Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycan futbolunun problemli sahələrindən biri də uşaq futboludur. Son illər uşaq futbolundakı problemlərin aradan qaldırılması üçün işlər aparılır. Artıq Azərbaycan klubları uşaq futbolunun inkişafı yolunda işlər görməyə başlayıblar. Bu da problemlərə baxmayaraq, gələcəkdə Azərbaycanda istedadlı futbolçuların sayının artmasına ümid verir. Lakin ciddi inkişafın müşahidə olunmaı üçün görüləsi işlər çoxdur.
Uşaq futboluna diqqət yetirən klublardan biri də məhz "Zirə" klubudur.
Bəs hazırda "Zirə" Futbol Akademiyasında uşaq futbolu ilə bağlı durum necədir? Uşaqlar futbol fəaliyyəti üçün bütün lazımı vasitələrlə təmin olunurlarmı? Ümumiyyətlə, uşaq futbolunun əsas problemləri hansılardır? Bu mövzuda daha geniş və dolğun məlumatlar əldə etmək üçün "Zirə" Futbol Akademiyasının rəhbəri Zaur Həşimovla söhbətləşdik.
Z.Həşimov "Zirə" Futbol Akademiyasında işlərin yolunda getdiyini bildirib: "Hazırda akademiyamızda hər şey qaydasındadır. Komandalar mütəmadi olaraq məşqlər keçirirlər. Bütün yaş qrupları üzrə komandalarımız çempionatlarda çıxış edirlər. Qısası, akademiyada işlər yolundadır. Hər mövsüm 150-170 uşaq "Zirə"nin Futbol Akademiyasının komandalarında oynayır. Akademiyamızda hazırda 10 yaş qrupu üzrə komanda var. Hər mövsüm 150-170 uşaq "Zirə" Futbol Akademiyasının komandalarında çıxış edir. 9 yaş qrupu üzrə bütün yarışlarda iştirak edirik. Akademiyamızda milli komandalara çağırılan, əsas komanda ilə müqavilə imzalayan futbolçular var. Bu, bizim uğurumuzdur".
Zaur Həşimov
Z.Həşimov akademiyadakı uşaqların hər şeylə təmin olunduğunu söyləyib: "Uşaqlar geyim dəstləri, məşq meydançaları, məşq üçün invertarlarla təmin olunublar. Futbolçuların məşqlərə və oyunlara rahat gəlib-gedə bilməkləri üçün onlara klub tərəfindən nəqliyyat vasitələri də ayrılıb. Əlimizdən gələni edirik ki, uşaqlar rahat futbolla məşğul ola bilsinlər, problem yaşamasınlar".
Mütəxəssis Bakının bir neçə kəndindən "Zirə" Futbol Akademiyasına gələn uşaqların olduğunu da vurğulayıb: "Bakı kəndlərində futbola maraq normaldır. Kəndlərdən komandamızda əsasən aşağı yaş qruplarında çıxış edən uşaqlar var. Onlar əsasən Şağan və Binədəndir".
Z.Həşimov uşaqların təhsil məsələlərinə nəzarət edə bilmədiklərini, lakin onlarla mütəmadi olaraq bu haqda söhbətlər etdiklərini deyib: "Təəssüf ki, uşaqların təhsili ilə əlaqədar məsələlər bizim nəzarətimizdə deyil. Düzdür, biz onlarla bu mövzuda mütəmadi olaraq söhbətlər aparırıq. Daim uşaqlara tövsiyələr verilir. Amma təəssüf ki, tam nəzarət edə bilmirik. Uşaqların təhsildən yayınmaması üçün futbol məşqlərini onların məktəb saatlarına uyğun nizamlayırıq, keçiririk. Maksimum çalışırıq ki, uşaqların təhsilinə əngəl yaranmasın".
O, sonda Azərbaycanda uşaq futbolu mövzusunda problemlərə də toxunub. Z.Həşimov problemlərin çox olduğunu, əsasən də meydançaların çatışmadığını bildirib: "Bu, çox geniş bir mövzudur. Problemləri saymaqla bitirə bilmərik. Hazırda ölkədə məşq və oyun meydançaları barədə problemlər var. Meydança, stadion azdır. Fikrimcə, ən əsas, həlli vacib olan məsələ meydança problemidir. Uşaq futbolunun inkişafı üçün əvvəlcə meydança problemləri aradan qaldırılmalıdır".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı
İstanbul derbisinin hakimləri bilindi
"Sabah" Rəvan Həmzəzadəni özü ilə aparacaq?!
Artetanın oğlu "Arsenal"da debüt etdi
Yamal zədələndi
Onlar da İngiltərə Premyer Liqasını tərk edəcəklər
Qurban Qurbanov nəyə və kimlərə gülürdü?
"Çelsi"də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşdi
Azərbaycan boksçusu dünya kubokunda daha bir qələbə qazandı