Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Azərbaycanda və bir çox ölkədə sevilən idman növlərindən biri də sambodur. Sambo hazırda qeyri-olimpiya idman növü olsa da, daim yeniyetmələrin və gənclərin marağını cəlb edir.
Geridə qalan dövr ərzində bir çox həmyerlimiz sambo üzrə ölkəmizi həm idmançı, həm də hakim kimi beynəlxalq arenalarda təmsil edib, böyük uğurlar qazanıb.
Onlardan biri də Azərbaycanın əməkdar məşqçisi, SSRİ idman ustası, beynəlxalq dərəcəli hakim, 1-ci Qarabağ müharibəsi veteranı, Prezident mükafatçısı Mübariz İbrahimovdur.
Həmçinin Beynəlxalq Əlbəyaxa Döyüş Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi də olan M.İbrahimov Azərbaycan Əlbəyaxa Döyüş Klubunun təsisçisidir. Təsadüfi deyil ki, bu klub Azərbaycan sambosunun əfsanəsi, mərhum Əbülfəz Əliyevin adını daşıyır. M.İbrahimov təsis etdiyi klubla sambonun, məşqçiliyin və hakimliyin sirlərini öyrəndiyi müəllimi Əbülfəz Əliyevin xatirəsini yaşadır.
Bugünkü həmsöhbətimiz də məhz Mübariz İbrahimovdur.
O, əvvəlcə ölkəmizdə samboya olan marağın səviyyəsindən danışıb: “Azərbaycanda əvvəllər də samboya maraq çox yaxşı olub. Bu maraq hazırda da var. İnanıram ki, gələcəkdə daha çox gənc bu idman növünə maraq göstərəcək. Sambo dünyada populyar idman növüdür. Gənclər daha çox döyüş sambosuna meyl edirlər. Tanınmış qaydasız döyüşçülərin əksəriyyəti vaxtilə döyüş sambosu ilə məşğul olub. İstər Azərbaycanda, istərsə də digər ölkələrdə belədir. Düzdür, sambo qeyri-olimpiya idman növüdür, Olimpiya idman növləri qədər məşhur deyil. Lakin sambo qeyri-olimpiya idman növləri arasında ən öndə gedən idman növüdür. İnanıram ki, gələcəkdə daha çox perspektivli idmançımız ölkəmizi təmsil edəcək”.

M.İbrahimov yaxın gələcəkdə ölkəmizdə perspektivli samboçuların üzə çıxacağına inandığını bildirib: “Azərbaycan sambosunun pik nöqtədə olduğunu deyə bilmərəm. Aşağı səviyyədə də deyil. Hər şey orta səviyyədə davam edir. Tək samboda yox, bütün idman növlərində belə problemlər yaşanır. Bir müddət çox perspektivli, Avropa və dünya səviyyəsində öz gücünü göstərən idmançılar yetişdirirsən. Həmin dövr keçir, o nəsil gedəndən sonra yeni bir nəsil ortaya çıxarmalısan. Ona görə də nailiyyətlər bir az azalır. İnanıram ki, Azərbaycan sambosunun yeni nəsil idmançıları məşqçilərlə birlikdə daha yaxşı çalışacaqlar və ölkəmizi benəlxalq arenalarda yüksək səviyyədə təmsil edəcəklər”.
Həmsöhbətimiz Əbülfəz Əliyevin adını daşıyan Azərbaycan Əlbəyaxa Döyüş Klubunun yaradılmasından və fəaliyyətindən də söz açıb: “Beynəlxalq Əlbəyaxa Döyüş Federasiyasının rəsmi nümayəndəsi Azərbaycana gəldi və bizimlə danışıqlar apardı. İkitərəfli razılaşdıq. Beynəlxalq Əlbəyaxa Döyüş Federasiyasının verdiyi sertifikat əsasında mən Azərbaycanda Əlbəyaxa Döyüş Klubunu yaratdım. Hal-hazırda fəaliyyət göstəririk. Bu idman növü üzrə federasiyanın yaradılması üçün Gənclər və İdman Nazirliyinə müraciət etdik. “Yox” cavabı aldıq. Səbəb isə budur ki, 30-dan yuxarı qeyri-olimpiya idman növünün fəaliyyəti dayandırılıb. Həmin idman növləri ictimai bir təşkilat kimi fəaliyyət göstərə bilərlər. Biz də bir klub olaraq işləyirik. İdmançılarımız ölkəmizi beynəlxalq yarışlarda təmsil edirlər. Çalışırıq ki, idmançılarımızı həm dünya çempionatlarına, həm həm Avropa çempionatlarına bacardığımız qədər yaxşı hazırlayaq. Klubumuzun bir neçə filialı var. Onlar da ölkədaxili məşqlərə başlayıblar. Çalışacağıq ki, bu idman növünün inkişafı üçün əlimizdən gələni əsirgəməyək”.
