"Yüksək yerlər uğrunda oynasaq..." - Azər Məmmədov

"Yüksək yerlər uğrunda oynasaq..." - Azər Məmmədov
PREMYER LİQA 18 Oktyabr 2026 / 21:15 658
-  A +

Misli Premyer Liqasının 8-ci turu çərçivəsində "Kəpəz" "Zirə" ilə 1:1 hesablı heç-heç edib.

QOL.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Məmmədov matç haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablayıb:

"Azarkeşlərimizə təşəkkür edirəm. Bir məşqçi kimi onların dəstəyini kənardan hiss edirəm. Komandamla fəxr edirəm. Futbolçular yaxşı iş görməyə çalışırlar. Heyətdə ciddi itkilərimiz var idi. Buna baxmayaraq, komanda pis təsir bağışlamadı. Bu gün çox güclü rəqibə qarşı oynadıq. Düşünürəm ki, nəticə pis deyil, bir xal qazandıq.

- Futbolçu olduğunuz vaxt stadiondakı atmosfer yaxşı idi, yoxsa indiki?

- Bizim oynadığımız vaxtlarda “Kəpəz” həmişə yüksək yerlər uğrunda mübarizə aparırdı. Ona görə də azarkeşlərin sayı çox olurdu. İndiki fərq ondadır ki, komandamız hazırda yüksək pillələr uğrunda oynamır. Belə vəziyyətdə bu gün stadiona bu qədər azarkeşin gəlməsi uğurdur. “Kəpəz” gələcəkdə yüksək yerlər uğrunda mübarizə aparsa, stadionda yer çatmayacaq.

- Komandanız sanki meydana 1 xal üçün çıxmışdı...

- 1:0 hesablı üstünlüyümüzü qorumağa çalışırdıq. Amma adi səhvdən qol buraxdıq.

- Komandanızın hədəfi nədir?

- Üç il əvvəl də burada idim. Həmin vaxt maliyyə imkanları daha məhdud idi. “Sabah” Çempionlar Liqasında iştirak etdiyi üçün bizə də müəyyən qədər maliyyə vəsaiti ayrıldı. Bura hansı büdcə ilə gəldiyimi bilirəm. Ağlamaq fikrim yoxdur, sadəcə, həqiqətləri demək istəyirəm. Rəhbərliklə danışığımız olub və əsas hədəf Premyer Liqada qalmaqdır. Daha yuxarı pillələrə yüksəlmək şansımız olsa, niyə də bunu istəməyək?

- Rəhbərlik qış transfer pəncərəsi ilə bağlı nə düşünür?

- Müəyyən büdcəmiz var. Heyətə 11 legioner cəlb etmişik. Buna görə də daha bir əcnəbi futbolçu gətirmək imkanımız var. Bildiyiniz kimi, 12-dən çox legioner olduqda əlavə rüsum ödənilməlidir. Bu da bizim kimi klublar üçün çətindir. Qışda bir legioner hücumçu gətirmək istəyirəm. Yerli futbolçulardan istədiyim biri komandamıza qoşulmaq istəsə, bundan məmnun olaram.

- Dioqo Verdaska nə vaxt yaşıl meydanlara qayıdacaq?

- Hazırda fərdi məşqlər edir. Artıq komanda ilə məşqlərə qoşulmasına az qalıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner