“Araz-Naxçıvan”ın braziliyalı hücumçusu Ramon Maçadonun QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 12-ci turunda “Turan Tovuz”la bərabərə qaldınız. 1:1-lik heç-heçəni necə şərh edərdiniz?
- Bilirdik ki, bizi “Turan Tovuz”la çətin oyun gözləyir. Matça ciddi hazırlaşmışdıq. Hesabda önə keçsək də, yekunda 1 xal qazandıq. Ümumi götürdükdə pis nəticə deyil. İnanıram ki, növbəti matçlarda qələbə qazanacağıq.
- Qələbəni əldən verməyinizə səbəb nə oldu?
- Dəqiq nəsə demək çətindir. 3 xal qazanmaq istəyirdik. Digər tərəfdən “Turan Tovuz” da meydana qələbə üçün çıxmışdı. Ona görə də gərgin oyun alındı.
- “Araz-Naxçıvan” son beş turda yalnız bir qələbə qazanıb. Bunu nə ilə əlaqələndirmək olar?
- Bəzi aparıcı futbolçularımız zədəlidir. Bu da oyunlara tam heyətlə çıxmağımıza imkan vermir. Üstəlik, məşqlərdə daha çox çalışmalıyıq. İnanıram ki, tezliklə vəziyyəti dəyişəcəyik və qələbələri sıralayacağıq.
- Ötən il “Araz-Naxçıvan” demək olar ki, mövsüm boyu ilk üçlükdə idi. Həmin performansı cari çempionatda görə bilmirik. Komandada geriləmə olması fikri ilə razısınız?
- Xeyr, əksinə, bu il “Araz-Naxçıvan”ın heyəti daha güclüdür. Sadəcə ötən mövsüm startımız çox yaxşı alınmışdı. İlk turda uduzsaq da, sonradan 15 tur məğlubiyyətsiz irəliləmişdik. Bu mövsüm də vəziyyəti daha da yaxşılaşdıracağıq. Tezliklə hər şey qaydasına düşəcək, nəticələrimiz yaxşılaşacaq. İnanıram ki, mövsümün sonunda yuxarı pillələrdə qərarlaşacağıq.
- Yəni “Araz-Naxçıvan”ın potensialı yenidən avrokuboklara yollanmağa imkan verir?
- Əlbəttə, komandamızda bu potensial var. Məqsədimizə çatacağımıza inanıram.
- Növbəti turda Qəbələyə səfər edəcəksiniz...
- Səfərə 3 xal üçün gedəcəyik. Həmin matçda qalib gəlməliyik. Əlimizdən gələni də edəcəyik ki, istəyimizə çataq.
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu