Mourinyo Arda Gülerdən danışdı

Mourinyo Arda Gülerdən danışdı
DÜNYA FUTBOLU 17 Oktyabr 2026 / 16:53 428
-  A +

“Real”ın baş məşqçisi Joze Mourinyo türkiyəli yarımmüdafiəçi Arda Gülerin futbol potensialını və universallığını yüksək qiymətləndirib.

QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “AS” nəşrinə açıqlamasında 21 yaşlı futbolçunun hələ özünün ən yaxşı səviyyəsinə çatmadığını bildirib:

"Arda Güler inanılmaz dərəcədə istedadlıdır. Ən əsası isə odur ki, o, hələ potensialının sərhədlərinə çatmayıb. Müasir futbolda həqiqətən yüksək səviyyəli yarımmüdafiəçi olmaq çox çətindir. Bu mövqedə oynamaq üçün müxtəlif keyfiyyətlərə sahib olmaq lazımdır. 

Yalnız rəqibin hücumlarını dağıtmağı və müdafiə olunmağı bacaran, yaxud ancaq hücum qurmağa fokuslanan futbolçu mərkəzdə oynamaq üçün uyğun deyil.

Arda yarımmüdafiədə çıxış edir və bir neçə fərqli mövqedə effektiv oynamaq qabiliyyətinə malikdir. Onun işindən çox razıyam".


Qarabağ FK
Son xəbərlər
topaz banner