Misli Premyer Liqasının 8-ci turu çərçivəsində "Zirə" "Kəpəz"lə 1:1 hesablı heç-heçəyə razılaşıb.
QOL.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov matç haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablayıb:
"Olduqca maraqlı oyun alındı. İlk hissədə taktiki mübarizə gedirdi. İkinci hissədəki oyunlarına görə futbolçularıma təşəkkür edirəm. Rəqib qapıçının qurtarışları həlledici məqam oldu. Belə atmosferdə oynamaq çətindir. Rəqib, həqiqətən də, 12 oyunçu ilə mübarizə aparırdı. Qoldan sonra komandamızın reaksiyası məni məmnun etdi, amma bu, qələbə qazanmaq üçün kifayət etmədi".
- Heyətdə zədəli futbolçular çoxdur. Bu gün meydanda cəmi 5 yerli oyunçu var idi. Sizcə, keyfiyyət fərqi öz sözünü dedi?
- Bəli, ciddi itkilərimiz var. Eren Aydın və İssa Cibrilla zədədən yeni qayıdıblar. Əlimizdə olan futbolçular da risk altındadır. Problemlərimiz ciddidir. Əlimizdən gələni edirik və düşünürəm ki, bu dövrü geridə qoyacağıq.
- Gəncə şəhər stadionundakı atmosfer barədə nə deyə bilərsiniz?
- Azarkeşlər, həqiqətən də, möhtəşəm idilər. Burada oynamaq çox xoşdur. Sevinirəm ki, Azərbaycanda belə stadion var. Bu gün məğlub olsaydıq belə, məyus olmazdım.
- Giorgi Papunaşvilinin az oynamasının səbəbi nədir?
- Yeni transferlərdən sonra komandada rəqabət artıb. Papunaşvilini həm “Şamaxı”, həm də “Kəpəz”lə oyunlarda əsas heyətdə düşünürdük. Lakin xəstələndi və 10 gün yataqdan qalxa bilmədi. Bizimlə cəmi bir məşqdə iştirak etmişdi.
- Mövsümə ardıcıl üç qələbə ilə başlayan komandanız son beş turda qalib gələ bilmir. Bu seriyanı nə ilə əlaqələndirirsiniz?
- Bunun üzərində işləyirik. Hər şeyi mətbuat konfransında danışmaq mümkün deyil, öz aramızda müzakirələr aparırıq. Son iki oyunda futbolçularda həyəcan hiss olunur. Bu, yüzfaizlik qol epizodlarında özünü göstərir. Üzərimizdə müəyyən təzyiq var. Hər il belə dövrlər olur. Qələbə qazanmaq üçün əlimizdən gələni edirik. İddialı olmaq üçün uğurlu nəticələr də əldə etməlisən. Bəxt demək istəmirəm, bu sözü xoşlamıram. Ümid edirəm ki, qarşıdakı turlarda vəziyyət düzələcək.
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı
Sıx qrafikə görə klubun mətbuat konfransı ləğv edildi
Mourinyo Arda Gülerdən danışdı
Azərbaycan kubokunda 12 oyunun vaxtı açıqlandı
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi - Şəkillər
Azərbaycan klubunda baş məşqçi ayrılığı
"Qəbələ" - "Sabah": Heyətlər