Milli komandamızın məşqçisi Mahmud Qurbanov Qol.Az saytına müsahibəsində klublarımızın Avropa Liqasınının I təsnifat mərhələsində bü gün keçirəcəyi oyunlar haqda danışıb, onların mərhələ adlamaq şanslarını dəyərləndirib
- “İnter”, “Qəbələ” və “Neftçi” bu gün Avropa Liqasında ilk oyunlarına çıxacaq. Onların yaxşı nəticə qazanacağına ümid etmək olar?
- Bəli, bunu hər üç klubumuzdan gözləyirəm. Ümid edirəm ki, klublarımız birinci mərhələni qələbələrlə keçəcək. Düzdür, komandalarımızın bəziləri hazırlığa gec başladı, bəzilərində oyunçu dəyişikliyi oldu. “Neftçi” və “İnter”i nəzərdə tuturam. Bu komandalara yeni baş məşqçi gəlib. Buna baxmayaraq, onlardan da qələbə gözləyirəm. Rəqiblərin nəyə qadir olduğunu bilmirik.
- Çoxları klublarımızın ilk mərhələni keçməyə borclu olduğunu düşünür. Ancaq “Neftçi” və “İnter”dəki mövcud vəziyyət ümidləri azaldır.
- Deməzdim ki, onlar mərhələni keçməyə borcludur. Avropa Liqasında zəif rəqib olmur. Nəzərə almaq lazımdır ki, rəqiblər də qələbə qazanmaq istəyir. İstənilən halda komandalarımızın ilk mərhələni keçəcəyinə inanıram.
- Bu, “İnter” və “Neftçi” üçün nə dərəcədə asan olacaq?
- O qədər də çətin olacağını düşünmürəm.
- Rəqiblərin elə də güclü olmadığı üçün bu qənaətə gəlmisiniz?
- Rəqib də o dərəcədə güclü olmaya bilər. Ancaq demək istədiyim odur ki, futbolçularımıza inanmaq lazımdır. Hər iki klubda maliyyə ilə bağlı problemlər olsa da, ilk mərhələni keçməyə gücləri çatar. “İnter”də kifayət qədər təcrübəli futbolçu var. “Neftçi”də isə cavan oyunçular meydana çıxacaq. Bu da onlar üçün yaxşı şansdır.
- Bu gün meydanda sırf gənclərdən ibarət bir “Neftçi” görəcəyik. Gənclərlə mərhələ adlamaq mümkündür?
- Düzdür, təcrübəsizlik özünü göstərəcək. Ancaq indiki məqamda meydana gənclərin çıxması daha yaxşıdır. İndi bu gənc, azərbaycanlı futbolçular nəyə qadir olduqlarını göstərməlidirlər. Onların əlinə çox gözəl fürsət düşüb. Yerli futbolçulara inanmaq lazımdır.
- “Qəbələ”də vəziyyət digər iki klubumuza nisbətən yaxşıdır. Ancaq rəqib kifayət qədər tanınmış Gürcüstan “Dinamo”sudur. Bu komandamızdan nə gözləmək olar?
- Düzdür, “Dinamo” adlı-sanlı klubdur. Ancaq son dövrlər Gürcüstan futbolu yaxşı vəziyyətdə deyil. İstər yığma, istərsə də klub səviyyəsində onların ciddi uğurlarını görmürük. “Dinamo” texnikalı futbola üstünlük verir. Yəni bu komanda ilə oynamaq asan deyil. “Qəbələ”də də güclü futbolçular cəmləşib. Komanda 2-3 aparıcı oyunçusunu itirsə də, yeni futbolçular da cəlb olundu. Onlar təcrübəlidir. Yerlilərdən əksəriyyəti milli komandalarımızda oynayır. “Qəbələ”dən səfərdə qələbə gözləyirəm.
Ramiq AĞAMƏMMƏDOV
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu