etdiyimiz çatışmazlıqlar öz sözünü dedi.
- “Neftçi”nin dünən yeni taktiki sixemlə oynadığını gördük.
- Bəli, “Neftçi” indi 4-3-3 taktiki sixemi ilə oynayır. Ancaq bu sistemi komadaya oturtmaq üçün müəyyən qədər vaxt lazımdır. Bir oyunla nəsə deyə bilmərik. Onu deyə bilərəm ki, futbolçular istəkli görünürdü.
- Sizcə, Bakıda qeydə alınan 2:2 hesablı nəticədən sonra “Neftçi”nin mərhələ adlamaq şansı neçə faizdir?
- Düşünürəm ki, “Mladost”un şansı daha çoxdur. Ancaq futbolda hər şey olur. Hiss olunurdu ki, rəqib bura uduzmamaq üçün gəlib. İndi onlar “Neftçi”ni gənc komanda kimi tanıdılar. Düşünə bilərlər ki, evdə “Neftçi”ni rahat udacaqlar. Bu da komandamızın xeyrinə ola bilər. Sürətli əks-hücumlar hesabına səfərdən qələbə ilə qayıtmaq olar.
- Mərhəhələ adlamaq üçün “Neftçi” səfərdə qol və ya qollar vurmalıdır. “Neftçi”də isə bu sarıdan problem var.
- Ancaq “Neftçi” dünənki oyunda iki qol vurdu. Öz qapısından da iki qol buraxmasaydı, yaxşı nəticə olacaqdı.
- “Qəbələ”nin on nəfərlə mübarizə aparan “Dinamo”ya məğlubiyyəti (1:2) sizin üçün də gözlənilməz oldu?
- Digər komandalarımızla müqayisədə ən güclü rəqib “Qəbələ”yə düşüb. Düzdür, “Dinamo” gənc futbolçulardan qurulub. Ancaq texiniki baxımdan yaxşı təsir bağışlayırlar. Rəqib on nəfərlə qalana qədər “Qəbələ” daha diqqətli oynayırdı. Rəqib azıqlda qalandan sonra komandamızda arxayınlaşma oldu. Bunun nəticəsində də qapısında iki qol gördü. Ancaq nəzərə almaq lazımdır ki, “Qəbələ”nin səfərdə vurduğu bir qol böyük üstünlükdür. Məncə, mərhələ adlamaq şansı 40/60-a “Qəbələ”nin xeyrinədir. “Qəbələ”də hər cür şərait yaradılıb. Bu komanda bir yox, bir neçə mərhələ keçməlidir. Baş məşqçi Roman Qriqorçuk altı ay əzrində komandaya xeyli futbolçu gətirib. Bəli, yeni komanda quranda qeyri-stabil çıxış etmək başadüşüləndir. Ancaq Qriqorçuk artıq komandanı formalaşdırmalıdır. Hamımız ondan nəticə gözləyirik.
- Ən az ümid bəslədiyimiz “İnter” isə səfərdə sərfəli nəticə ilə (1:1) qayıtdı.
- Bəli, “İnter”in də mərhələ adlamaq şansı var. Ancaq komandamız arxayınlaşmamlıdır. Dünənki oyunda rəqibin xeyli qol imkanları oldu. “Laçi”nin sürətli, gənc futbolçuları var. Buna görə də “İnter”ə evdə çətin ola bilər. Komandamız doğma meydanda qalib gəlməyə çalışacaq. Rəqib isə əks-hücumlarda təhlükəli olacaq. Bu səbəbdən şansları bərabər hesab edirəm. Bütün komandalarımızın mərhələ adlamaq şansı var.
- Yəqin razısınız ki, ən az şans “Neftçi”dədir.
- Bəli, belə görünür. Ancaq “Neftçi” daha əvvəl də bu cür hallarla rastlaşıb. Komandamız ötən il evdə “Koper”ə uduzsa da, səfərdə qazandığı qələbə sayəsində mərhələ adladı. Buna görə də cavab matçına da inamla çıxmaq lazımdır. “Neftçi” mərhələ adlaya bilər.
Ramiq AĞAMƏMMƏDOV
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu