Anatoli Nuriyevin komandası xal itirdi

Anatoli Nuriyevin komandası xal itirdi
DÜNYA FUTBOLU 18 Oktyabr 2026 / 22:14 339
-  A +

Macarıstan çempionatında 10-cu turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi "Kişvarda" öz meydanında "Ferentsvaroş"u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

Matçda hesabı 32-ci dəqiqədə Bohdan Melniklə "Kişvarda" açsa da, qonaqlar 75-ci dəqiqədə Kallum O'Douda ilə bərabərlik qolunu vurublar.

Anatoli Nuriyev bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, bu nəticədən sonra aktivindəki xalların sayını 11-ə çatdıran "Kişvarda" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner