«Qarabağ»ın yarımmüdafiəçisi Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- İlk öncə Avroliqada məğlubiyyətinizlə nəticələnən «Brügge» ilə oyun haqda fikirlərini bilmək istərdik. «Qarabağ» niyə uduzdu?
- Səbəblər barədə çox danışmaq istəmirəm: bu, futboldur. Oyunda əlimizdən gələni etsək də, məğlub olduq.
- Bu qarşılaşmada komandanızın futbolçuları çox yorğun görünürdü.
- Təbii ki, yorğunluq var idi. Çünki lazımı qədər istirahət etmirik. Bir oyun qurtarır, digəri başlayır. Ona görə də dincəlməyə vaxt qalmır. Həm milli, həm də klubların toplantısı istər-istəməz öz sözünü deyir. Ancaq bunu bəhanə gətirərək məğlubiyyətimizə haqq qazandırmırıq. Sadəcə olaraq rəqib bizdən üstün idi.
- “Qarabağ”ın məğlubiyyətində əsasən rəhbərliyin günahı olduğu deyilir. Çünki komanda artıq neçənci dəfədir ki, səfər oyunlarına çarter reysiylə deyil, adi reyslə gedir ki, bu da əlavə yorğunluqdur.
- Məğlubiyyəti təyyarə reysilə əlaqələndirmək düzgün olmazdı. Nə oldu, udduğumuz zaman heç bu sözləri deyən yox idi. Sadəcə, Avropada tanınan, güclü bir rəqiblə səfərdə oynayırdıq və məğlubiyyətdən qaça bilmədik.
- Qurban Qurbanov hələ oyundan əvvəl bildirmişdi ki, rəqib təhlükəli aut atışları yerinə yetirməyi bacarır. Qapınıza üçüncü qol da məhz aut atışından sonra vuruldu. Bu yöndə məşqçiniz sizə tapşırıq vermişdi?
- Əlbəttə. Onların bir oyunçusu var idi ki, 1.94 sm boya malik idi. Bizim ən hündür futbolçumuzun boyu isə cəmi 1.87 sm-dir. Rəqibin həmin futbolçusu bir az da yuxarı tullandıqda onun qarşısını almaq mümkün deyildi. Hesab 2:1 olandan sonra komandamız yaxşı futbol oynadı. Bir neçə təhlükəli qol epizodlarımız olsa da, rəqibin autdan vurduğu qol hər şeyi alt-üst etdi.
- Hesab 2:1 olanda baş məşqçiniz Qurban Qurbanovdan hesabı qorumaq və daha çox müdafiəyə diqqət ayırmaq kimi tapşırıqlar almışdınız?
- Hardasa ehtiyatlı oynamağı tövsiyə etmişdi. Ancaq qoldan sonra komandamız daha fəallaşaraq ikinci qolu da vurmağa cəhd göstərdi. Təəssüf ki, əksinə öz qapımızda top gördük. Düzdü, ikinci qolu da vura bilərdik, sadəcə bəxtimiz gətirmədi. Çox istəyirdik ki, səfərdən yaxşı nəticə ilə qayıdaq. Lakin bunu həyata keçirə bilmədik. Rəqibin güclü olması öz sözünü dedi.
- Raufun qolundan sonra sən bir anlıq nə düşündün, nəyə ümid etdin?
- Bilirsiniz artıq bir neçə ildi ki, pley-off-dakı matçları çıxmaq şərt ilə Avropada oyunlarımız istədiyimiz kimi gedirdi. Bu il isə nədənsə, alınmadı. Raufun qolundan sonra yaxşı nəticəylə dönə biləcəyimizə ümidim artsa da, reallaşmadı.
- Komandanın kapitanı Rəşad Sadiqovun yoxluğu “Qarabağ”ın oyununda nə dərəcədə təsir etdi?
- Mən deyərdim ki, yeri çox görünürdü. Artıq neçə ildi ki, “Qarabağ”ın əsas oyunçularından biridir və təsadüfi deyil ki, çempionatın bütün oyunlarının hamısında iştirak edib. Komandanın uğurlu çıxışlarında böyük əməyi olmuşdu. Bəlkə də başqa oyun olsaydı, hiss olunmazdı. Ancaq məhz səfərdə və bu cür güclü rəqiblə oyunda Rəşada çox ehtiyac vardı.
- Təkrar görüşü azarkeşlər böyük səbirsizliklə gözləyir və “Qarabağ”ın bu oyunda onları sevindirəcəklərinə çox inanır.
- Mən artıq özümü bu oyuna kökləmişəm, bütün komanda qarşıya qoyulan məqsədi yaxşı bilir. Ancaq mən bir vacib məsələyə toxunmaq istəyirəm. Demə, neçə ildi, qarnıqurdlu, həşərat insanlar var imiş ki, «Qarabağ”ın uğurlarını həzm edə bilmirmiş və elə bil bu anı gözləyirmiş. Son məğlubiyyətdən sonra artıq o həşəratlar üzə çıxmağa başlayıb. “Qarabağ”ın məğlubiyyətini hərə bir cür yozur. Kimisi məşqçini, kimisi futbolçuları günahlandırır. Ancaq onlara deyərdim ki, gözlərini açıb baxsınlar, biz kimlərə qarşı oynamışıq, ondan sonra danışsınlar. Nə qədər ki, Azərbaycanda bu qədər paxıllıq, kin, gözü- götürməmək olacaq, heç vaxt uğur əldə edə bilməyəcəyik. Nə qədər ki, bizim futbol ictimaiyyətimiz mehribanlaşmayacaq, bizim futbolumuz heç vaxt inkişaf etməyəcək.
- Bir şeylə razısanmı ki, əgər “Qarabağ”ın ehtiyatında güclü legioner futbolçular olsaydı, belə böyükhesablı məğlubiyyət qeydə alınmazdı?
- “Qarabağ” klubunun siyasəti budur. Ehtiyat skamyası leqionerlərlə dolu olan klublar nə edə bildilər? Rəşad Sadiqov oynamasa da, gənc Qara Qarayev əsas heyətdə idi. Belə addımları alqışlamalıdılar ki, 17-18 və 19 yaşlı gənc futbolçuları bu cür mötəbər turnirlərdə meydana buraxılırlar. Amma bəziləri təklif edir ki, öz cavan yerli oyunçularımızın yerinə 30-35 yaşlı legioner oynasın. Həmin legioner sabah bir çətinlik olan kimi pullarını da götürüb aradan çıxacaq.
RƏŞAD SADIQOV "BRÜGGE" İLƏ OYUNDA
Yuxarı
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu