Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi
- Klublarımzın avrokuboklardakı mübarizəsi başlayır. Əvvəlcə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”dan danışaq. Komandamız “Rudar”la matçın favoriti hesab olunur. Siz necə düşünürsünüz?
- “Qarabağ”a hamımız inanırıq. Komandamız üçün yalnız bir problem ola bilər. Bu da yorğunluqla bağlıdır. Bildiyiniz kimi, bir çox futbolçu milli komandalardan yeni qayıdıb. Ola bilər ki, bəzi futbolçular istirahət edə bilməyib. Ancaq onu da nəzərə almaq lazımdır ki, Qurban Qurbanovun komandası bu sistemə uyğunlaşıb.
- “Qarabağ” Premyer Liqada elə də ciddi rəqabətlə üzləşmədi. Bu, qarşıdakı oyunlarda problem yarada bilərmi?
- Qışa qədər müəyyən qədər rəqabət oldu. Ancaq sonra “Qarabağ” üçün mübarizə asanlaşdı. Məncə, bu amil “Qarabağ”ın qarşıdakı oyunlarına təsir etməyəcək. Çünki komandamızın kifayət qədər avrokubok təcrübəsi var. “Qarabağ”ın heyəti təcrübəli futbolçulardan ibarətdir. Onlar özləri hər şeyi yaxşı dərk edir. Həmçinin onlar hər zaman istəkli olur.
- “Qarabağ” ön xəttə çıxış edən üç aparıcı futbolçusu ilə yolları ayırdı. Bu, onların oyununa mənfi təsir edəcəkmi?
- Mən həmişə yerli futbolçulara üstünlük vermişəm. Vüqar Nadirovla ortaq məxrəcə gəlib, onu komandada saxlamaq olardı. Təbii ki, komandanın daxili işlərinə qarışa bilmərəm. Hər halda yeni gələnlər özlərini doğrultsalar, gedənlərin yoxluğu hiss olunmaz.
- Sizcə, “Qarabağ” artıq bəzi Avropa klubları üçün arzuolunmaz rəqibə çevrilə bilib?
- Ola bilər. Artıq “Qarabağ”ın oyunlarını kifayət qədər görüblər. Amma “Qarabağ” özü də daha məsuliyyətli olmalıdır. Komandamızın yaxşı oyun sistemi var. Ancaq eyni oyunla bir neçə il uğur qazanmaq çətindir. Buna görə də “Qarabağ” oyununu təkmilləşdirməlidir. Bəli, Premyer Liqamızda “Qarabağ”la bacaran komanda yox idi. İndi isə tempi bir qədər də artırmaq lazımdır ki, Avropada da bu cür oynamaq mümkün olsun. Ən başlıcası isə “Qarabağ” oyun sürətini artırmalıdır.
- Ölkəmizi Avropa Liqasında təmsil edəcək klublarımızdan nə gözləmək olar?
- Digər klublarımızdan yalnız “Qəbələ”nin vəziyyəti normaldır. Klub rəhbərliyi baş məşqçi Roman Qriqorçukun istədiyi futbolçuları transfer edib. Bu, gözəl haldır. İndi klub rəhbərliyi baş məşqçidən tələb etməlidir ki, sənə hər cür şərait yaratmışıq, sən də komandanı irəli apar. Rəhbərliyin komandanın qarşısına hansı hədəfi qoyduğunu bilmirəm, ancaq “Qəbələ” qrup mərhələsinə düşməlidir. Hər bir komandanın hədəfi olmalıdır. Bunsuz iş görmək olmaz. Maliyyə durumundən asılı olmayaraq istənilən klub müəyyən hədəf uğrunda mübarizə aparmalıdır.
- “İnter” hansı hədəf uğrunda oynamalıdır?
- “İnter”in çətinliklərlə üzləşməsi hamıya məlumdur. Komanda ilk növbədə özünəinamı qaytarmalıdır. Çünki əksər futbolçuları komandanı tərk edib. Rəqib Albaniya klubudur. Bildiyimiə görə, “Laçi” mövsümü 5-ci yerdə tamamlayıb. “İnter” bu rəqibini keçsə, futbolçular bir qədər ürəklənər. Ancaq onu da deyim ki, “İnter” Avropada çox zəif oynayır. Maliyyə durumu ən yaxşı olan vaxtlarda da bu komandamız Avropa Liqasında bir mərhələdən artıq gedə bilmirdi.
- “Neftçi”də də vəziyyət ürəkaçan deyil.
- “Neftçi” haqda informasiyam azdır. Çünki başımız Avropa Oyunlarına qarışmışdı. “Neftçi”nin rəqibi Çernoqoriyanın “Mladost” klubudur. Keçmiş Yuqoslaviya klublarına qarşı oynamaq çətindir. Hazırda “Neftçi”ni Samir Əliyev çalışdırır. Ona kömək lazımdır. Gənc məşqçimizə dəstək olmalıyıq. Bəli, “Neftçi”də də gərginlik var. Amma birinci mərhələni keçməklə bunu aradan qaldırmaq olar. Düzdür, “Neftçi”də xeyli dəyişiklik oldu, indi cavan futbolçular çoxluq təşkil edir. Bununla belə komandamız birinci mərhələni keçməlidir. Hazırlıq və komanda daxilindəki mühitdən çox şey asılıdır. Avropa kuboklarında heç bir futbolçu maliyyə vəziyyətini düşünməməlidir. Çünki ilk növbədə söhbət Azərbaycanı Avropada təmsil etməkdən gedir. Həmçinin, futbolçu özünü göstərib, xarici klubların maraq dairəsinə düşə bilər.
Ramiq AĞAMƏMMDƏOV
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı