“Qarabağ” ın müdafiəçisi Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Sabah Avroliqanın üçüncü təsnifat mərhələsinin ilk oyunu üçün Belçikaya yollanacaqsınız. “Brügge” ilə matça necə hazırlaşırsınız?
- Normal, həmişəki kimi. Məşqlərimizi edib, oyuna hazırlaşırıq.
- Komandada əhval-ruhiyyə necədir?
- Pis deyil. Hər şey əladır. Komandada yüksək əhval-ruhiyyə var.
- Yəqin ki, “Qarabağ”ın futbolçuları da yaxşı başa düşürlər ki, qarşıdakı rəqib nə “Banqa”, nə də “Streymur”dur. Bu baxımdan “Brügge” ilə oyunun hazırlıqlarında əvvəlkilərdən fərqli, hər-hansı dəyişiklik yoxdur?
- Yox, hazırlıqlarla bağlı elə də ciddi dəyişiklik yoxdur. Eyni səviyyədə hazırlaşırıq. Sadəcə planlarımızı hər rəqibə uyğun olaraq, fərqli qururuq. Yəni necə oynayacağıq, necə müdafiə olunacağıq, hansı oyun üslübundan istifadə edəcəyik və s. bu kimi şeylər. Ona görə də praktiki baxımdan müəyyən dəyişikliklər var.
- İlk oyun səfərdə olacaq. Bu görüşdə hansı nəticəyə ümid edirsən?
- Hələ ki, heç bir nəticə haqqında düşünmürəm. Çünki başa düşürəm ki, nəticə elə-belə gəlməyəcək. Yaxşı nəticə qazanmaq üçün oynamaq, mübarizə aparmaq lazımdır.
- “Neftçi”nin heyətində belçikalılara qarşı oynamısan. Belçika komandalarının üstün cəhətlərindən xəbərin var. “Brügge”ni necə dəyərləndirirsən?
- Yox, “Brügge”ni başqa klublarla müqayisə eləmək istəmirəm. “Jerminal”a qarşı oynamışam. Bu komandanı “Brügge” ilə müqayisə etmək düzgün deyil. “Brügge”nin üstün cəhətləri odur ki, ön xəttdə yaxşı futbolçuları var. Çox texnikalı komandadır. Ən yaxşı cəhətləri top saxlamaq, pressinq etmək və rəqibə oynamağa imkan verməməkdir. Ona görə biz də oyunumuzu onların oyun üslubuna uyğun qurmaq istəyirik. Rəqibin üstünlüklərini nəzərə alıb, daha sürətli oynamalı və 2-3 ötürmə ilə hücum qurmalıyıq. Hücum xəttindəki sürətli oyunçularımızdan istifadə edib, qol vurmaq lazımdır.
- Dedin ki, rəqib də özündə top saxlamağı bacaran komandadır. “Qarabağ”da da bu keyfiyyət ön plana çıxır. Bu baxımdan necə oyun gözləyirsən?
- Səfərdə oynadığımız üçün mənə elə gəlir ki, top daha çox rəqibdə olacaq. Onlar bizdən çox hücum eləyəcəklər. Ona görə də düzgün müdafiə olunmalıyıq. Rəqibə meydanda boş sahə vermək olmaz. Əks təqdirdə bizi cəzalandıracaqlar. Çünki “Brügge” Hollandiya çempionatının ən sərrast hücumçusunu heyətinə qatıb. Bir mövsümdə 29 qol vurmuş futbolçu bu komandada çıxış edir. Əlinə düşən hər imkandan maksimum yararlanır. Qol vəziyyətlərini bağışlamır.
- Onda müdafiəçilərin üzərinə daha çox iş düşəcək.
- Əlbəttə, belə olacaq. Ancaq bizimlə yanaşı, yarımmüdafiəçilərin də üzərinə müəyyən çətinlik düşəcək. Çünki rəqibin yarımmüdafiə xəttini də zərəsizləşdirmək lazımdır. Hücumçuları topla məhz onlar təmin edirlər.
- “Brügge”nin üstün cəhətlərindən biri də böyük azarkeş dəstəyidir. Yerli fanatlar çılğınlıqları ilə də fərqlənirlər. Hətta “Roda” ilə son yoxlama oyunu zamanı ortalığı bir-birinə qatıblar. Yəqin ki, səfər oyununda yerli azarkeşlərin təzyiqi ilə üzləşəcəyinizi də nəzərə almısınız?
- Təzyiq deməzdim, sadəcə rəqib üçün əlavə üstünlük olacaq. Heç nəyə fikir vermədən öz oyunumuzu oynamalıyıq. Həm də biz o düşüncəylə meydana çıxacağıq ki, həmin azarkeş dəstəyi bir həftədən sonra Bakıda bizim tərəfimizdə olacaq. Bizim tərəfdarlarımız da həmin çətinlikləri rəqibə yaşadacaqlar. İnanıram ki, minlərlə azarkeş cavab oyununda tribunaları dolduracaq. Amma bunun üçün səfərdən sərfəli nəticə ilə qayıtmalıyıq ki, həmin dəstəyi görə bilək.
- Yəqin ki, “Streymur”la oyundan sonra komandada çatışmayan cəhətləri müzakirə etmisiniz. Necə düşünürsən, bunları aradan qaldıra bilmisiniz?
- Əlbəttə, səhvlərimizi müzakirə etmişik. Amma bu dəqiqə həmin çatışmazlıqların üzərində işləmək üçün vaxt yoxdur. Başlıca problemimiz yorğunluqdur. Fiziki cəhətdən ideal formada deyilik. Bunun da səbəbi odur ki, komanda 3 ildir, normal istirahət eləmir. Millinin 25 günlük təlim-məşq toplanışından sonra “Qarabağ”ın məşqlərinə qoşulduq.
RƏŞAD SADIQOV "STREYMUR"LA BAKIDAKI OYUNDA
Yuxarı
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi
"Marsel" baş məşqçisini istefaya göndərdi
"Çelsi" belə xal itirdi - Video
"Nyukasl" "Tottenhem"ə qalib gəldi, uğursuz seriya bitdi
Azərbaycan millisi Qış Olimpiya Oyunlarına başladı
Nəriman Axundzadənin ABŞ klubuna transferi rəsmiləşdi
Eminin "Neftçi"yə qələbə qazandıran qolu - Video
Laportanı fırıldaqçılıqda ittiham etdi
"Desələr “Qarabağ”la oynayın, oynayacağıq" - Yuri Vernidub
Qvardiola onu ən yaxşı baş məşqçi adlandırdı
“Neftçi” "Qəbələ"yə, "Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Karyeramın ən ağır mövsümü ilə üz-üzəyəm"