"Sabah" Misli Premyer Liqasının 8-ci turunda səfərdə "Qəbələ"yə 4:0 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bu oyun "Borussiya" ilə matçın hazırlığını baxımdan faydalı oldu?
- Bizim üçün ən önəmlisi bugünkü oyun idi. Bakıya qayıtdıqdan sonra "Borussiya" ilə matçın hazırlığına başlayacağıq. Yolumuza addım-addım davam edirik.
- "Qarabağ" - "Neftçi" matçı ilə bağlı düşüncələriniz necədir?
- Desəm ki, maraqlı deyil, yalan olar. Amma bəzi şeylər mənim nəzarətimdə deyil. Mən daha çox öz komandama nəzarət edə bilərəm. "Qarabağ" - "Neftçi" matçını neytral azarkeş kimi izləyəcəyəm.
- Xəyal Əliyev uzun müddətdən sonra yaşıl meydanlara qayıtdı. Onun hazırlıq durumu necədir?
- Xəyalın sıralarımıza qayıtmasına çox sevinirəm. Bu gün 7-8 dəqiqə oynadı və yaxşı performans göstərərək qol ötürməsi etdi. O, bizim üçün çox önəmli futbolçudur. Çempionlar Liqasında oynayıb-oynamayacağı fiziki durumundan asılı olacaq. Xəyal Azərbaycanın ən istedadlı futbolçularından biridir. Peşəkar yanaşması yaxşıdır, məşqçinin tapşırıqlarını da çox yaxşı anlayır. İnanıram ki, gələcəkdə daha da yaxşı olacaq.
Mbappe 500-ə çatdı
"Sumqayıt"ın geridönüşü - Video
"Özümüzü çıxılmaz vəziyyətə saldıq" - Yuri Maksimov
Arda Güler daha 5 il "Real"da
“Sumqayıt” və “Şamaxı”dan əzmkar qələbə
“Real” La Liqanı məhv etməyə çalışır”
MOİK və "Karvan Yevlax"dan qələbə
“Yuventus”un Bernardo Silva planı
Şamaxıdakı 5 qol - Video
Azər Bağırov qələbəni ona həsr etdi
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər
"Bu məğlubiyyət daha acı oldu" - Zaur Həşimov
"Real" Vinisius məsələsində geri çəkilmək istəmir
Venger FİFA prezidentliyinə namizədliyini irəli sürəcək?
"Şamaxı" - "Şəfa" oyununun heyətləri müəyyənləşdi
"Çelsi"nin kapitanı dizindən əməliyyat olundu
Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi
AFFA həkimi olmayan klubları cərimələdi
Karvahalı transfer etdilər, Sanço ilə danışıq gedir