“Barselona”nın hazırlıq planı pozuldu

“Barselona”nın hazırlıq planı pozuldu
DÜNYA FUTBOLU 18 Oktyabr 2026 / 20:09 292
-  A +

“Barselona”nın “Betis”lə oyundan sonra Sevilyadan qayıdışı güclü yağış səbəbindən 14 saat gecikib.

QOL.az xəbər verir ki, “Marca” nəşrinin məlumatına görə, bu səbəbdən komanda gecəni Sevilyada keçirməli olub. Nəticədə kataloniyalıların PSJ ilə Çempionlar Liqası matçı öncəsi hazırlıq planı pozulub.

“Barselona” bazar günü günorta saatlarında yola düşüb və saat 14:45-də şəhərə çatıb. Futbolçular birbaşa məşq bazasına gedərək idman zalında yüngül bərpa məşqləri ediblər.

Qeyd edək ki, “Barselona” bazar ertəsi Parisə yollanacaq. Komanda oktyabrın 20-də PSJ ilə qarşılaşacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner