“Rəhbərliklə bunu müzakirə etməmişəm” - "İmişli"nin məşqçisi

“Rəhbərliklə bunu müzakirə etməmişəm” - "İmişli"nin məşqçisi
PREMYER LİQA 18 Oktyabr 2026 / 17:46 480
-  A +

"İmişli" Misli Premyer Liqasının 8-ci turu çərçivəsində "Turan Tovuz"a 1:0 hesabı ilə qalib gəlib.

QOL.az xəbər verir ki, "İmişli"nin məşqçisi Ervins Perkons matçdan sonra oyun barədə fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:

"Göstərdikləri əzmə və istəyə görə futbolçularıma təşəkkür edirəm. Birinci hissədə möhtəşəm çıxış etdilər və bütün boşluqları bağlaya bildilər. İkinci hissədə o qədər də yaxşı deyildik, çünki enerjimiz tükənmişdi. Amma yenə də üç xal bizim haqqımız idi".

- Hansı dəyişiklikləri etdiniz ki, qələbə qazandınız?

- Komandanın enerjisini artırdıq, rəqibə təzyiq göstərməklə bağlı yanaşmamızı dəyişdik. Bəlkə də futbolçulardan çox şey tələb etmişdik, amma onlar tapşırıqları çox yaxşı yerinə yetirdilər. Meydandakı düzülüşümüzü də dəyişdik. Bu amillər ön plana çıxdı.

- Komandanın baş məşqçisi olmağa hazırsınız?

- Hələlik çox uzağı düşünmürəm. Son hadisələrdən sonra mənə baş məşqçi olduğum bildirildi. Hələlik bu həftə üçün belə qərar verilib. Əlimdən gələni etdim və komandamızı bu oyuna hazırladım. Amma bu məsələ ilə bağlı kluba müraciət etməlisiniz. Burada olduğum müddətdə əlimdən gələni edəcəyəm. Rəhbərliklə bu barədə danışmamışam. Sadəcə, bizi təbrik etdilər.

- Aleksandr Starkovsdan sonra Azərbaycanda çalışan ikinci latviyalı məşqçisiniz. Bu barədə fikirləriniz necədir?

- Bu, bir qədər maraqlı təsadüfdür. PRO lisenziyası almağa hazırlaşanda Starkovs müəllimim idi, həmişə yanımda olur, məsləhətlər verirdi. Müntəzəm görüşürdük. Azərbaycana gəlməzdən əvvəl də onunla danışıb məsləhətləşdim. Gəlib-gəlməməli olduğumu soruşdum. O da bildirdi ki, gəlməyim yaxşı təcrübə olar. Hələ də əlaqə saxlayırıq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
17.10.26  12:00

Mbappe 500-ə çatdı

topaz banner