"Avrokubok şansı yaransa, niyə də bundan yararlanmayaq?" - "Kəpəz"in kapitanı

"Avrokubok şansı yaransa, niyə də bundan yararlanmayaq?" - "Kəpəz"in kapitanı
MÜSAHİBƏ 8 Noyabr 2026 / 12:28 63
-  A +

“Kəpəz”in yarımmüdafiəçisi Əli Səmədov Misli Premyer Liqasının 11-ci turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəsini təqdim edirik:

- Oyunla bağlı fikirləriniz necədir?

- Çox yaxşı komandaya qarşı oynayırdıq. Bilirdik ki, “Neftçi” liderdir və buna uyğun da hazırlaşmışdıq. Rəqib üzərimizə çox gəlirdi. Qələbə qazanmaq istəyirdilər. Buna baxmayaraq, yaxşı oynadıq. Komanda şəklində əlimizdən gələni etdik. Epizodlarımlız da oldu. Düzdür, “Neftçi”nin şansı daha çox idi. Nəticədə də qalib gəldilər. “Neftçi”ni təbrik edirəm. Biz də komanda şəklində pis mübarizə aparmadıq. 

- “Kəpəz”in turnir cədvəlindəki mövqeyini necə dəyərləndirirsiniz? 

- Mövqeyimiz yaxşıdır. 7 tur idi uduzmurduq. Komandamla, uşaqlarla fəxr edirəm. İnanıram ki, belə də davam edəcəyik. 

- Ardıcıl uğurlu nəticələrdən sonra “Kəpəz”in avrokuboklar uğrunda mübarizəyə qoşulduğunu söyləmək olar?

- Açığı, çempionluq, yaxud avrokuboklar iddiamız yoxdur. Real yanaşmalıyıq. Amma belə bir şans yaransa, niyə də bundan yararlanmayaq? Ümumilikdə isə mümkün qədər yuxarı pillələrdə qəralaşmaq istəyirik. Əlimizdən gələni edirik ki, turnir cədvəlinin aşağısında olmayaq. 

- Azarkeşlərə nə demək istərdiniz?

- “Neftçi” ilə oyunda hər iki komandanın möhtəşəm azarkeşləri var idi. “Kəpəz” fanatlarının dəstəyini hiss edirdik, azarkeşlərin səsini eşidirdik. Hər zamanki kimi möhtəşəm idilər.

- Fasilədən sonra Gəncədə “Qarabağ”ı qəbul edəcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?

- “Qarabağ”la aramızda xal fərqimiz azdır. Evdə oynayacağıq və bu, bizim üçün üstünlükdür. Azarkeşlərimiz önündə çıxış edəcəyik. Ciddi hazırlaşıb, qələbə qazanmağa çalışacağıq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner