36-cı dəfə Argentina çempionu oldular

36-cı dəfə Argentina çempionu oldular
DÜNYA FUTBOLU 8 Noyabr 2026 / 09:56 99
-  A +

“Boka Xuniors” Argentina çempionatının qalibi olub.

QOL.az xəbər verir ki, komanda mövsümün son turunda “Defensa Xustisiya”nı 1:0 hesabı ilə məğlub edib. Qələbə qolunu Enner Valensiya 90+6-cı dəqiqədə vurub.

Bu nəticədən sonra xallarını 63-ə çatdıran “Boka Xuniors” ən yaxın izləyicisi “Rosario Sentral”ı 1 xal qabaqlayıb.

Bu, Buenos-Ayres təmsilçisinin tarixində 36-cı çempionluqdur. Komanda sonuncu dəfə 2022-ci ildə bu uğura imza atıb. Çempionluqların sayına görə yalnız “River Pleyt” (38) “Boka Xuniors"u qabaqlayır.


Qarabağ FK
Son xəbərlər
topaz banner