M.İbrahimov hakimliyin çətinliklərini və sirlərini də açıqlayıb: “Məşqçi zala gələn idmançıların arasında heç vaxt ayrı-seçkilik etməməlidir, hamısına eyni gözlə baxmalıdır, hazırlıqlarına eyni səviyyədə yanaşmalıdır. Artıq uğur qazanmış, nailiyyətlər əldə etmiş idmançıları başa salmalısan ki, yeni gələnlərə dəstək olsunlar. Heç bir peşə asan deyil. Hər peşənin öz çətinlikləri var. İdmanın çətinlikləri isə daha dərindir. Hər bir idmançının orqanizmi fərqlidir. 20 idmançıya məşq keçirsənsə, bir psixoloq kimi hər birinə fərqli yanaşmalısan. Yetişdirdiyin idmançıların haqqını daim qorumalısan. Onları hazırlayıb ortaya çıxardıqdan sonra dəstək olmalısan ki, idmançı öz məşqçisini yanında görəndə qürurlansın, özünə inansın. Düşünsün ki, məşqçim yanımdadır, arxa-dayağım var. Biz bunları yaşamışıq. Həmişə müəllimimizdən dəstək almışıq. Bu gün də deyirəm ki, bütün məşqçilər öz tələbələrinə dəstək olsunlar. Hətta millinin məşqçisisənsə, Avropa və dünya çempionatlarına, beynəlxalq yarışlara gedəndə həmişə idmançının yanında olmalısan. Öz haqqını da tələb etməyi bacarmalısan ki, hakimlər tərəfindən idmançıların sıxışdırılmağına yol verilməsin. Bu da sənin ölkəni necə təmsil etməyindən asılı olan bir şeydir. Əgər sənin sözünün kəsəri varsa, idmançıların haqqını qoruya biləcəksən. Məşqçi zəifdirsə, sözünün kəsəri yoxdursa, nailiyyət əldə edə bilməyəcək”.
Azərbaycanın beynəlxalq dərəcəli hakimi bu peşəni seçənlərə tövsiyələr verib: “Hakim özünü çətinliyə salmaq istəmirsə, hər zaman obyektiv olmalıdır. İstər Respublika səviyyəli yarışlarda, istərsə də beynəlxalq yarışlarda. Hakim kimliyindən asılı olmayaraq, iki idmançıdan hansının haqqına girsə, həmişə qınağa məruz qalacaq. Həm idmançı, həm məşqçi, həm də azarkeşlər tərəfindən. Ona görə də hakim neytral olmalıdır. Obyektiv hakimlik etməlidir ki, hörmətlə qarşılansın. Mən bizim hakimlərə də tövsiyə edirəm ki, kimliyindən asılı olmayaraq, heç bir idmançının haqqını tapdamasın, adları həmişə müsbət baxımdan hallansın. Belə şeylərlə çox rastlaşmışıq ki, hakim “bu mənim dostumun tələbəsidir”, “bu mənim qohumumun tələbəsidir” deyib. Hakim kiminsə sifarişi ilə hakimlik etsə, həmişə çətinliklə rastlaşacaq”.
O, sonda sambonun insan həyatına faydalarından da danışıb: “Sambo insanın həyatına böyük təkan verir. İnsanda özünəinam, dözümlülük, iradə yaradır. Sambo ilə məşğul olmaq orqanizmin, əzələ sisteminin bərkiməsində böyük rol oynayır. Bu idman növü ilə məşğul olan gənc istənilən yerdə qarşı tərəfin hücumunu dəf etməyə malik olur. Ona görə də arzu edərdim ki, yeni nəsil sambodan faydalansın. Həm Bakıda, həm də bölgələrdə idman zalları var. Tövsiyə edirəm ki, gənclər məşqçilərə müraciət etsinlər, sambonun sirlərinə yiyələnsinlər”.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı