"Turan" voleybol klubu bu gün ÇL-in qrup mərhələsinə yüksələ bilər

"Turan" voleybol klubu bu gün ÇL-in qrup mərhələsinə yüksələ bilər
VOLEYBOL 10 Noyabr 2026 / 10:30 110
-  A +

Qadın voleybolçulardan ibarət "Turan" klubu bu gün CEV Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

QOL.az xəbər verir ki, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstan təmsilçisi "Maritsa"nı qəbul edəcək.

Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında Bolqarıstanda keçirilən ilk oyunda "Turan" 3:0 hesabı ilə qalib gəlib. Tovuz klubu bugünkü qarşılaşmasında da qələbə qazansa, CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcək.


Qarabağ FK
Son xəbərlər
09.11.26  11:22

200-cü heç-heçə

topaz banner