Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 177 nömrəli orta məktəbin fiziki tərbiyə müəllimi İlkin Arzumanov oldu.
İ.Arzumanov söhbətə özü və peşəsi haqda məlumat verməklə başlayıb: “Mən 177 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, həmçinin fiziki tərbiyə müəllimiyəm. 2015-ci ildən bu sahədə fəaliyyət göstərirəm. Fiziki tərbiyə müəllimliyi həm fiziki, həm də psixoloji baxımdan çətin bir peşədir. Hazırkı texniki tərəqqi dövründə, kompüter texnologiyalarının inkişaf etdiyi zamanda uşaqlarda fiziki tərbiyə fənninə maraq azalıb. Müxtəlif yaş qruplarından olan uşaqların fərqli maraq və səviyyələrinə uyğunlaşmaq tələb olunur. Bəzən fərqli səviyyədə olan şagirdlərlə işləmək çətin ola bilər, lakin bu da müəllimin peşəkarlığını artırır. Ən gözəl tərəfi isə uşaqların inkişafına birbaşa təsir göstərməkdir”.
O, fiziki tərbiyə müəllimlərinin yaradıcı və şagirdyönümlü metodlardan istifadə etdiklərini deyib: “Orta məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyəti məktəbdən-məktəbə dəyişir. Son illərdə fiziki tərbiyə fənninə maraq artmaqdadır və bu, sevindirici haldır. Müəllimlər daha yaradıcı və şagirdyönümlü metodlardan istifadə edirlər. Həm dövlət, həm də məktəblər tərəfindən bu sahəyə dəstək artdıqca dərslərin keyfiyyəti də yüksəlir. Fiziki tərbiyə fənni şagirdlərin həm fiziki, həm də sosial inkişafında mühüm rol oynayır”.
İ.Arzumanov dərslərin maraqlı və əyləncəli təşkil olunduğunu vurğulayıb: “Əksər fiziki tərbiyə müəllimləri dərsləri maraqlı və dinamik şəkildə keçir. Onlar uşaqları motivasiya etmək üçün müxtəlif oyunlar, yarışlar və qrup fəaliyyəti təşkil edirlər. Müəllimlərin yaradıcı yanaşması dərsləri daha əyləncəli hala gətirir. Dərslərin müsbət atmosferdə keçməsi şagirdlərə idmanı sevdirməyə kömək edir. Uşaqların marağını artırmaq üçün dərslər oyun formatında, interaktiv şəkildə keçirilir”.
Həmsöhbətimiz orta məktəblərdə idman zallarının, meydançaların durumundan söz açıb: “Bir çox məktəbdə idman zalları və meydançalar mövcuddur və vəziyyət getdikcə daha da yaxşılaşdırılır. Dövlət və icmalar tərəfindən bu sahəyə diqqət artır. Yeni tikilən məktəblərdə müasir idman infrastrukturu yaradılıb. Bu da şagirdlərin idmana marağını daha da artırır”.
O, məktəblilərin müxtəlif idman növləri üzrə yarışlara qatıldıqlarını bildirib: “Şagirdlər üçün futbol, basketbol, atletika və şahmat kimi sahələrdə tez-tez turnirlər keçirilir. Bu yarışlar uşaqlarda həm sağlam rəqabət hissini inkişaf etdirir, həm də onlara özlərini göstərmək imkanı yaradır. Bəzi şagirdlər bu yarışlar sayəsində peşəkar idmana yönəlirlər. Bizim məktəbdə peşəkar idmanla məşğul olan şagirdlər var. Boks üzrə Avropa çempionu olmuş, beynəlxalq yarışlarda dəfələrlə qalib və mükafatçılar sırasında yer almış Banuçiçək Nəsirlini misal çəkə bilərik. Məktəblərdə istedadlı uşaqların sayı çoxdur və onların potensialı sevindiricidir. Ən çox maraq göstərilən idman növləri futbol, basketbol, voleybol və döyüş növləridir. Həmçinin məktəbimizdə qılıncoynatma dərnəyi fəliyyət göstərir. Həmin dərnəyin üzvləri bizim məktəbin şagirdləridir. Buradakı şagirdlərimiz respublika və beynəlxalq səviyyəli yarışlarda qələbələr qazanıblar. Dəstək və düzgün yönləndirmə ilə bu istedadlar parlaq nəticələr göstərə bilərlər”.
İ.Arzumanov qeyd edib ki, ölkədə yeniyetmələr və məktəblilər arasında idmanın səviyyəsini artırmaq üçün idman dərnəklərinin sayı çoxaldılmalı, maarifləndirici işlər görülməlidir: “İdmanın inkişafı üçün görülən işlər artıq müsbət nəticələr verir və bu istiqamətdə addımlar davam etdirilməlidir. Məktəblərdə idman dərnəklərinin sayı artırılmalı, rayon və şəhər səviyyəsində daha çox yarışlar təşkil olunmalıdır. İdman mərkəzlərinə əlçatanlıq təmin edilməli və valideynlər düzgün maarifləndirilməli, bu prosesə aktiv şəkildə cəlb olunmalıdır. İdman həm də uşaqların sağlam düşüncə və davranış formalaşdırmasında mühüm rol oynayır”.
O, vurğulayıb ki, şagirdləri ilə tez-tez idmanın faydaları haqda söhbətlər aparır: “Şagirdlərə idmanın insanın həyatı üçün nə qədər faydalı olduğunu əyani şəkildə göstərməyə çalışıram. Onların hər nailiyyətini qeyd edir, kiçik uğurlarını belə alqışlayıram. Məktəbimiz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsinin əmakdaşlığı ilə keçirilən, 56 məktəbi əhatə edən OCEP layihəsində iştirak edir. Bu layihə çərçivəsində idman həftəsi, idman festivalları keçirilir. Uğurlu idmançıların həyat hekayələrindən danışaraq, tanınmış idmançılarla görüşlər təşkil etməklə, məktəbdaxili yarışlar təşkil etməklə onlara stimul verirəm. Ən önəmlisi isə dərslərdə əylənmək və birlikdə hərəkət atmosferi yaratmaqdır”.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
“Sumqayıt”ın Yankoviçi elə bir gözəl qol vurdu ki… - Video
Azərbaycan millisinin seçmə mərhələ üçün heyəti
“Qəbələ” “İmişli” səfərindən 1 xalla qayıdır - Video
Kaxaber Sxadadze: “Qışda heyətin güclənməsinə ehtiyac var”
Mahir Emreli yenə heyətdən kənarda qaldı
"Sumqayıt" - "Karvan-Yevlax": Heyətlər
Mbappe zədəsini sağaltdı
Xabi Alonsodan “Vilyarreal” – “Barselona” oyununa etiraz
Modriç "Real"a qayıda bilər
"Böyük hesablı qələbə gözləmirdik" - "Kəpəz"in futbolçusu
"Neftçi" Abubakarın transferini açıqladı
"İmişli" - "Qəbələ": Heyətlər
"Karvan-Yevlax" üçün yeni avtobus alındı - Şəkillər
2035-ci ildə pauza götürəcək
Mançini “Mançester Yunayted”in yeni baş məşqçisi ola bilər
Bir dəli quyuya daş atıb, qırx ağıllı yığışıb çıxara bilmir…
“Qarabağ” “Atletik”ə qalib gəlməyə qadirdir” - Koxalski
Ukraynada “layk” qalmaqalı
PSJ öz meydanında xal itirdi
Renat oynamadı, komandası uduzdu
“Hədəfimiz Bilbaoda 3 xal qazanmaqdır” - Kamilo Duran
“Barselona” Lamin Yamalın həyat tərzindən narahatdır
“Qarabağ”ı liderliyə yüksəldən qələbə - Video
“Qarabağ” kimi komandaya qarşı oynamaq çətindir” - Berdiyev
Qurban Qurbanov: “Atletik” taktiki baxımdan güclüdür”
Yankoviç qayıtdı!
Yayda “Mançester Yunayted”dən ayrıla bilər
“Fənərbaxça”nın futbolçusu Braziliyaya qayıdır?
1-ci liqada 5-ci tura yekun vuruldu
“Kəpəz”in mövsümdə ilk qələbəsinin - Videosu
“Turan Tovuz” - “Qarabağ”: Heyətlər
Ayxan Abbasov: "Belə qırmızı vərəqələri bağışlamıram"
"Neftçi"nin sabiq futbolçusu ilə yollar ayrıldı
İngiltərə Premyer Liqası oyunçularının fantastik dəyəri
Azərbaycan millisi FİFA reytinqində irəliləyib
Ayın ən yaxşı qolunun müəllifləri mükafatlandırıldı
“Çelsi”nin ulduzu “Qarabağ”la oyunu buraxacaq