“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri

“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
DÜNYA FUTBOLU 17 Oktyabr 2026 / 18:40 410
-  A +

“Qəbələ” Misli Premyer Liqasının 8-ci turunda “Sabah”a 0:4 hesabı ilə məğlub olub.

QOL.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Yeton Bekiri matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:

"Oyuna yaxşı başlamışdıq. Birinci hissədə qol imkanlarımız oldu, lakin onlardan yararlana bilmədik. İlk hissənin son saniyələrində standart vəziyyətdən qol buraxdıq. İkinci hissədə səhvlərə yol verdik və son 15 dəqiqədə 3 qol buraxdıq. Bir neçə futbolçumuz da bu gün komandaya kömək edə bilmədi. Müdafiədə yaxşı oynaya bilmədik".

- Son iki oyunda komandanız 8 qol buraxıb. Problemin səbəbi nədir?

- Son iki matçda müdafiədə pis təsir bağışlamışıq. Amma hansısa mövqeni və ya futbolçunu günahlandırmaq istəmirəm. Bu, komandanın ümumi səhvidir. Problemləri komanda şəklində həll etməyə çalışacağıq. Görüləsi işlərimiz çoxdur. Futbolçuların düşüncə tərzini dəyişmək lazımdır ki, həm müdafiədə yaxşı oynasınlar, həm də qol vursunlar.

- Ardıcıl iki ağır məğlubiyyətdən sonra komanda “Araz-Naxçıvan”la matça necə hazırlaşacaq?

- Heç bir oyun asan deyil. Qalib gəlməyə çalışacağıq. “Araz-Naxçıvan”ın oyununu izləmişəm. Yaxşı komandadır. Ümumiyyətlə, Azərbaycan Premyer Liqasında bütün komandalar güclüdür, çempionatın keyfiyyəti yüksəkdir.


Qarabağ FK
Son xəbərlər
topaz banner